Icma.az
close
up
RU
Milli Məclisin sədri Türkiyə Respublikasının Vitse prezidenti ilə görüşüb

Milli Məclisin sədri Türkiyə Respublikasının Vitse prezidenti ilə görüşüb

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 6 noyabr, AZƏRTAC

Milli Məclisin sədri Sahibə Qafarova Braziliya Federativ Respublikasının Belen şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası çərçivəsində Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmazla görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə ötən il COP29-un Bakıda yüksək səviyyədə təşkil olunduğunu söyləyən Cevdet Yılmaz, COP29 zamanı mühüm qərarların qəbul olunduğunu bildirib. O, qardaş Türkiyənin bu tədbirdə fəal iştirak etdiyini xatırladıb.

Türkiyə Respublikasının Vitse-prezidenti 8 noyabr - Zəfər Günü münasibətilə təbriklərini çatdıraraq, bu böyük zəfər nəticəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini söyləyib.

Milli Məclisin sədri qeyd edib ki, dost və qardaş ölkələrimiz arasında münasibətlər Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edir və qardaş ölkələrimiz bütün məsələlərdə bir-birini daim dəstəkləyir. Söhbət zamanı əlaqələrin bu səviyyəyə gəlib çatmasında dövlət başçılarımızın müstəsna rolu qeyd edilərək, onların şəxsi dostluğunun və qardaşlığının, siyasi iradəsinin və qətiyyətinin münasibətlərin indiki yüksək səviyyədə olmasını təmin etdiyi bildirilib.

Görüşdə ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin Türk Dövlətləri Təşkilatı çərçivəsində də əməkdaşlığın, o cümlədən, təşkilatın daha da gücləndirilməsinə töhfə verdiyi diqqətə çatdırılıb. Eyni zamanda, bu əlaqələrin fonunda Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli zirvəsinin önəmi qeyd edilib.

Tərəflər ikitərəfli münasibətlərin daha da dərinləşməsində parlamentlər arasında dialoqun vacib əhəmiyyət kəsb etdiyini vurğulayaraq, bu mənada ölkələrimizin qanunvericilik orqanları arasında əlaqələrin də yüksək səviyyədə olmasından məmnunluqlarını bildiriblər.

Söhbət zamanı qeyd olunub ki, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi regiona uzunmüddətli sülh, sabitlik və rifahın gəlməsinə müsbət təsir göstərəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2025 23:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see207

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see161

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see155

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see152

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see144

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see141

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see137

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see132

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see132

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri