Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfərə gəlib
Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının (MDB PA-nın) Şura və 57-ci Plenar iclaslarında iştirak etmək üçün noyabrın 20-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfərə gəlib.
Newscenter.az xəbər verir ki, “Pulkovo” hava limanında nümayəndə heyətini Sankt-Peterburq Qanunvericilik Məclisinin Qanunvericilik komitəsinin sədri Vsevolod Fedoroviç Belikov və MDB PA Şurasının baş katibi Dmitri Arkadyeviç Kobitski, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, Milli Məclisin MDB PA-dakı daimi nümayəndəsi Aydın Cəfərov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın MDB PA-nın Şura və 57-ci Plenar iclaslarında çıxışı, tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.
Süleyman
Bu mövzuda digər xəbərlər:Milli Məclisin sədri Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib
20 Noyabr 2024 18:31
Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana işgüzar səfərə gedib
03 Avqust 2025 20:57
Milli Məclisin sədri Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib AZƏRTAC
20 Noyabr 2024 16:49
Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası
15 Noyabr 2024 18:27
Baxış sayı:105
Bu xəbər 20 Noyabr 2024 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















