Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

Saxta xəbərlərdən necə qorunaq: Ekspertdən təklif

Saxta xəbərlərdən necə qorunaq: Ekspertdən təklif

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son zamanlar sosial şəbəkə platformalarındakı bir sıra hesablar vasitəsilə rəsmi şəxslər haqqında "fake" məlumatlar yayılır. 

Bu paylaşımların Azərbaycana və rəsmi dövlət adamlarına qarşı dezinformasiya yayımı hazırlayan mərkəzlərdən idarə olunduğu şübhə doğurmur. Son günlər dəfələrlə “deepfake” texnologiyası tətbiq olunmaqla reallığı əks etdirməyən bu tip saxta məzmunlu xəbərlər hazırlanıb və paylaşılıb. 

Ümumiyyətlə, cəmiyyəti bu cür saxta xəbərlərdən necə qorumalıyıq? Çünki, məsələn, 10 nəfərdən cəmi 2-si bu xəbərlərə inanarsa, bu, artıq kifayət qədər ciddi göstəricidir. 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında siyasi şərhçi, media eksperti Azər Həsrət bildirib ki, həqiqətən də cəmiyyət çox ciddi bir təhlükə ilə üz-üzədir.

Onun sözlərinə görə, müasir texnologiyalar istənilən şəxs haqqında, həmin şəxsin özünün belə xəbərinin olmadığı halda saxta görüntü və məlumatların hazırlanmasına imkan yaradır və bu cür informasiyalar qısa zaman ərzində geniş dövriyyəyə buraxılır:

“Bu proses saniyələr içində baş verdiyi üçün artıq saxtanı ifşa etmək, təkzib vermək üçün çox vaxt gec qalırıq. Yəni faktiki olaraq bunun qarşısını almaq üçün heç nə edə bilmirik. Elə bir texnologiya icad edilməyib ki, bu təhlükəni tam şəkildə aradan qaldıra bilsin. 

Bu səbəbdən düşünürəm ki, ən yaxşı və ən düzgün yol istifadəçilərlə, yəni bu tip informasiyaların istehlakçıları olan geniş auditoriya ilə sistemli iş aparmaqdır. Artıq cəmiyyətimizin, insanlarımızın şüuruna yeritməliyik ki, istənilən informasiyaya, istənilən görüntüyə şübhə ilə yanaşmaq lazımdır. 

Yəni dərhal inanmasınlar. İnsanlar gördükləri hər məlumata dərhal inanmaq əvəzinə, onu mümkün mənbələrdən dəqiqləşdirməyə çalışmalıdırlar. Əlbəttə, peşəkarlar bunu nisbətən asanlıqla edə bilirlər. Amma reallıq ondan ibarətdir ki, informasiya sahəsində hamı peşəkar deyil. İnformasiya istehlakçılarının böyük əksəriyyəti bu sahə ilə yaxından tanış deyil və qarşılarına çıxan məlumatı olduğu kimi qəbul etməyə meyillidirlər. Bu isə çox böyük təhlükədir”. 

Azər Həsrət qeyd edib ki, saxta xəbərlərin qarşısını almaq üçün cəmiyyətdə genişmiqyaslı təbliğat aparılmalıdır: 

“İnformasiya istehlakçıları sadəcə olaraq hansısa informasiyanı qəbul edir. Qəbul edərkən də əksəriyyəti, yəni çoxluğu qarşılarına çıxan hər şeyə inanırlar. Bu təhlükənin qarşısını almaq üçün cəmiyyətdə genişmiqyaslı təbliğat aparılmalıdır. İnsanlara davamlı şəkildə təlqin edilməlidir ki, istənilən informasiyaya şübhəçi yanaşsınlar. Başqa yolumuz yoxdur. 

Yeni texnologiyaların mənimsənilməsi baxımından isə bu maarifləndirmə işləri uşaq bağçalarından, məktəblərdən başlamalı, ali təhsil müəssisələrində, xüsusilə savadlı kəsim arasında daha geniş şəkildə aparılmalıdır. Televiziya kanalları da bu prosesə ciddi şəkildə qoşulmalıdır. Məsələn, hər saat yayımlanan verilişlərin sonunda 30 saniyə və ya 1 dəqiqəlik sosial çarxlar nümayiş etdirilə bilər. 

Bu çarxlarda “qarşınıza çıxan informasiyaya dərhal inanmayın”, “şübhəli məlumatları tirajlamağa tələsməyin” kimi çağırışlar yer almalıdır. Bu cür çağırışlarla genişmiqyaslı işlər aparılmalıdır. Əks halda doğrudan da işimiz xeyli çətin olacaq”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: Saxta xəbərlər Azər Həsrət

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Yanvar 2026 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1001

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see471

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see374

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see294

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see280

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see279

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see258

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see251

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see217

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see217

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see211

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see207

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see206

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see205

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see199

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see199

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see192

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see192

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see192

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri