Icma.az
close
up
RU
Milli Qurtuluş Günü Azərbaycan xalqının müasir tarixində əsas dönüm nöqtələrindən biridir

Milli Qurtuluş Günü Azərbaycan xalqının müasir tarixində əsas dönüm nöqtələrindən biridir

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının müasir tarixində əsas dönüm nöqtələrindən biri, tarixi dövlətçiliyimizin xilası və müstəqilliyimizin möhkəmləndirilməsi baxımından əlamətdar bir gündür. Bu tarix Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının təkidi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ilə bağlıdır. Bütün həyatını xalqına, vətəninə həsr etmiş müdrik dövlət xadimi Heydər Əliyevin adı tariximizə müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılmışdır.
1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə siyasi, iqtisadi və sosial sabitlik pozulmuşdu. 1992-1993-cü illərdə baş verən siyasi böhran, birinci Qarabağ müharibəsinin ağır gedişi, daxili çəkişmələr və dövlət idarəçiliyindəki səriştəsizlik ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoymuşdur. 1993-cü ilin iyun ayında baş verən Gəncə qiyamı isə vəziyyəti daha da gərginləşdirmişdi. 1991-1993-cü illər ərzində dövlətin müstəqilliyinə və suverenliyinə təhdid yaradan bütün amillər ölkəmizdə yaşanmışdır. 1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü. Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi halları kütləvi xarakter daşıyırdı. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü.
Bu çətin və ziddiyyətli şəraitdə xalqın israrlı tələbi ilə o dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Heydər Əliyev Bakıya dəvət olundu. Heydər Əliyevin güclü nüfuzu, qətiyyətli siyasəti və Azərbaycan xalqının əzmi sayəsində bütün məkrli planların qarşısı alındı və haqsızlıqlara son qoyuldu. 15 iyun 1993-cü ildə o, Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu hadisə Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu və sonradan Milli Qurtuluş Günü kimi tarixə düşdü. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilmişdir. 1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi.
Ulu Öndərin rəhbərliyə qayıdışı ölkədə siyasi sabitliyin təmin olunmasında, iqtisadi islahatların başlanmasında və dövlətçiliyin möhkəmlənməsində əsas rol oynadı. Heydər Əliyevin siyasi iradəsi, dövlətçilik təcrübəsi və xalqın etimadı sayəsində ölkədə siyasi sabitlik tam bərpa olundu, və müstəqilliyin möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atıldı. Ölkəmizin xarici siyasət strategiyasının əsasını qoyan Ulu Öndər Azərbaycanın beynəlxalq aləmdə tanınmasına və nüfuz qazanmasına nail oldu. Ulu Öndər ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayaraq bildirmişdi ki, “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”.
1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmət qazandı. Hakimiyyətdə olduğu dövrlərdə Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır.
Ümummilli Liderin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Onun bu arzusu 27 ildən sonra Prezident İlham Əliyevin qətiyyətli siyasəti sayəsində reallaşdı. Xalqımızın 44 günlük “Vətən müharibəsi”ndə qazandığı möhtəşəm Zəfər Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının nəticəsidir. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Dövlət başçısının apardığı uğurlu siyasət nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilərək dünya siyasi arenasında layiqli yer tutur.
Milli Məclisin deputatı
Pərvanə Vəliyeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 12 İyun 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see278

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see251

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see220

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see205

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see200

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see197

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see192

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see179

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see174

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see159

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see154

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see153

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see148

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see145

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see144

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see142

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see140

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see138

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri