Icma.az
close
up
RU
Menu

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

Əldə olan pulu artırmaq üçün bunu edin!

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

La Liqa: Valensiyada triller

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Milli Qəhrəmanın doğum günüdür

Milli Qəhrəmanın doğum günüdür

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etməkdən çəkinməyən minlərlə Vətən övladı silaha sarılaraq təcavüzkar orduya qarşı vuruşaraq şəhidlik zirvəsinə yüksəliblər. Respublikamızın bütün bölgələrindən fədakar və vətənpərvər eloğulları Ana Vətənimizin və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda qorxu bilmədən özlərini odun-alovun içinə ataraq qəhrəmanlıq göstərmişlər. Qəlbimizdə kök salmış, yaddaşlarımızda iz qoymuş layiqli Vətən oğullarından biri də Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Məcidov Eldar Tofiq oğludur.

Məcidov Eldar 26 avqust 1965-ci il Bakı şəhərində dünyaya göz açıb. 1972-ci ildə Yasamal rayon 52 saylı məktəbin birinci sinfinə getmiş, 1982-ci ildə bu məktəbi bitirmişdir.  Elə həmin il Azərbaycan Rəssamlar İttifaqının Bədii Fondunda işə düzəlir. 1983-cü ildə orduya çağırılır. 1985-ci ildə hərbi xidmətini başa vurub əvvəlki iş yerinə qayıdır. 1989-cu ildə “Yaşıl teatr”a baş inzibatçı təyin edilir.  1989-cu ildə Azərbaycan İncəsənət İnstitutuna imtahan verir və mədəni-maarif fakültəsinə daxil olur. Ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklərə dözə bilməyən Eldar könüllü olaraq cəbhəyə getməyi qərara alır.

Doğma vətəninin üzərini qara buludlar aldığı bir zamanda, heç vaxt haqsızlıqla, ədalətsizliklə barışmayan Eldar da özünün bir Azərbaycan övladı olaraq bu torpaqların müdafiəsinə qalxmağa borclu olduğunu hiss etdi. Odur ki, yurd yerlərimiz uğrunda yüzlərlə igid oğullarımız canlarını fəda edib, ən yüksək zirvəyə, şəhidlik zirvəsinə yüksəlib. Torpaqlarımızın müdafiəsi, işğaldan azad olunması uğrunda cəsarətlə, inamla vuruşan vətən oğullarımız tez-tez xatırlanır və gələcək nəsillər üçün ibrət və nümunəyə çevrilirlər.

Eldar 1992-ci ilin martında “N” saylı hərbi hissədə PDM-ə (piyadaların döyüş maşını) komandir təyin edilir. May ayında Bakıdan cəbhəyə yola düşür. Şərəfli döyüş yolu da elə buradan başlayır. O, cəbhədə tezliklə öz şücaətini göstərir. Yaralıların və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsində müstəsna xidmətləri olur. Şuşanın Zarıslı kəndi uğrunda döyüşlərdə Eldar rəşadətlə vuruşur. Yoldaşlarını xilas edərkən sağ ayağından yaralanır. Onu Qubadlı xəstəxanasına çatdırsalar da, çoxlu qan itirdiyindən Eldarın həyatını xilas etmək mümkün olmur.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə Eldar Tofiq oğlu Məcidova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.

Bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində azad edilən torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. İllərlə həsrətində  yaşadığımız, Eldarın həlak olduğu torpaq öz sahibinə qovuşub. Azərbaycan xalqı və dövləti düşmən üzərində parlaq, inamlı Qələbə qazanmaqla öz gücünü dünyaya nümayiş etdirdi. Bu möhtəşəm Qələbə xalqımız tərəfindən böyük qürur, sevinc və ruh yüksəkliyi ilə qarşılandı.

Xalqımız öz Liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə mətinliyini, mübarizliyini göstərdi. Vətən torpaqlarının azad olunması uğrunda aparılan bu döyüşlərdə Azərbaycan ordusunun nümayiş etdirdiyi döyüş əzmi və yüksək peşəkarlığı xeyli az itki ilə böyük irəliləyişlərə imza atdı. Düşmənin işğal etdiyi torpaqları azad edən qəhrəman əsgərlərimiz Şanlı Bayrağımızı Suqovuşana, Cəbrayıla, Füzuliyə, Hadruta, Zəngilana, Qubadlıya, Ağdama, Laçına, Kəlbəcərə, Şuşaya  və yüzlərlə kənd və digər yaşayış məntəqələrimizə sancdı. Bu gün artıq şəhidlərimizin ruhu şaddır.     

Müşfiq MİRZƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Avqust 2026 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see960

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see421

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see375

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see358

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see284

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see268

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see257

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see221

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see219

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see215

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see212

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see210

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see208

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see204

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see191

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see186

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see186

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see181

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see173

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri