Icma.az
close
up
RU
Milli məsələlər və media: Saxta xəbərlərdən necə qorunaq?

Milli məsələlər və media: Saxta xəbərlərdən necə qorunaq?

Icma.az, Bakupost saytına istinadən bildirir.


Bu gün müasir texnologiyalar, sosial şəbəkələr və rəqəmsal platformalar informasiyanın yayılmasını təsəvvür edə bilməyəcəyimiz qədər sürətləndirib. Artıq bir hadisə baş verən kimi saniyələr içində dünyanın müxtəlif ölkələrinə yayılır, milyonlarla insanın diqqətinə çatır, bir sözlə viral olur. Lakin informasiya bolluğu və onun yayılma sürəti ilə yanaşı, ciddi bir təhlükə də meydana çıxıb - saxta xəbərlər. Təəssüf ki, bəzən saxta xəbərlər cəmiyyətin düşüncə tərzinə, siyasi proseslərə, milli münasibətlərə, birgəyaşayışa və ictimai rəyə təsir göstərmək üçün hazırlanmış manipulyativ vasitəyə çevrilib. Xüsusilə sosial şəbəkələrin inkişafı ilə dezinformasiya sürətlə yayılır, insanlar isə çox vaxt informasiyanın mənbəyini araşdırmadan onu paylaşırlar.

Saxta xəbərlər niyə yayılır?

Günümüzdə saxta xəbərlərin yayılmasının müxtəlif səbəbləri var. Bəzən məqsəd siyasi manipulyasiya olur, bəzən iqtisadi qazanc əldə etmək, bəzən isə cəmiyyətdə çaşqınlıq yaratmaq. Sonuncu daha çox digər ölkələrin müdaxiləsi ilə baş verir. İndi ortaya maraqlı sual çıxır: Azərbaycanda birgəyaşayışa mane olmaq üçün yayılan saxta xəbərlər klik qazanmaq məqsədi daşıya bilərmi? Əlbəttə ki, xeyr. Hansısa milli azlıq, etnik qrupla bağlı sensasiya doğuracaq başlıq kimə xidmət edə bilər ki? Deməli, dezinformasiya ilk növbədə ideoloji və siyasi məqsədlərlə yayıla bilər.

Fikrimizi bu günlərdə sosial şəbəkələrin Azərbaycan seqmentində yayılan və çox təəssüf ki, xeyli “bəyənmə” və rəy toplayan Azərbaycanın şəhid Milli qəhrəmanı Albert Aqarunovla bağlı yayılan xəbər üzərindən əsaslandıraq. Xatırladaq ki, Albert Aqarunoviç Aqarunov yəhudi əsilli Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsinin əfsanəvi tankçısı və vətənpərvərlik simvoludur. O, 1992-ci il mayın 8-də Şuşanın müdafiəsi zamanı qəhrəmancasına şəhid olmuş və ölümündən sonra bu yüksək ada layiq görülən ilk hərbçilərdən biri olmuşdur. Deməli, “Zaman Axını” adlı bir səhifədə (iyun, 2026) guya A.Aqarunovun müharibəyə zorla aparıldığını, getməmək üçün hansısa üçüncü ölkələrə sığınacaq üçün müraciətinin olduğunu heç bir fakt olmadan əsaslandırmağa çalışırlar. Təəssüf ki, izləyicilər də bu kimi dezinformasiyanın arxasınca “sürünərək” heç bir araşdırma aparmadan “zaman axını” adlı səhifənin “yalan axını”nın qurbanı olublar.

Göründüyü kimi, xüsusilə milli münasibətlər, din, müharibə və təhlükəsizlik kimi həssas mövzularda saxta xəbərlər cəmiyyət üçün ciddi risk ehtimalını gücləndirir. Lakin bəzən həqiqətən də nifaq yaradan açıqlamalar, şərhlər, statuslar sonradan cəmiyyətə “saxta” xəbər kimi təqdim edilməyə çalışılır. Belə hallar insanlar arasında nifaq yarada, sosial sabitliyi poza və ictimai gərginliyə səbəb ola bilər.

Azərbaycanın sabiq təhsil naziri, professor Firudin Cəlilovun tat dili ilə bağlı mübahisəli mövqeyi də cəmiyyətdə, xüsusən də tat ziyalıları arasında narazılıq yaratmışdı. Onun "tat dili ayrıca dil deyil, fars dilinin ləhcəsidir" məzmunlu yanaşmasına görə, Azərbaycanda "tat dili" adlandırılan danışıq formaları müstəqil dil yox, fars dilinin yerli qollarıdır. Lakin bu mövqe dilçi alimlər arasında ümumi qəbul edilmiş fikir deyil. Azərbaycanda və beynəlxalq dilçilikdə tat dili ayrıca İran dillərindən biri kimi təsnif edilir, ISO 639-3 koduna malikdir və bu dildə dərsliklər, lüğətlər və elmi araşdırmalar mövcuddur. Firudin Cəlilov eyni zamanda tatların Azərbaycan xalqının ayrılmaz hissəsi olduğunu vurğulayaraq, "Talış da, ləzgi də, tat da - hamısı bizim parçamızdır" fikrini səsləndirib.

Sosial şəbəkələrdə və bəzi KİV-lərdə tarixi şəxsiyyətlərin milli kimliyi ilə bağlı yayılan mübahisəli məlumatlar da bəzən dezinformasiya riski yaradır. Məsələn bu günlərdə (iyun, 2026) Həzi Aslanovun milli mənsubiyyəti barədə arxiv sənədlərinə əsaslanan iddiaların birtərəfli təqdim edilməsi cəmiyyətdə süni müzakirələrə və etnik həssaslığın alovlanmasına səbəb ola bilər. Bu məsələdə talışlar iddia edir ki, Həzi Aslanov talışdır, bəzi tarixçilər isə Həzi Aslanovun sənədlərində Türk yazıldığın qeyd edərək mübahisələri daha da dərinləşdirir. Düşünürük ki, Azərbaycan kimi sabit etnomühitin mövcud olduğu ölkədə bu kimi məsələlərin gündəmə gətirilməsi yersizdir.

Azərbaycanda baş verən digər konkret bir nümunə ilə fikrimizi davam etdirək. 2025-ci ilin sentyabrında Quba rayon İcra Başçısının Xucbala kənd üzrə icra nümayəndəsinin müavini Rauf Şixəmmədovun adından sosial şəbəkələrdə bölgədə yaşayan buduğlarla bağlı nümayiş etdirilən videonun şərh bölümündə təhqir dolu fadələr yazıldığı iddia olundu. Videonun altından guya R.Şixəmmədov “Kənd tapmadınız danışmağa?” deyə Buduq kəndinin videosunu paylaşan şəxsə irad bildirib: “Niyə elə deyirsən, nə olub Buduğa?” cavabından sonra guya R.Şixəmmədovun adından açılan feyk profil sahibi Buduq kəndini Qubanın üz qarası adlandırıb və kənddə bir nəfər də olsun normal adam görmədiyini bildirib.

R.Şixəmmədov isə sonrada mətbuata bildirdi ki, onun ümumiyyətlə Tik-Tokda profili yoxdur: “Məni təhqir edirlər, sübut etməsələr onlarla bağlı tədbir görəcəyəm. Yəqin ki, kimsə mənim adımdan bu işi görür. Təhqirlərinə görə cavab verəcəklər. Vətəndaş haqqında yanlış məlumat vermək, yazmaq özü də bir cinayətdir. Mən dövlətə və dövlətçiliyə bağlı adamam, harda nə isə yazanda da arxasında dururam. Mənim öz həyat yoldaşım da Buduq kəndindəndir. Bütün bunlar çaxnaşma yaratmaq üçün edilib. Bir daha bəyan edirəm ki, bu mənə qarşı böhtandır”.

Lakin məsələ araşdırıldıqdan sonra bəlli oldu ki, Rauf Şixəmmədov həqiqətən də belə bir şərh yazıb və o dərhal tutduğu vəzifədən azad edildi. Bu və ya digər faktlar belə deməyə əsas verir ki, istər məmur, istərsə də sadə vətəndaş - yəni statusundan aslı olmayaraq diqqətli olmalı, sabit etnomühiti zədələyə bilən informasiyalar paylaşmamalıdır. Bu kimi hallarda real hadisələri bizə saxta xəbər kimi təqdim etmək cəhlərini də müşahidə edirik. Amma sonrakı araşdırmalar acı reallığı ortaya qoyur.

Mənbənin qeyri-müəyyənliyini necə müəyyən edək?

Bu birmənalıdır ki, etibarlı xəbərdə mənbə açıq göstərilir. Saxta xəbərlərdə isə tez-tez belə ifadələrdən istifadə olunur: “Mənbələrin bildirdiyinə görə”. “sosial şəbəkələrdə yayılan məlumata əsasən”, “iddialara görə” və yaxud da “adının açıqlamayan mənbənin verdiyi məlumata görə...”. Yəni bu kimi hallarda - mənbə dəqiq göstərilmirsə, xəbərə ehtiyatla yanaşmaq lazımdır.

Çünki mənbəsi bəlli olmayan xəbərlərdə insanların hisslərinə təsir edən ifadələr ola bilər. Burda da məqsəd oxucunun düşünməsinə deyil, emosional reaksiya verməsinə nail olmaqdır.

Adətən belə xəbərlərdə konkret statistika, rəsmi açıqlama və ya sübutlar olmur. Çox vaxt foto və videolar da kontekstdən çıxarılır, bənzətmələr və ya süni intellektin imkanlarından istifadə olunaraq hazırlanır. Və bunun ardınca da bir çox istifadəçi xəbərin doğruluğunu yoxlamadan onu paylaşır. Beləliklə, dezinformasiya qısa müddətdə geniş auditoriyaya çatır.

Alqoritmlər də bu prosesə təsir edir. Sosial şəbəkələr daha çox reaksiya doğuran məzmunu ön plana çıxarır. Sensasion və emosional xəbərlər daha çox paylaşıldığı üçün geniş yayılır.

Bu gün qarşımıza çıxan ən mürəkkəb problemlərdən biri də illər əvvəl başqa ölkədə çəkilmiş görüntülərin yeni hadisə kimi Azərbaycanda baş verməsi kimi təqdim edilməsidir. Buna görə də foto və videoları yoxlamaq vacibdir. Bunun üçün azca əmək sərf edərək görüntünün ilk dəfə harada yayımlandığını araşdırmaq, əks axtarış sistemlərindən istifadə etmək, videonun montaj əlamətlərinə diqqət yetirmək kifayətdir.

Bu kimi məsələlərdə jurnalistlərin rolu böyükdür. Peşəkar media cəmiyyətin etibarlı informasiya mənbəyi kimi xüsusən də milli məsələlərlə bağlı məlumatları bir neçə mənbədən yoxlamalı, azlıqlara qarşı qərəzsiz yanaşma nümayiş etdirməli və etik prinsipləri gözləməlidir. Milli münasibətlərlə bağlı məsələlər media üçün ən həssas mövzulardan biridir. Yanlış təqdim olunan informasiya etnik və dini zəmində qarşıdurma yarada bilər. Bu səbəbdən jurnalistlər belə mövzularda daha diqqətli olmalıdırlar. Multikultural cəmiyyətlərdə media birləşdirici rol oynamalıdır. Fərqli xalqların mədəniyyətinə hörmət, tolerantlıq və qarşılıqlı anlaşma medianın əsas prinsiplərindən biri olmalıdır.

Sevindirici haldır ki, Azərbaycan mediasında da son illər faktların yoxlanması istiqamətində müxtəlif təşəbbüslər həyata keçirilir. Xüsusilə həssas mövzularda məsuliyyətli yanaşma daha vacibdir.


Bu yazı “Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Virtual məkanda etnomədəni sabitlik və təxribatların qarşısının alınması təşəbbüslərinə dəstək” layihəsi çərçivəsində hazırlanıb.


Niyaz Niftiyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 27 İyun 2026 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri