Icma.az
close
up
RU
Milli Məclislə Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurası arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Milli Məclislə Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurası arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 30 oktyabr, AZƏRTAC

Oktyabrın 30-da ölkəmizdə rəsmi səfərdə olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının sədri Saqr Qobaşın rəhbərlik etdiyi parlament nümayəndə heyəti Milli Məclisə gəlib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qonaqlar parlamentin plenar iclas zalı ilə tanış olduqdan sonra Milli Məclisdə Heydər Əliyev Muzeyində olublar, Saqr Qobaş burada Xatirə kitabını imzalayıb.

Sonra Sahibə Qafarova ilə Saqr Qobaş arasında təkbətək görüş keçirilib. Görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Parlamentin sədri BƏƏ Federal Milli Şurasının sədrinin ölkəmizə ilk rəsmi səfərinin iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsi, əməkdaşlıq imkanlarının genişlənməsi və parlamentlərarası münasibətlərin dərinləşməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Sahibə Qafarova cari ilin mayında Birləşmiş Ərəb Əmirliklərinə etdiyi rəsmi səfəri məmnunluqla xatırlayıb.

Görüşdə dövlətlərarası münasibətlərin dinamik və hərtərəfli inkişafından məmnunluq ifadə olunub. Vurğulanıb ki, tarixi, dini və mədəni köklərlə bir-birinə bağlı olan iki ölkə arasında əlaqələr yüksək səviyyədədir. Fəal siyasi dialoqun rolu xüsusi vurğulanaraq, ali və yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfər və görüşlərin, imzalanan sənədlərin bu prosesdə mühüm əhəmiyyət daşıdığı bildirilib. Qeyd olunub ki, ölkə liderlərinin birgə səyləri nəticəsində iki ölkə arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Eyni zamanda, bir çox sahələrlə yanaşı, bərpaolunan enerji sahəsində həyata keçirilən birgə iri layihələrin əməkdaşlığın müxtəlif istiqamətlərinin genişlənməsində mühüm rol oynadığı vurğulanıb.

Azərbaycana ilk rəsmi səfərindən və Beynəlxalq Parlament Konfransında iştirakından məmnunluğunu bildirən Saqr Qobaş ölkəsinin ikitərəfli əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb.

Qonaq səfər çərçivəsində Prezident İlham Əliyevlə keçirdiyi görüş barədə təəssüratlarını bölüşüb. O, ölkə rəhbərləri arasında qarşılıqlı hörmət, etimad və səmimi dostluq prinsiplərinə əsaslanan münasibətlərin ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da dərinləşməsinə xidmət etdiyini bildirib. Qonaq yüksəksəviyyəli siyasi-iqtisadi əlaqələri müsbət qiymətləndirib, həmçinin mədəni-humanitar sahələrdə də əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

Söhbət zamanı parlamentlərarası əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Qanunverici orqanlar arasında imzalanmış əməkdaşlığa dair Anlaşma Memorandumuna əsaslanaraq əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri nəzərdən keçirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Oktyabr 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see464

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see286

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see214

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see206

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see202

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see199

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see184

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see169

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see155

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see147

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see147

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see144

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see139

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see139

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see138

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri