Icma.az
close
up
RU
”Məshəti“ niyə festivaldan çıxarıldı? “İçki içən Məshəti yox, onu canlandıran aktrisa imiş…”

”Məshəti“ niyə festivaldan çıxarıldı? “İçki içən Məshəti yox, onu canlandıran aktrisa imiş…”

Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kim idi deyən ki, guya filmdə Məhsəti klubları gəzib içki içir? Yaxşı ki, iftira atan primatlardan fərqli olaraq xəbəri tapıb, içini oxumuşam. Sən demə, filmdə içkini içən Məhsəti deyil, onu canlandırmaq istəyən müasir aktrisa (obrazdır) imiş. Biabır olasınız…

Tribuna xəbər verir ki, bu barədə yazan jurnalist Ülviyyə Alovlu bildirib. O qeyd edib ki, aktrisaya görə film festivaldan çıxarılıb:

“Rejissor Suada Qarayevanın “Məhsəti” filmi Mədəniyyət Nazirliyi və Kino Agentliyinin təşkil etdiyi “Baku Cinema Breeze 25” film festivalı çərçivəsində Bakı Beynəlxalq Film Festivalından çıxarılıb.

Bu barədə rejissor sosial media hesabında həm öz, həm də layihənin prodüserləri Mariya İbrahimova (Azərbaycan) və Ada Solomonun (Rumıniya) adından bəyənat yayıb.
Paylaşımda bunlar qeyd olunub:

“Təəssüf ki, “Məhsəti” filmimiz Bakı Film Festivalı proqramından çıxarılıb, çünki Mədəniyyət Nazirliyinin Film Şurası ona nümayiş lisenziyası verməkdən imtina edib və filmin mənəvi dəyərlərə uyğun olmadığını bildirib. Filmdə 12-ci əsr şairi Məhsəti Gəncəvini canlandırmaq istəyən gənc aktrisa dostları ilə kluba gedir, spirtli içki içir, rəqs edir və bir kişi ilə romantik münasibət yaşayır.
Film Məhsəti Gəncəvinin hekayəsinə çağdaş yanaşma cəhdidir. O, tək ana tərəfindən böyüdülüb, sevgi, şərab, hisslər və azadlıq haqqında cəsarətlə və gözəlliklə yazan bir sənətkar idi. Onun yaradıcılığı, onu və ümumilikdə qadınları səsdən məhrum edib keçmişdə saxlamaq istəyənlərin bütün səylərinə baxmayaraq, demək olar ki, min ildir yaşayır.
Qadın kino yaradıcıları olaraq, qadınların necə təsvir oluna biləcəyinə dair bu cür absurd məhdudiyyətləri qəbul etmirik. Xüsusilə də bu məhdudiyyətlərin modern və dünyəvi bir ölkədən, qadınlara ən erkən səsvermə hüququ verənlərdən biri olmuş və Məhsəti kimi qadın ilhamları yetişdirmiş bir yerdən gəlməsi təəccüblüdür. Məhsəti təbiət qüvvəsi kimi biri idi – qabaqcıl, azad ruhlu, 12-ci əsrdən bu günə qədər işığı sönməyən parlaq bir ulduz.
21-ci əsrdə qadınları ənənəvi gender rollarında saxlamaqdan daha yaxşısına qadirik”.

Rejissor və prodüserlər bu filmə ürəklərini və ruhlarını sərf edən bütün aktyorlardan, çəkiliş heyətindən və istedadlı insanlardan, eləcə də festivalda nümayişini səbirsizliklə gözləyən dostlarından, tərəfdarlarından və sevdiklərindən üzr istəyiblər”.

Xatırladaq ki, bu ilin mayında aktrisa Fərqanə Abdullanın rol aldığı “Məhsəti” filminin premyerası Kaliforniyada keçirilən “Mammoth Lakes” Beynəlxalq Film Festivalında baş tutub.

Gülşən Rəsul

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 05 Dekabr 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri