Icma.az
close
up
RU
Milli mədəniyyətə qayğı siyasətində ardıcıllıq...

Milli mədəniyyətə qayğı siyasətində ardıcıllıq...

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Xalq rəssamı Lətif Kərimovun 120 illiyi qeyd olunacaq

Azərbaycanda mədəniyyətimizi zənginləşdirən yaradıcı insanlara həm cəmiyyətdə böyük hörmət bəslənilir, həm də onlara dövlət səviyyəsində hərtərəfli diqqət və qayğı göstərilir, dünyasını dəyişənlərin xatirələri əbədiləşdirilir. Mədəniyyət tariximizdə özünəməxsus iz qoyan belə yaradıcı insanlardan biri də  Xalq rəssamı Lətif Kərimovdur. Bu günlərdə Prezident İlham Əliyev Lətif Kərimovun 120 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

2026-cı ilin noyabr ayında Azərbaycan təsviri sənətinin böyük ustası, görkəmli xalçaşünas, pedaqoq və sənətşünas alim, SSRİ Dövlət mükafatı laureatı, Xalq rəssamı Lətif Hüseyn oğlu Kərimovun 120 illiyi tamam olur. Sərəncama əsasən, Mədəniyyət Nazirliyi və Milli Elmlər Akademiyası Xalq rəssamı Lətif Kərimovun 120 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcək.

Azərbaycan xalça sənətinin mahir bilicisi

Dövlət başçısının imzaladığı bəhs olunan sərəncam bir daha təsdiqləyir ki, ölkəmizdə mədəniyyətə qayğı siyasəti davamlı səciyyə daşıyır.

Respublikamızda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli mədəniyyətimizə qayğı siyasəti sonrakı mərhələdə eyni ardıcıllıqla davam etdirilir. Dövlət başçısı İlham Əliyev vaxtaşırı mədəniyyət xadimləri ilə görüşlər keçirir və milli mədəniyyətimizin narahatlıq doğuran məsələləri, perspektiv inkişafı üçün onlardan təkliflər alır. Qarşıya qoyulan əsas məqsədlərdən biri ondan ibarətdir ki, milli mədəniyyətimiz tarixilik ənənələrinə sadiq qalsın, eyni zamanda, müasir çağırışlara cavab versin və gənclərimizin mənəvi tələbatını ödəsin, onlarda yüksək vətənpərvərlik hissləri aşılasın.

Bu gün müxtəlif janrlarda yüksək peşəkarlıqla yaradılan mədəniyyət nümunələrimizin dünyanı fəth etməsi son dərəcə qürurverici haldır. Xalqımızın mədəni irsinin qorunmasının, dünya şöhrətli yeni mədəni irs nümunələrinin yaranmasının arxasında isə davamlı dövlət qayğısı dayanır. Son vaxtlarda respublikamızın əsas teatrları, muzeylərimiz yüksək səviyyədə təmir edilib. İncəsənət Muzeyinin iki binası və Xalça Muzeyi tikilib. Müasir İncəsənət Muzeyi fəaliyyətə başlayıb. Hazırda ölkəmizin bütün bölgələrində Tarix-Diyarşünaslıq muzeyləri yaradılıb. Bakıda milli mədəniyyətimizin ayrı-ayrı görkəmli simalarının abidələri ucaldılıb.

Azərbaycan mədəniyyətinin inkişafına və təbliğinə həmçinin Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu sanballı töhfələr verir. Ulu Öndərimizin adını daşıyan Fondun dəstəyi ilə indiyədək ölkə üzrə çoxsaylı mədəniyyət obyektləri, tarixi abidələr, muzeylər yüksək səviyyədə təmir olunaraq istifadəyə verilib. Fond milli mədəniyyətimizin xarici ölkələrdə təbliğində fəal iştirak edir.

Dövrün məşhur xalça ustalarından biri

Xalçaçılıq Azərbaycan mədəniyyətinin ən qədim və geniş yayılmış növlərindən biridir. Deyə bilərik ki, xalçaçılıq ta qədim zamanlardan xalqımızın məişətinin, həyat tərzinin bir hissəsi olub.

Nəfis toxunmuş xalçalar Azərbaycanın şöhrət simvollarından biridir. Son dərəcə gözəl xalça nümunələrimiz Sankt-Peterburqda Ermitaj, Londonda Viktoriya və Albert, Vaşinqtonda Tekstil, Parisdə Luvr, İstanbulda Topqapı kimi dünyanın böyük muzeylərini bəzəyir.

Bu gün respublikamızda xalçaçılıq özünün yeni inkişaf dövrünü yaşayır. Bakıda Prezident İlham Əliyevin sərəncamı ilə orijinal memarlıq üslubunda Xalça Muzeyi binasının tikilməsi bu nadir və gözəl sənət növünə dövlətimizin qayğısının əyani göstəricisidir. Eyni zamanda, Azərbaycan mədəniyyətinin  böyük hamisi kimi tanınan Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr Azərbaycan xalçaçılıq sənətinin inkişafında və dünyada tanıdılmasında mühüm rol oynayır. Məhz bunun nəticəsidir ki, 2010-cu ilin 15-19 noyabr tarixində Keniyanın Nayrobi şəhərində keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 5-ci sessiyasında Azərbaycan xalçaçılıq sənəti bu mötəbər qurumun Ümumdünya Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına daxil edilib.

Təbii ki, xalçaçılıq sənətinin yüksək inkişaf səviyyəsinə çatmasında ayrı-ayrı sənət adamlarının, mütəxəssislərin böyük rolu olub. Lətif Kərimov da onların sırasında yer alır. Sərəncamda vurğulandığı kimi, dünya mədəni irs xəzinəsində şərəfli mövqeyə malik Azərbaycan xalça mədəniyyətinin hazırkı inkişaf səviyyəsinə yüksəlməsində Lətif Kərimovun təqdirəlayiq xidmətləri vardır. Onun eskizləri əsasında toxunmuş xeyli sayda süjetli, portret xalçalar və monumental xalılar milli xalçaçılığın parlaq ənənələrini özündə yaşadan misilsiz sənət nümunələridir. Fitri istedadla yaradılan və naxışlarının ifadəliliyi, bitkin üslubu ilə seçilən dərin koloritli əsərləri sənətkara dövrün məşhur xalça ustalarından biri olaraq xüsusi şöhrət qazandırıb. “Lətif Kərimov Azərbaycan xalçalarının ornamental, kompozisiya xüsusiyyətlərini müəyyənləşdirmiş və mükəmməl sistemli təsnifatını işləyib hazırlamışdır. Xalça sənətinin beynəlxalq miqyasda mahir bilicisi kimi tanınmış alimin bu istiqamətdə apardığı fundamental tədqiqatlar indi də ən çox istinad olunan mötəbər mənbələrdəndir”, - deyə sərəncamda vurğulanıb.

Mübariz ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 May 2026 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see383

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see343

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see339

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see335

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see317

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see309

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see298

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see296

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see285

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see268

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see267

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see248

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see237

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see234

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see223

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see222

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see208

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see201

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri