Milli Məclislə Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında memorandum imzalanıb
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Noyabrın 16-da Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü keçirilib.
Oxu.Az xəbər verir ki, tədbir zamanı Azərbaycan Respublikasının Milli Məclisi ilə Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında Anlaşma Memorandumu imzalanıb.
Sənədi Azərbaycan tərəfindən Milli Məclisin sədri Sahibə Qafarova, Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament tərəfindən isə Qlobal Tolerantlıq və Sülh Şurasının sədri Əhməd Məhəmməd Əlcərvan imzalayıblar.
Milli Məclisin sədri Sahibə Qafarova sənədin əhəmiyyətini qeyd edərək vurğulayıb ki, Anlaşma Memorandumu Azərbaycan parlamenti ilə Qlobal Tolerantlıq və Sülh Şurasının parlament ölçüsü olan Sülh naminə Beynəlxalq Parlament arasında əməkdaşlığı möhkəmləndirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 16 Noyabr 2024 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















