Icma.az
close
up
RU
Milli Məclisin Sədri hökumətin hesabatından danışdı MƏTN

Milli Məclisin Sədri hökumətin hesabatından danışdı MƏTN

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin 14 mart tarixli plenar iclasında Nazirlər Kabinetinin hesabatı barədə çıxış edib.

Hurriyyet.az spikerin çıxışının tam mətnini təqdim edir:

“Hörmətli cənab Baş nazir və hökumət üzvləri!

Hörmətli deputatlar!

Bu gün gündəliyimizdə bir məsələ var. Bildiyiniz kimi, bu gün Milli Məclisin yaz sessiyasının beşinci iclasıdır və qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti ötən ildəki fəaliyyəti barədə hesabat verir.

Hörmətli xanımlar və cənablar!

Müstəqillik dövründə ilk dəfə olaraq 2024-cü ildə ölkəmizin bütün suveren ərazisində keçirilən Prezident və parlament seçkiləri Azərbaycanın müstəqil inkişaf yolunda inamla irəlilədiyini bir daha təsdiq etmişdir.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası xalqımıza və dövlətimizə yeni böyük uğurlar gətirmişdir. Dövlət başçısı tərəfindən ölkəmizin inkişafı ilə bağlı strateji hədəflərin müəyyən edilməsi hökumətin fəaliyyətində məqsədyönlüyü və səmərəliyi yüksəltmişdir. Ölkənin iqtisadi dayanıqlığının qorunmasına, modernləşməyə və sosial rifaha xidmət edən düşünülmüş tədbirlər həyata keçirilmişdir.

Məlum olduğu kimi, dövlət başçısının sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Noyabr ayında Bakıda keçirilən COP29 Konfransı Azərbaycanı iqlim dəyişmələri ilə bağlı beynəlxalq dialoqun mərkəzinə çevirmişdir.

Bu cür möhtəşəm tədbirə ev sahibliyi etməklə ölkəmiz qlobal idarəetmədə və dayanıqlı inkişafda konstruktiv rol oynaya bilən bir dövlət olduğunu nümayiş etdirmişdir”.

S.Qafarova daha sonra bildirib:

“Məmnunluqla qeyd edilməlidir ki, 2024-cü ildə ümumi daxili məhsulun artımı həm neft, həm də qeyri neft-qaz sahələri hesabına əldə edilmişdir. İqtisadiyyatın şaxələndirilməsi, xüsusilə də nəqliyyat-tranzit potensialının reallaşdırılması, kənd təsərrüfatının, turizmin, rəqəmsal və yaşıl iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər görülməkdədir. Hökumətin bu istiqamətdə gördüyü işlər iqtisadiyyatın dayanıqlı olmasına xidmət edir.

Qeyd edim ki, ötən il ümumi daxili məhsul 4,1 faiz artmış və ya mütləq rəqəm ifadəsində 126 milyard manat təşkil etmişdir. Valyuta ehtiyatlarımız il ərzində 5 milyard dollardan çox artaraq 72 milyard dollara çatmışdır.

Böyük Qayıdış, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün 2024-cü ildə büdcədən 5,4 milyard manata yaxın vəsait ayrılmış, il ərzində 5500-ə yaxın insanın doğma yurdlarına köçürülməsi təmin edilmişdir.

Qanunvericilik orqanı olaraq, hörmətli həmkarlar, dövlət büdcəsinin təsdiq və icrasında iştirak etdiyimizə görə mən bəzi büdcə rəqəmlərinə də xüsusi toxunmaq istəyirəm. Dövlət büdcəsinin gəlirləri proqnozdan 5,5 faiz və ya 774 milyon manat çox icra olunmuşdur.

Dövlət büdcəsi ilə əlaqədar, hörmətli həmkarlar, mən möhtərəm Prezidentin fikirlərinə istinad etmək istərdim. Dövlət başçısı demişdir: “Azərbaycan tarixində bu qədər böyük büdcə olmayıb. ...Biz yalnız daxili resurslar hesabına, şəffaflıq, idarəetmə və düzgün iqtisadi siyasət nəticəsində bu nəticələrə çatmışıq. Mən dəfələrlə bildirmişdim və artıq hesab edirəm ki, bunu hər kəs görür, hər bir ölkənin siyasi müstəqilliyi onun iqtisadi müstəqilliyindən asılıdır.”

Hörmətli həmkarlar!

Möhtərəm cənab Prezidentin bu sözləri əminliklə söyləməyə bizə imkan verir ki, Azərbaycan dinamik və davamlı inkişaf yolunda bundan sonra da inamla addımlayacaqdır.

Hörmətli xanımlar və cənablar!

Biz həmişə məmnunluqla qeyd edirik ki, Nazirlər Kabinetinin illik hesabatlarının Milli Məclisdə dinlənilməsi parlamentlə hökumət arasında təmasların artmasına, sosial-iqtisadi inkişaf məsələlərinin obyektiv araşdırılmasında və həllində deputatların iştirakına şərait yaradır.

Onu da qeyd etmək istərdim ki, ötən il Milli Məclisdə Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı irəli sürülmüş təkliflər, həmişə olduğu kimi, yenə də hökumət tərəfindən diqqətlə araşdırılmışdır. Bu təkliflərin icra vəziyyətinə dair ətraflı məlumat bizə təqdim edilmişdir.

Eyni zamanda, artıq 5 ildir ki, hesabata ayrıca olaraq, sosial və infrastruktur obyektlərinin əsaslı təmiri və tikintisi, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması barədə deputatların təkliflərinin icrasına dair məlumat daxil edilir.

Düşünürəm ki, deputatlar bu gün aparacağımız müzakirələrdə də fəal iştirak edəcək və səmərəli təkliflər irəli sürəcəklər”.

Musavat.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 14 Mart 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see436

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see269

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see202

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see201

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see184

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see184

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see180

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see180

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see166

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see163

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see163

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see156

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see152

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see152

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see151

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see151

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see150

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see149

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see146

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri