Milli Məclisin sədri: TÜRKPA ya sədrliyimiz dövründə təşkilatın gücləndirilməsi istiqamətində bütün addımlar atılıb
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 12 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Milli Məclisinin TÜRKPA-ya sədrliyi dövründə parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi, TÜRKPA-nın fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində bütün addımlar atılıb.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astana şəhərində TÜRKPA Assambleya Şurasının iclasında çıxışı zamanı səsləndirib.
O, TÜRKPA-nın adi bir beynəlxalq platforma olmadığını, onun eyni kökdən olan, ortaq milli-mənəvi dəyərləri bölüşən qardaş xalqlarımızın təmsilçilərini eyni çətir altında birləşdirən bir təşkilat olduğunu diqqətə çatdırıb.
Milli Məclisin sədri bildirib ki, qardaş ölkələrimiz arasındakı əməkdaşlığın gündən-günə inkişaf etdiyi bir dövrdə TÜRKPA-nın səmərəli fəaliyyəti ölkələrimiz arasında birliyin və həmrəyliyin genişlənməsinə parlament dəstəyini təmin edir. Təşkilat həm də Türk dünyasının vahid mövqeyinin beynəlxalq parlament platformalarında eşidilməsinə imkan yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 12 İyun 2025 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















