Icma.az
close
up
RU
Milli Məclisin iclasında 13 məsələ müzakirə olunub

Milli Məclisin iclasında 13 məsələ müzakirə olunub

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 1 may, AZƏRTAC

Mayın 1-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, S.Qafarova iclasda 13 məsələnin müzakirə olunacağını nəzərə çatdırıb.

Gündəliyin birinci məsələsi barədə məlumat verən parlamentin sədri qeyd edib ki, Prezidentin təqdimatına əsasən, Milli Məclis Kamran Bayram oğlu Əliyevin Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilməsinə razılıq verilməsinə münasibət bildirməlidir.

Sonra parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məsələyə dair məlumat verib. O, Kamran Əliyevin Baş prokuror kimi çalışdığı dövrdə prokurorluq orqanlarında islahatların müasir tələblərə uyğun daha da dərinləşdirildiyini və öz müsbət nəticəsini verdiyini söyləyib. Komitə sədri bu illər ərzində ölkədə aparılan korrupsiyaya qarşı mübarizədə prokurorluq orqanlarının rolundan danışıb. Vurğulayıb ki, Prokurorluq işçiləri ölkə Prezidentinin söylədiyi: “Güclü siyasi iradə, prokurorluq işçilərinin peşəkarlığı, təmizliyi, dürüstlüyü, cəmiyyətdə korrupsiyaya qarşı olan ciddi mübarizə əhvali-ruhiyyəsi – məhz bütün bu amillər bizə məqsədə çatmaq üçün köməklik göstərəcək və Azərbaycan korrupsiyaya qarşı mübarizədə də ön planda olacaqdır” fikirlərini hər zaman əldə rəhbər tutublar.

Əli Hüseynli qeyd edib ki, müasir dövrdə Prokurorluq və hüquq mühafizə orqanları, güc strukturları arasında səmərəli əməkdaşlıq mövcuddur. Bunun nəticəsində ölkəmizdə mütəşəkkil cinayətkarlığın bütün formalarına qarşı effektiv mübarizə həyata keçirilir. O, hazırda Azərbaycan ictimaiyyətinin Bakı Hərbi Məhkəməsində hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmə prosesində bir daha prokurorluq orqanlarının peşəkar istintaq apardığının şahidi olduğunu söyləyib.

Sonra Kamran Əliyevin Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilməsinə razılıq verilməsi məsələsi səsə qoyularaq qəbul edilib.

Plenar iclasda çıxış edən Kamran Əliyev onun bu mühüm vəzifəyə yenidən təyin olunmasına dair ali qanunvericilik orqanına təqdimatla müraciət etdiyi üçün Ali Baş Komandan, Prezident İlham Əliyevə öz adından və prokurorluq orqanlarının kollektivi adından təşəkkürünü ifadə edib. O vurğulayıb ki, respublikamızın bugünkü uğurlarının əsasını müasir Azərbaycanın qurucusu, Konstitusiyamızın müəllifi, Ümummilli Lider Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafı ilə yanaşı, suverenliyimizin tam bərpasına hədəflənmiş strategiyası və uzaqgörən siyasəti təşkil edir. Bildirib ki, məhz bu strategiyanın Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən dünyada gedən mürəkkəb proseslər fonunda uğurla davam etdirilməsinin, habelə balanslaşdırılmış səmərəli xarici siyasətin aparılmasının və ordu quruculuğuna verilən önəmin nəticəsidir ki, Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri ilə ərazi bütövlüyümüz və suverenliyimizlə bağlı 30 ildən çox bir müddətdə davam etmiş problemlərə birdəfəlik son qoyulub, ölkəmizin suverenliyi və konstitusiya quruluşu bütün ərazilərimizdə tam bərpa olunub.

Sonra parlamentin sədri növbəti 4 məsələnin üçüncü oxunuşda qanun layihələri olduğunu söyləyib.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Ailə Məcəlləsində, Mülki Məcəllədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsini təqdim edib. Komitə sədri layihə ilə bağlı əlavə rəy və təklifin daxil olmadığını, sənədin üçüncü oxunuşda rəhbərlik etdiyi komitədə müzakirə olunaraq, plenar iclasa tövsiyə edildiyini bildirib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamran Bayramov İnzibati Xətalar Məcəlləsində, “İcra məmurları haqqında”, “İcra haqqında”, “İpoteka haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsini təqdim edib.

Azər Əmiraslanov məsələyə dair rəhbərlik etdiyi komitənin müsbət rəy verdiyini nəzərə çatdırdıqdan sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra A.Əmiraslanov Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə danışıb.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Daha sonra Milli Məclisin sədri Sahibə Qafarova digər iki məsələnin bir oxunuşda qəbul ediləcəyini söyləyib. O, növbəti məsələnin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu nəzərə çatdırıb.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu qanun layihəsi barədə məlumat verərək, sənədin ölkə Prezidenti tərəfindən təqdim olunduğunu deyib. O, Fövqəladə Hallar Nazirliyinin yarandığı 20 il ərzində öz peşəkarlığı ilə seçildiyini, təbii fəlakətlər zamanı əhaliyə dəstək göstərərək, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini, eyni zamanda, digər ölkələrdə baş verən fövqəladə hallarda öz köməyini əsirgəmədiyini bildirib. Komitə sədri, bu baxımdan “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005-2025)” yubiley medalının təsis edilməsinin məqsədəuyğun hesab olunduğunu qeyd edib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra komitə sədri A.Əmiraslanov “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi barədə söhbət açıb.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri gündəliyin qalan 6 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib.

Gündəliyin səkkizinci məsələsi olan “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev təqdim edib.

Növbəti məsələ - Mülki Prosessual Məcəllədə və “İcra haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Komitə sədri Arzu Nağıyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinin mahiyyəti haqqında məlumat verib.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinə dair məlumat verib. O, qanun layihəsi barədə birinci oxunuşda ətraflı məlumat verildiyini, təklif edilən dəyişikliklərə dair komitəyə heç bir rəy və təklifin daxil olmadığını qeyd edib.

On ikinci məsələ - Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov təqdim edib. O bildirib ki, layihə haqqında birinci oxunuşda ətraflı məlumat verilib və komitəyə təklif edilən dəyişikliklərə dair heç bir rəy və təklif daxil olmayıb.

Sonra “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu məlumat verib. Layihə ilə bağlı birinci oxunuşda ətraflı məlumat verildiyini deyən komitə sədri diqqətə çatdırıb ki, sənəd dövlət mühafizəsinə götürülən abidələrə vahid qaydalar əsasında pasportun verilməsi, abidə pasportunun nümunəvi formasının müəyyən olunması, eləcə də ölkə üzrə pasportlaşma ilə bağlı elektron məlumat bazasının yaradılması üçün hüquqi əsasların təsbit edilməsi məqsədi ilə hazırlanıb.

Qanun layihələri səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 May 2025 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail İran münaqişəsi nə vaxt bitəcək? İsrail kəşfiyyatI açıqladı

14 İyun 2025 23:30see180

Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var

14 İyun 2025 08:09see137

İranın Baş Qərargah rəisinin iki müavini İsrail hava zərbələri zamanı həlak olub

14 İyun 2025 11:31see136

Azərbaycanlı aktrisa boşana bilmir: Üçüncü həyat yoldaşıyam...

14 İyun 2025 19:22see130

İlanlar evləri basıb, Lerik Rayon İcra Hakimiyyəti tədbir görmür VİDEO

15 İyun 2025 00:39see128

İrandan İsrailə növbəti hücum dalğası: 13 nəfər yaralandı

14 İyun 2025 08:12see121

Yaşıl çay deyil, kefir və portağal suyu deyil: 3 ən faydalı içkinin adı

14 İyun 2025 19:33see117

Tesla ilk pilotsuz taksi xidmətini təqdim edib Video

14 İyun 2025 07:46see116

Van Dammın azərbaycanlı gəlini: Çətin günlərdə bir birimizi sevdik

15 İyun 2025 01:42see116

Makaronda qurğuşun şoku

15 İyun 2025 07:18see115

Bilgəhdə dənizdə batan uşağın meyiti sudan çıxarıldı

14 İyun 2025 22:21see115

İki güləşçimiz qızıl medal qazandı Avropa çempionatı

14 İyun 2025 20:55see115

Bu şəxslər 4000 manat maaş ala bilər ŞƏRTLƏR

14 İyun 2025 09:17see114

Messi klubunu dəyişə bilər

15 İyun 2025 00:23see114

Xərçəng xəstəliyinə qarşı “Troya atı”

15 İyun 2025 23:21see114

Putinlə Tramp 50 dəqiqə telefon DANIŞIĞI APARDI: Nüvə dosyesi ilə bağlı….

15 İyun 2025 00:32see113

Tottenhem Bavariya nın forvardını birdəfəlik transfer edib

15 İyun 2025 13:50see113

Əfi ləqəbli tiktoker Əflatun Rüstəmov HƏBS EDİLDİ

15 İyun 2025 01:30see112

Netanyahu: İran nüvə silahını Husilərə ötürmək niyyətində idi

15 İyun 2025 22:02see112

Ölkəsindən çıxa bilmir! İnter in hücumçusu müharibənin ortasında qaldı FOTO

15 İyun 2025 13:45see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri