Icma.az
close
up
RU
Milli Qəhrəmanın doğum günüdür

Milli Qəhrəmanın doğum günüdür

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Doğru deyiblər ki, Vətən sevgisi və insanlıq borcu millət tanımır. Bu həqiqəti Azərbaycanın müstəqilliyi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş, əslən azərbaycanlı olmayan yüzlərlə qəhrəmanımızın şərəfli ömür yolu dəfələrlə sübut edib.Sergey Senyuşkin Azərbaycan torpaqlarının müdafiəsində və Xocalı fəlakətində dinc insanların xilasında adını tariximizə qızıl hərflərlə yazdıran xalqımızın unudulmaz qəhrəmanıdır. Azərbaycanın Milli Qəhrəmanı Sergey Aleksandroviç Senyuşkin 1957-ci il sentyabrın 15-də Rusiyanın Samara vilayətinin Sızran şəhərində anadan olub. 1974-cü ildə Sızran şəhər orta məktəbini bitirdikdən sonra Politexnik İnstitutuna daxil olub. 1975–1979-cu illərdə Ali Hərbi Təyyarəçilər Məktəbində təhsil alaraq Mİ-8 və Mİ-24 vertolyotlarının uçuş proqramlarına yüksək səviyyədə yiyələnib. 1989-cu ildə Zaqafqaziya Hərbi Dairəsindəki hərbi hissələrdən birinə komandir müavini vəzifəsinə təyin edilib. Birinci dərəcəli təyyarəçi, paraşüt idmanı üzrə ustalığa namizəd idi. 1 fevral 1992-ci ildən başlayaraq xidmətini Azərbaycan Respublikası Silahlı Qüvvələrində davam etdirib. 843 saylı hərbi hissənin Təlim-Məşq Mərkəzinin təyyarəçi təlimatçısı vəzifəsinə təyin edilib. Mayor S.Senyuşkin Azərbaycanın Hərbi Hava Qüvvələrinin yaradılmasında yaxından iştirak edib. Təlim-Məşq Mərkəzində Mİ-24 döyüş vertolyotunun uçuşlarını həyata keçirmək üçün hərbi xidmətə gələn mülki təyyarəçiləri hazırlaşdırmaqla bərabər, erməni işğalçılarına qarşı Qarabağda aparılan döyüş əməliyyatlarında iştirak edib. Hərbi vertolyotla Xocalıya uçub, qoca, qadın və uşaqların təhlükəli zonadan çıxarılmasında böyük fədakarlıq göstərib. Yaralanmağına baxmayaraq, öz borcunu layiqincə yerinə yetirib. 29 fevral 1992-ci ildə qəhrəmancasına həlak olub. İki qızı yadigar qalıb. Öz vətənində – Samara vilayətinin Sızran şəhərində dəfn edilib. Bakının Xətai rayonunda adına küçə var.

Həyat yoldşı Marina Senyuşkinanın dediklərindən: “Sergey peşəkar hərbçi idi. O, Rusiyanın və MDB-nin digər yerlərində çalışmışdı. 1992 ildə ona Azərbaycanda iş təklif edildi. Mən o vaxt Azərbaycanı tanımırdım. Mənə bu barədə deyəndə açığı bir az tərəddüd etdim. Adətən hərbçilərin işinə qarışmaq olmazdı. O, ilin əvvəllərində Azərbaycana gəldi, təxminən 10 gündən sonra bizi gətirdi. Gələn gündən Qarabağa göndərildi. O zaman Azərbaycanda peşəkar zabit az idi. Hərbi helikopterlərdən istifadə edənlər isə demək olar ki, yox idi. Sergeyin Hərbi Hava Qüvvələrinin yaradılmasında böyük zəhməti oldu. Evə gələndə isə bizə bir kəlmə də olsun bir söz deməzdi. Xocalı faciəsi zamanı o bir neçə dəfə ora gedib, yaralı insanları təhlükəsiz yerlərə çatdırmışdı. Bunu sonradan onun yanında olanlardan eşitdim.  Sergey həlak olandan sonra düzü, Azərbaycanda qalmaq istəmədik. Fikirləşdik ki, burda heç kimi tanımırıq, bizim üçün burada yaşamaq çətin olar. Sergeyi öz doğulduğu yerdə dəfn elədik. İndi mən Azərbaycanı sanki öz vətənim bilirəm. Buradan ayrılmağı heç ağlıma da gətirmirəm. İki övladım var, düzdür, yanımda yaşamasalar da, tez-tez mənə baş çəkirlər.”

Vətənpərvərlik ruhda daşınan ləyaqətlə ölçülür. Bu torpağın çörəyini halallıqla yeyib, onun darlığında sinəsini sipər edən hər bir insan – bu Vətənin öz doğma övladıdır.

Müşfiq MİRZƏ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Sentyabr 2026 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see350

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see321

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see314

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see305

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see282

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see275

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see273

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see271

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see249

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see241

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see236

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see230

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see224

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see218

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see217

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see212

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see209

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see207

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see203

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri