Icma.az
close
up
RU
Milli Müdafiə Universitetində nə baş verir?

Milli Müdafiə Universitetində nə baş verir?

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Uzaqgörən idarəçilik, böyük məsuliyyət
Cənab rektor, general-mayor Gündüz Əbdülovun rəhbərliyi ilə Milli Müdafiə Universitetində hərbi təhsilin məzmununun yenilənməsi, beynəlxalq təcrübənin öyrənilməsi, müasir tədris yanaşmalarının tətbiqi və gələcəyin hərbçilərinin yeni çağırışlara uyğun hazırlanması istiqamətində ardıcıl iş aparılır.
ABŞ Milli Müdafiə Universitetinə və Yaxın Şərq–Cənubi Asiya Strateji Araşdırmalar Mərkəzinə səfər çərçivəsində strateji liderlik, insan kapitalı, səriştə əsaslı təhsil, süni intellekt dəstəkli hərbi təlimlər, peşəkar serjant hazırlığı və müəllim heyətinin inkişafı kimi mühüm məsələlər müzakirə olunub.
Azərbaycan, Türkiyə və Gürcüstan Milli Müdafiə Universitetləri rektorlarının üçtərəfli görüşü də regional hərbi təhsil əməkdaşlığının genişləndirilməsi baxımından əhəmiyyət daşıyır. Görüşdə təcrübə mübadiləsi, birgə tədbirlər və qarşılıqlı əməkdaşlığın yeni istiqamətləri diqqət mərkəzində olub.
Birləşmiş Ərəb Əmirlikləri nümayəndə heyətinin Hərbi İdarəetmə İnstitutuna səfəri, Gürcüstan Milli Müdafiə Akademiyası nümayəndələrinin Bakıda keçirdiyi görüşlər, eləcə də Heydər Əliyev adına Hərbi İnstitut nümayəndə heyətinin Tacikistana rəsmi səfəri bu əməkdaşlığın coğrafiyasının genişləndiyini göstərir. Hərbi təhsil müəssisələri arasında təcrübə mübadiləsi, tədris proqramlarının təkmilləşdirilməsi və birgə hazırlıq imkanları müzakirə olunur.
ADEX 2026 – müasir hərbi təhsilin təqdimatı
“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində Milli Müdafiə Universitetinin stendi də diqqət çəkən təqdimatlardan biridir. Burada ziyarətçilərə universitetin təhsil imkanları, innovativ tədris mühiti, rəqəmsal transformasiya layihələri və müasir hərbi təhsilin perspektivləri nümayiş etdirilir. Bu təqdimat hərbi təhsilin inkişaf istiqamətlərini daha geniş auditoriyaya çatdırmaq baxımından əhəmiyyətlidir.
Heydər Əliyev adına Hərbi İnstitut: beynəlxalq təcrübə və uğurlu təmsilçilik
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutun kursantlarının Çin Xalq Respublikasına səfəri bu istiqamətdə diqqətəlayiq hadisələrdəndir. Çin Xalq Azadlıq Ordusunun Mühəndislik Universitetində təşkil olunan beynəlxalq tədbirdə 12 ölkənin nümayəndələri iştirak edib. Azərbaycan kursantları “Beynəlxalq sülhməramlılıq” mövzusunda təqdimatla çıxış edərək ölkəmizin təcrübəsini bölüşüb, bir sıra kursantlar təltif olunublar.
Bu səfər yalnız beynəlxalq təcrübə mübadiləsi deyil, həm də Azərbaycan hərbi təhsilinin, gənc kursantlarımızın bilik və hazırlığının beynəlxalq müstəvidə nümayişi baxımından qürurvericidir.
İnstitutda gələcəyin zabitlərinin hazırlığı nəzəri biliklərlə yanaşı, fiziki hazırlıq və komanda ruhunun inkişafını da əhatə edir. Bu məqsədlə kursantlar arasında keçirilən voleybol yarışı sağlam rəqabətin, birlik və kollektiv ruhun möhkəmləndirilməsinə xidmət edib.
İnstitutun elmi və intellektual mühitinin inkişafı da diqqət mərkəzindədir. Zəfər Gününə həsr olunmuş “Müdafiə və milli təhlükəsizliyin aktual problemləri” mövzusunda respublika elmi-praktik konfransı hərbi elmin müasir çağırışlarının müzakirəsi, elmi yanaşmaların bölüşülməsi və müxtəlif qurumlar arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma olub.
General-mayor Ümidvar Quliyevin rəhbərlik etdiyi Heydər Əliyev adına Hərbi İnstitutun bu istiqamətlərdə fəaliyyəti gələcək zabitlərin yalnız peşəkar deyil, həm də intellektual və mənəvi baxımdan hazırlığına verilən önəmi göstərir.
Güclü ordunun təməli güclü hərbi təhsildir
Milli Müdafiə Universitetinin fəaliyyəti göstərir ki, müasir hərbi təhsil yalnız auditoriya və tədris proqramları ilə məhdudlaşmır. O, beynəlxalq əməkdaşlığı, elmi araşdırmaları, rəqəmsal yenilikləri, fiziki hazırlığı və liderlik keyfiyyətlərinin formalaşdırılmasını vahid məqsəd ətrafında birləşdirir.
Bu inkişafın arxasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müəyyən etdiyi strateji hədəflər, Müdafiə Nazirliyinin dəstəyi, Milli Müdafiə Universitetinin rəhbərliyinin idarəçilik yanaşması və tabeli təhsil müəssisələrinin ardıcıl fəaliyyəti dayanır.
Ordunun gücü yalnız bu gün qazandığı uğurlarla deyil, sabahını etibar edəcəyi insanların hazırlığı ilə ölçülür.
Vətənə xidmətin ən ali ifadələrindən biri Vətəni qoruyacaq nəsli yetişdirməkdir. Milli Müdafiə Universitetinin missiyası da bu amalın ətrafında birləşir: güclü dövlət, güclü ordu və Vətəninə sədaqətlə xidmət edən peşəkar hərbçi nəsli!
Günay Miri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://azvision.az
archiveBu xəbər 15 Noyabr 2026 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri