Icma.az
close
up
RU
“Milli Qurtuluş göstərdi ki, lider dövlətin taleyini müəyyən edən əsas faktordur” ŞƏRH EDİLDİ

“Milli Qurtuluş göstərdi ki, lider dövlətin taleyini müəyyən edən əsas faktordur” ŞƏRH EDİLDİ

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

"Müstəqilliyin ilk illəri Azərbaycan üçün çox ağır dövr idi. Öz azadlığı və müstəqilliyi uğrunda mücadiləyə qalxan xalqın 1990-cı il Yanvar qırğınından yenicə çıxması, soydaşlarımızın Qərbi Azərbaycandan növbəti kütləvi deportasiyası, torpaqlarımızın Ermənistan silahlı birləşmələri tərəfindən işğalı, ardınca Xocalı soyqırımı, Vəzirov-Mütəllibov rejimi, daha sonra AXC-Müsavat iqtidarının səriştəsizliyi, daxili çəkişmələr dövlətçiliklə bağlı ciddi risklər yaratmışdı". Bu sözləri SİA-ya açıqlamasında deputat Nigar Məmmədova deyib.

O bildirib ki, dövlət idarəçiliyi sisteminin olmaması ölkədə vətəndaş qırğınının pik həddə çatmasına səbəb olmuşdu: "Suverenliyimiz real təhdidlər qarşısında idi. Belə bir şəraitdə Azərbaycanın beynəlxlalq münasibətlər sisteminin bərabərhüquqlu subyekti olması qeyri-mümkün idi. Ölkəmiz böyük güclərin poliqonuna çevrilmiş, Azərbaycan tamamilə təcrid vəziyyətinə düşmüşdü. Ulu Öndərin sonrakı illərdə söylədiyi kimi, “Azərbaycan üçün çox həlledici il idi... Azərbaycan “olum, ya ölüm” qarşısında idi”.

Halbuki bu böhran vəziyyətindən çıxmaq üçün imkan var idi. Belə ki, müstəqilliyin ilk illərində sağlam düşüncə sərgilənsə, böyük siyasi xadim Heydər Əliyev respublika rəhbərliyinə dəvət edilsəydi, təbii ki, Azərbaycan 20 Yanvar, Xocalı faciələrini yaşamaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz bu ağır sınaqlara məruz qalmazdı. Amma təəssüf ki, o dövrki iqtidarı Azərbaycanın müstəqilliyi, xalqın taleyi deyil, onların öz şəxsi maraqları düşündürürdü. Ölkə rəhbərliyinin real vəziyyətdən, cəbhədəki durumdan xəbəri belə yox idi. Beləliklə, AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalıq, iqtisadiyyatın çökməsi, torpaqların işğalı ilə nəticələndi. Xəyanət nəticəsində 1993-cü ilin aprelində Kəlbəcər də işğal edildi. Azərbaycan xalqı çıxış yolu axtarır və xilas yolunu yalnız Heydər Əliyevin simasında görürdü. Bu da səbəbsiz deyildi. Çünki, 20 Yanvar faciəsinin ertəsi günü məhz Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bəyan edən, bu ədalətsizliyə qarşı öz səsini ucaldan məhz Heydər Əliyev idi. Xalq artıq yaxşı başa düşürdü ki, Heydər Əliyev hələ 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verdikdən sonra Azərbaycanın faciələri başladı. Belə ki, məhz dahi siyasətçinin istefasından cəmi iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırdı. Bu, Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz və təmənnasız sevgisinin bariz göstəricisi idi.

Əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cəsarət edə bilməzdi. Məhz buna görə xalq ən çətin dövrdə xilas üçün Heydər Əliyevə üz tutdu. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü əsl lider kimi təsdiq etmişdir.

1993-cü il iyunun Ulu Öndər Heydər Əliyev xalqın təkidli dəvətini qəbul edib Bakıya gəldi, iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədrinə həvalə edildi. Beləliklə, taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirərək, xilaskarlıq missiyasını öz üzərinə götürdü. Bununla da hər zaman böyük sınaqlardan üzüağ çıxmış Azərbaycan xalq ümumilli liderin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etdi. Beləliklə, 15 İyun – Milli Qurtuluş Günü xalqın və dövlətin taleyində dönüş nöqtəsi sayılan gün kimi tarixə düşdü. İdarəetmə sistemi formalaşdırıldı, insanların öz dövlətinə inamı bərpa olundu.

Beləliklə, müasir Azərbaycanın simasında bir daha təsdiq olundu ki, lider dövlətin taleyinə təsir edən, onun iqtisadi, sosial və siyasi inkişafını müəyyən edən əsas faktordur.

Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. 1993-cü il iyunun 15-də Ulu Öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, ölkədə sürətli inkişaf başlaldı. Ulu Öndərin tarixi missiyası xalqın ona olan möhkəm, sarsılmaz inamı və dəstəyinə əsaslanırdı. Bu, eyni zamanda Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrətinin nəticəsi idi.

Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyev ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı - “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”, -deyirdi. Ölkəyə rəhbərliyi dövründə onun bütün fəaliyyəti müstəqil Azərbaycanın rifahına yönəldi. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynadı. Azərbaycan qısa müddətdə beynəlxalq münasibətlər sisteminin layiqli üzvünə çevrildi. Tam əminliklə söyləyə bilərik ki, 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Ulu Öndərin layiqli davamçısı, müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib".

"2020-ci il 44 günlük Vətən müharibəsində əldə etdiyimiz böyük zəfər də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir. Ümumilli Liderin arzuları 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi, ərazi bütövlüyü və suverenliyimiz bərpa olundu. Bu gün Qarabağ və Şərqi Zəngəzur daxil olmaqla Azərbaycanın hər yerində üçrəngli bayrağımız dalğalanır.

Cənab Prezidentin də söylədiyi kimi, “Ulu Öndərin hakimiyyətə gəlməsi bizim üçün nicat yolunu açdı və o vaxtdan bu günə qədər Azərbaycan inkişaf yolu ilə gedir.”"- deyə o, əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 İyun 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see255

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see253

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see230

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see214

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see202

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see173

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see172

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see163

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see153

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see150

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see149

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see148

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see147

Dağlarda qar, yollarda buzlanma gözlənilir rəsmi xəbərdarlıq

15 Dekabr 2025 15:27see145

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see141

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see140

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see139

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see134

“DTX nin keçirdiyi əməliyyatlar digərləri üçün növbəti xəbərdarlıqdır”

15 Dekabr 2025 17:13see131

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri