Icma.az
close
up
RU
​ Milli mənsubiyyət hüququnun konstitusion əsasları və tarixi aspektləri mövzusunda beynəlxalq konfrans keçirildi

​ Milli mənsubiyyət hüququnun konstitusion əsasları və tarixi aspektləri mövzusunda beynəlxalq konfrans keçirildi

Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanin) Aparatının, Dövlət İdarəçilik Akademiyasının və Beynəlxalq Osmanlı Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə "Milli mənsubiyyət hüququnun konstitusion esasları və tarixi aspektləri" mövzusunda beynəlxalq konfrans təşkil olunub.

Metbuat.az xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov qonaqları və tədbir İştirakçılarını salamlayaraq, milli mənsubiyyət hüququ ilə bağlı öz fikirlərini bildirib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva salamlama nitqində milli mənsubiyyət hüququ kimi məsələlərin müasir dövrdə olduqca vacib olduğunu qeyd edib, bu hüququn beynəlxalq hüquq normalarında öz əksini tapdığını diqqətə çatdırıb.

Daha sonra Beynəlxalq Osmanlı Tədqiqatları Komitəsinin İdarə Heyətinin üzvü, məşhur türkiyəli tarixçi, professor İlber Ortaylı "Müstəqilliyə aparan yol: Türk dünyası və Azərbaycan münasibətləri kontekstində” mövzusunda çıxış edib. O, Azərbaycan, Türkiyə və bütövlükdə türk dünyasının ortaq tarixi barədə danışaraq türk xalqlarının öz milli- mənəvi dəyərlərinə hörmətlə yanaşdığını, əsrlər boyu öz milli kimliyini qoruyub saxladığını vurğulayıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova "Qərbi azərbaycanlıların zorla çıxarılması və Ermənistan dövlətinin strateji məqsədləri" mövzusunda çıxış edib. Professor Ermənistandan qaçqın düşmüş soydaşlarımızın tarixi torpaqlarına qayıtmaq istəyini onların beynəlxalq konvensiyalarla təsbit olunan hüququ olduğunu qeyd edib.

Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi "Azərbaycanlıların milli mənsubiyyət hüququnun tanınması tarixi: Milli kimlikdən konstitusion hüquqa" mövzusunda çıxışında Cənubi Qafqazda azerbaycanlıların yeri, rolu və milli kimliyinin, milli mənsubiyyətin tanınması kimi məsələlərə tarixi-hüquqi prizmadan diqqəti çəkib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 18 Fevral 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see139

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see134

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see131

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see130

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri