Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Milli Müdafiə Universitetində YENİLİK: Kursantlar hansı güzəştlərdən yararlanacaqlar?

Milli Müdafiə Universitetində YENİLİK: Kursantlar hansı güzəştlərdən yararlanacaqlar?

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan ordusunda aparılan dinamik və uğurlu islahatların ayrılmaz hissəsi olan hərbi təhsil sahəsində də yeniliklər davam edir. Prezident İlham Əliyevin fərmanına uyğun olaraq hərbi təhsil sistemimiz dünyanın aparıcı ölkələrinin hərbi təhsil sisteminə uyğunlaşdırılmaqdadır. Bu istiqamətdə 5 mart 2022-ci il tarixində Prezident İlham Əliyevin 1626 nömrəli Fərmanına əsasən, qabaqcıl xarici orduların təcrübəsinə əsaslanaraq yaradılan Milli Müdafiə Universiteti yarandığı gündən yenilikləri ilə seçilir. Artıq ilk dəfə olaraq, universitet tərəfindən qəbul prosesi elektron qaydada həyata keçirilir. Ölkə üzrə əhatəliliyi özündə əks etdirən bu yenilik əlçatanlığın və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə yaradılıb.

Mövzunu Oxu.Az-a şərh edən hərbi ekspert Azər Bayramov bildirib ki, bu, vətəndaşların daha asan şəkildə sözügedən proseslə bağlı fəaliyyətləri icra edə biləcəkləri deməkdir:

"Bu istiqamətdə daha bir yenilik isə ondan ibarətdir ki, 2025-ci ildən hərbi liseylərə qəbulla bağlı müraciət edən namizədlər müvafiq tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verən abituriyentlərin imtahanda əldə etdikləri nəticələrə əsasən həyata keçiləcək. Heydər Əliyev adına Hərbi İnstitutda isə sənəd qəbulu 1-ci, 2-ci və 3-cü ixtisas qrupları üzrə aparılır və bu da arzusunda olan abituriyentlər üçün əlçatanlılığı daha da asanlaşdırır. Cari dövrdə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələri beynəlxalq standartlara uyğun şəkildə öz fəaliyyətlərini davam etdirir. Xüsusilə qeyd etməliyik ki, əsasən, maddi bazanın yaradılması, müasir təhsil sisteminə uyğun prosesin təşkili kursantların bilik və bacarıqlarının artırılmasında, eyni zamanda gələcəkdə savadlı və peşəkar hərbçi kimi yetişdirilmələrində xüsusi rol oynayır".

"Onu da qeyd edək ki, Mili Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində təhsil alan kursantların qəbul balı və öz istəkləri nəzərə alınaraq xarici ölkələrin təhsil müəssisələrinə göndərirlər. Onlar qardaş Türkiyə, İtaliya, Koreya və Rusiyanın hərbi təhsil müəssisələrində öz təhsillərini davam etdirə bilərlər. Sözügedən ölkələrdə hərbi təhsilini davam etdirmək Heydər Əliyev adına Hərbi İnstitutun kursantlarına da şamil edilir. Həmçinin, Hərbi Tibb Fakültəsində ("Hərbi feldşer işi" ixtisası daxil olmaqla) təhsil alan kursantlar da Türkiyədə təhsilini davam etdirə bilərlər. Hərbi kolleclərdə təhsil alan kursantlar da eynilə Türkiyədə təhsilini davam etdirə bilərlər", - deyə ekspert əlavə edib.

Müsahibimiz bildirib ki, kursantların özləri ilə yanaşı, ailələrinin də sosial rifahı dövlətin daim diqqət mərkəzindədir:

"Cənab Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq Milli Müdafiə Universitetinin tabeliyində olan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları üçün birdəfəlik və aylıq ödəmələr təsis edilib. Belə ki, həmin ödəmələrin bir hissəsi aylıq olaraq kursantın özünə, ailəsinə, digər bir hissəsi isə kursantın şəxsi hesabına yığılır və həmin şəxsi hesaba yığılmış vəsait təhsil müəssisəsini bitirdikdən sonra kursantın vəsaitdən yararlanmaq hüququ yaranır. Belə ki, ali təhsil müəssisələri üzrə birdəfəlik ödəniş 500 manat məbləğində, aylıq olaraq isə 150 manat məbləğində təqaüd olaraq verilir. 200 manat məbləğində ailə üzvlərinə maddi yardım, 200 manat məbləğində isə hesabına ödəniş yığılır. Beləliklə, ümumi məbləğin 550 manat olduğunu görə bilərik. Hərbi kolleclər üzrə də birdəfəlik 500 manat məbləğində ödəmə, aylıq olaraq 100 manat məbləğində təqaüd, 200 manat məbləğində ailə üzvlərinə maddi yardım, 150 manat məbləğində şəxsi hesabında ödəniş yığılır. Bununla paralel olaraq, hərbi liseylər üzrə də birdəfəlik 300 manat məbləğində ödəniş, aylıq 50 manat məbləğində təqaüd, 100 manat məbləğində ailə üzvlərinə maddi yardım və 100 manat məbləğində hesaba ödəniş yığılır. Bütün bunlar onu deməyə əsas verir ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin tapşırığına əsasən atılmış bu addımlar kursantın özü ilə yanaşı, onun ailəsinin də sosial rifahının yaxşılaşdırlması üçündür".

"Əlavə olaraq, onu da qeyd etməliyik ki, 2024-2025-ci tədris ilindən başlayaraq ali təhsil müəssisəsinə və hərbi kolleclərə daxil olan kursantlar həmin təhsil müəssisələrindən məzun olaraq Azərbaycan Ordusunda 5 təqvim ili zabit və ya gizir kimi həqiqi hərbi xidmət keçdikdən sonra yaşayış sahəsinin alınması üçün (Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına güzəştli ipoteka kreditindən istifadə etdikdə) müraciət etdikdə müvafiq yaşayış sahəsinin qiymətinin 15 faizədək olan hissəsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşəcək. Bu da özlüyündə gələcəkdə hərbçilərimizin sosial rifahının yaxşılaşdırlması istiqamətində atılan mühüm addım kimi dəyərləndirilməlidir. Bundan sonra da hərbi təhsil sahəsində daim yenilikləri müşahidə edəcəyik, hərbi təhsillə yanaşı, hərbçilərimizin sosial rifahının yaxşılaşdırılması istiqamətində bu günə qədər həyata keçirilən islahatların bundan sonra da davamını dinamik şəkildə müşahidə edəcəyik", - deyə müsahibimiz fikrini yekunlaşdırıb.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Azər Kərimli Oxu.Az-a açıqlamasında Milli Müdafiə Universiteti tərəfindən ilk dəfə həyata keçirilən elektron sənəd qəbulu sisteminin şəffaflıq, əlçatanlıq və vətəndaş məmnuniyyətini təmin etmək baxımından mühüm yenilik olduğunu əlavə edib:

"Qəbul prosesinin tam elektron formada aparılması o demədir ki, obyektivlik və ədalətlilik maksimum səviyyədə qorunur. İstənilən namizədin vahid qaydalar əsasında müraciəti üçün bərabər imkanlar yaradılır. Artıq sənəd qəbulu üçün uzaq məsafələr qət etməyə ehtiyac yoxdur. Hər kəs istənilən bölgədən asanlıqla müraciət edə bilər. Yeni yanaşma vaxt itkisini aradan qaldırır və müraciət prosesini daha da sürətli edir".

"Bu sistem müasir texnologiyaların tətbiqi ilə vətəndaş məmnuniyyətini artırmaq və gələcəyin hərbi kadrlarını daha şəffaf seçim əsasında formalaşdırmaq məqsədi ilə yaradılıb. Hərbi təhsil almaq istəyən gənclər üçün bu, böyük fürsətdir. Bu yenilik vətəndaş məmnunluğunu artırmaqla yanaşı, çevik və müasir qəbul sisteminin qurulmasına da xidmət edir. Hərbi təhsilə marağı olan gənclər üçün bu, həm sürətli, həm də ədalətli bir seçim prosesinin başlanğıcıdır", - deputat əlavə edib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti cari ilin 3 mart-30 may tarixlərində Heydər Əliyev adına Hərbi İnstitut, Hərbi Tibb Fakültəsi, Bakı və Naxçıvan Hərbi Kollecləri, Heydər Əliyev adına və Cəmşid Naxçıvanski adına Hərbi Liseylərə elektron sənəd qəbulu elan edir. İlk dəfə olaraq, Milli Müdafiə Universiteti tərəfindən qəbul prosesi elektron qaydada həyata keçirilir. Azərbaycan Respublikasının vətəndaşları istənilən bölgədən "www.mmu.edu.az" saytının "Təhsil müəssisələrinə qəbul" bölməsindən sənəd qəbulu portallarına keçərək müvafiq portaldakı "Qaydalar və sənəd nümunələri" hissəsindən proseslə bağlı məlumatları əldə edə bilər.

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 Aprel 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see485

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see387

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see379

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see342

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see324

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see293

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see292

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see286

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see204

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see166

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see164

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see163

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see162

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see159

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see157

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see137

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri