Beynəlxalq konfransda azərbaycanlıların qayıdış hüququnun hüquqi və mənəvi əsasları təhlil edildi
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda keçirilən ənənəvi III beynəlxalq konfrans çərçivəsində Milli Məclisin deputatı və ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə qayıdış hüququnun hüquqi və mənəvi əsaslarının təhlilinə həsr olunmuş ilk panel müzakirəsi təşkil olunub.
Redaktor.az xəbər verir ki, çıxış edənlər arasında İbn Haldun Universitetinin Heydər Əliyev adına Avrasiya Araşdırmalar Mərkəzinin direktoru, professor Yaşar Sarı, fransalı tarixçi Maxime Gauin, Harvard Universitetinin tədqiqat direktoru Mark Nathan Kramer və İspaniyanın Panavropa təşkilatını təmsil edən professor Carlos Uriarte olub.
Paneldə iştirakçılar beynəlxalq təcrübə fonunda qayıdış hüququnun dövlətlərarası münasibətlərdəki yerini və Ermənistanın üzərinə düşən humanitar öhdəlikləri müzakirə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 05 Dekabr 2025 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















