Icma.az
close
up
RU
Milli Mətbuat: 150 illik tarixi irs və müasir çağırışlar ŞƏRH

Milli Mətbuat: 150 illik tarixi irs və müasir çağırışlar ŞƏRH

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

2025-ci il Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyi ilə əlamətdardır. Bu möhtəşəm yubiley, yalnız mətbuat tariximizin zənginliyini deyil, həm də müstəqil dövlətçiliyimizin, milli şüurumuzun və azərbaycançılıq ideologiyasının formalaşmasında milli mətbuatın oynadığı mühüm rolu bir daha ortaya qoyur. Mətbuat hər bir xalqın siyasi, ictimai və mənəvi həyatında əvəzsiz rol oynayır. Azərbaycan mətbuatı da 150 illik şərəfli inkişaf yolu keçərək bu gün dövlətimizin, xalqımızın və milli ideologiyamızın ən mühüm dayaqlarından birinə çevrilmişdir.

Azərbaycan milli mətbuatının əsası 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayan “Əkinçi” qəzeti ilə qoyulmuşdur. “Əkinçi” qəzeti yalnız bir qəzet deyildi – o, xalq maarifçiliyinin, ictimai-siyasi şüurun oyanışının başlanğıcı idi. Bu qəzetin əsas ideoloji xətti xalqın oyanması, milli kimlik və savadlanma ideyalarına xidmət etmək idi. “Əkinçi” qəzetində əsasən kənd təsərrüfatı, maarifçilik, sosial bərabərlik, elmi biliklərin yayılması və milli oyanışa yönəlmiş məqalələr çap olunurdu. Həsən bəy Zərdabi hesab edirdi ki, xalqın tərəqqisi yalnız maarif yolu ilə mümkündür. Bu baxımdan o, mətbuatı milli inkişafın mühüm vasitəsinə çevirmişdi. Onun “xalq üçün, xalq dilində və xalq naminə” şüarı Azərbaycan mətbuatının ideoloji sütunlarına çevrildi. 1875-1877-ci illərdə cəmi 56 nömrəsi çıxsa da, “Əkinçi” qəzeti Azərbaycan mətbuatının həm ideoloji, həm də simvolik təməlidir. Bu qəzetdən sonra “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-rus” kimi nəşrlər milli fikrin, ictimai şüurun inkişafında mühüm rol oynadı.

Azərbaycan mətbuat tarixində “Molla Nəsrəddin” jurnalı (1906–1931) öz satirik üslubu və xalqın sosial problemlərini kəskin tənqid etməsi ilə xüsusi yer tutur. Cəlil Məmmədquluzadənin baş redaktorluğu ilə nəşr edilən bu jurnal millətçilik, savadsızlıqla mübarizə, qadın azadlığı və sosial ədalət mövzularında yazıları ilə təkcə Azərbaycanda deyil, bütövlükdə türk və müsəlman dünyasında azad fikir tribunası kimi tanınmışdı. Eyni zamanda, XX əsrin əvvəllərində nəşr olunan “İrşad”, “Füyuzat”, “Həyat”, “Tərəqqi”, “Kaspi” və digər mətbu orqanlar milli mətbuatın ideoloji zənginləşməsində mühüm rol oynadı. Onların sayəsində Azərbaycanda milli özünüdərk gücləndi, istiqlal arzusu ideoloji bazaya çevrildi.

1920-ci ildən başlayaraq Azərbaycan SSR-də mətbuat tamamilə sovet ideologiyasına tabe edildi. “Kommunist”, “Bakı fəhləsi”, “Yeni yol”, “Gənc işçi” kimi qəzetlər hakim ideologiyanın daşıyıcısına çevrildi. Senzura şəraitində fəaliyyət göstərən Azərbaycan mətbuatı əsasən marksizm-leninizm ideyalarını yayır, dövlətin ideoloji tələblərinə xidmət edirdi. Lakin bəzi mətbuat orqanları və yazıçı-jurnalistlər milli dəyərləri, ədəbiyyatı, dili qorumağa çalışırdı. Bu dövrdə mətbuatın əsas rolu milli varlığı yaşatmaq və ictimai sabitliyi qorumaqla bağlı idi.

Müstəqillik dövründə Azərbaycan mətbuatının inkişafı bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər, ölkədə bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində də dərin islahatlara başladı. 1998-ci ildə mətbuat tarixində dönüş nöqtəsi baş verdi – Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə senzura ləğv edildi. Bu, söz və fikir azadlığının təmin olunmasında mühüm addım idi. Eyni zamanda mətbuat vasitələrinin iqtisadi müstəqilliyi, texniki imkanları və peşəkarlığının artırılması istiqamətində də ciddi addımlar atıldı. Ümumilli Lider Heydər Əliyev mətbuatı cəmiyyətin güzgüsü və xalqın vicdanı adlandırırdı. O, jurnalistlərin fəaliyyətini yüksək qiymətləndirir, onları cəmiyyətin maarifləndirilməsi, dövlətçilik prinsiplərinin yayılması və ictimai həmrəyliyin gücləndirilməsi baxımından strateji bir qüvvə kimi qəbul edirdi.

Prezident İlham Əliyev də Ulu Öndər Heydər Əliyevin milli mətbuatla bağlı siyasətini uğurla davam etdirərək bu sahənin inkişafına mühüm töhfələr vermişdir. O, medianın dövlətin ideoloji dayağı kimi rolunu daim yüksək qiymətləndirmiş, bu sahədə müasir tələblərə cavab verən islahatlar həyata keçirmişdir. Prezident İlham Əliyevin sərəncamı ilə 2010-cu ildə Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Bu fondun fəaliyyəti nəticəsində onlarla qəzet və informasiya agentliyi maliyyə dəstəyi aldı, redaksiyalar müasir texnologiyalarla təmin olundu. 2021-ci ildə isə fondun bazasında Medianın İnkişafı Agentliyi (MEDİA) yaradıldı və mətbuatın institusional inkişafına start verildi. Prezident İlham Əliyevin “Milli Mətbuat Günü” ilə bağlı hər il verdiyi təbriklərində mətbuatın ictimai rəyə təsir imkanları, dövlət maraqlarını müdafiə etmək gücü və informasiya təhlükəsizliyinin təminində rolu xüsusi vurğulanır. Onun rəhbərliyi ilə Azərbaycan mətbuatı qlobal informasiya mübarizəsində dövlət maraqlarını qoruyan, ictimai birliyi möhkəmləndirən güclü platformaya çevrilmişdir.

44 günlük Vətən müharibəsi dövründə Azərbaycan mətbuatı özünün ən şərəfli vəzifəsini yerinə yetirdi – informasiya cəbhəsində xalqın ruhunu diri saxladı, dünyaya həqiqətləri çatdırdı, milli birlik və ideoloji gücü formalaşdırdı. Müharibə dövründə fəaliyyət göstərən dövlət və özəl media orqanları, jurnalistlər, informasiya platformaları Prezident İlham Əliyevin apardığı siyasətin dəstəkçisi oldular. Azərbaycanın haqq səsi bütün dünyaya çatdırıldı. Sosial mediada yaradılan informasiya platformaları düşmənin yalanlarını ifşa etdi, erməni dezinformasiyasının qarşısını aldı. Azərbaycan mətbuatı bu dönəmdə yalnız informativ deyil, eyni zamanda ideoloji-siyasi silah rolunu oynadı. Mətbuat vasitəsilə cəmiyyət səfərbər edildi, milli ruh və döyüş əzmi gücləndirildi.

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması mətbuat qarşısında da yeni ideoloji vəzifələr qoydu. Bu il ərzində media orqanları xalqımızın azadlığını, ərazi bütövlüyünü, siyasi suverenliyini, hüquqi dövlət quruculuğunu təbliğ edən materiallar yayımlayaraq bu mühüm ideoloji kampaniyaya töhfə verdilər. Azərbaycan mətbuatı müasir dövrdə artıq təkcə informasiya daşıyıcısı deyil, həm də milli maraqların müdafiəçisi, strateji kommunikasiya alətidir. Prezident İlham Əliyevin siyasi kursunu, Qarabağ və Şərqi Zəngəzurda bərpa və Böyük Qayıdış proqramını geniş şəkildə işıqlandıran milli mətbuat, eyni zamanda Azərbaycan xalqının milli birliyini və tarixi haqq səsini dünyaya çatdırmaqdadır.

Azərbaycan milli mətbuatı 150 illik tarixi ərzində çoxsaylı mərhələlərdən keçərək bu gün güclü, modern və milli ideologiyaya əsaslanan bir sistemə çevrilmişdir. Əkinçi qəzetindən başlayaraq müasir rəqəmsal mediaya qədər uzanan bu yol, xalqın maariflənməsi, milli ideologiyanın yayılması, dövlətçiliyin qorunması və möhkəmlənməsi ilə müşayiət olunmuşdur. Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə mətbuat azad, milli və peşəkar səviyyəyə yüksəlmiş, həm dövlətin, həm də cəmiyyətin ayrılmaz hissəsi olmuşdur. Əldə olunan Zəfərlər və suverenliyin bərpasında mətbuatın rolu isə onun strateji əhəmiyyətini bir daha təsdiqləmişdir. 150 yaşlı Azərbaycan milli mətbuatı bu gün də müstəqil dövlətimizin, xalqın və ideoloji birliyin ən mühüm dayaqlarından biri olaraq fəaliyyətini uğurla davam etdirir.

Son olaraq qeyd edək ki, cari ilin iyul ayının 19-da Xankəndidə keçirilən 3-cü Şuşa Qlobal Media Forumunda çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük nüfuz qazandığını xüsusi vurğulayıb. Dövlət başçısı bildirib ki, bu gün Azərbaycan mediası yalnız informasiya yayımı ilə kifayətlənmir, eyni zamanda ölkəyə qarşı yönəlmiş əsassız ittihamları əsaslı arqumentlərlə ifşa etmək gücünə malikdir. Prezident İlham Əliyevin sözlərinə görə, mediamızın həm müdafiə, həm də hücum potensialı onun çevikliyini və peşəkarlığını nümayiş etdirir. Prezident İlham Əliyev Azərbaycan jurnalistlərini dövlət maraqlarının qorunmasında və beynəlxalq ictimai rəyə təsir göstərməkdə əsas qüvvə kimi qiymətləndirib. O, medianın gücünü məhz onu formalaşdıran jurnalistlərin əməyində və fədakarlığında gördüyünü xüsusi qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın informasiya təhlükələri ilə üzləşdiyi indiki mərhələdə medianın daha böyük məsuliyyət daşıdığını və buna tam hazır olduğunu bildirib. Ölkə rəhbərinin çıxış bir daha göstərdi ki, Azərbaycan mətbuatı dövlətin ideoloji və strateji dayaqlarından biri kimi mühüm rol oynayır.

Milli mətbuatımızın 150 illik yubileyi münasibətilə bütün media nümayəndələrini səmimi-qəlbdən təbrik edir, onlara məsuliyyətli fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq.

Vasif Nəbiyev

YAP Yasamal rayon təşkilatının məsləhətçisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 İyul 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see318

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see280

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see252

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see201

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see185

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see175

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see162

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see141

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see131

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see130

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Neymar və het trik

04 Dekabr 2025 09:17see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see123

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri