Icma.az
close
up
RU
Milli Qurtuluş Günü taleyimizə qızıl hərfərlə yazılan tarixi bir gündür

Milli Qurtuluş Günü taleyimizə qızıl hərfərlə yazılan tarixi bir gündür

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Məlum olduğu kimi, Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin ictimaiyyətin təkidli tələbi ilə dövlətimizi məhv olmaq təhlükəsindən qorumaq üçün Bakıya qayıdışından 32 il ötür. Xüsusilə qeyd etmək lazımdır ki, 1993-cü il iyunun 15-də böyük bir məsuliyyətin altına girərək ölkəni uçurumun bir addımlığından xilas edən Ümummilli Lider Heydər Əliyev ölkədə hökm sürən siyasi xaosu qısa zaman ərzində aradan qaldırdı, Qarabağda gedən müharibənin qarşısını almaqla yeni-yeni kəndlərimizi, rayonlarımızı işğal olunmaqdan xilas etdi. O, Azərbaycan Ali Sovetinin sədri seçilən kimi çox mühüm, cəsarətli qərarlar verdi. Onun qətiyyətinin sayəsində ölkədə uzun illər davam edən gərginlik əsaslı şəkildə azaldı, respublikamız vətəndaş müharibəsindən, parçalanma təhlükəsindən xilas oldu. Təsadüfi deyil ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Adi bir hərbi hissə komandirinin özbaşınalığının, hegemonluğunun qarşısında aciz qalan qüvvələr qorxaqlıq göstərərək öz kürsülərini qoyub qaçdılar. Heydər Əliyev məhz belə bir çətin, təhlükəli məqamda Bakıya gəldi. O, həbs, fiziki cəhətdən aradan götürülmək riski qarşısında idi. Amma qorxmadı, problemin üzərinə getdi. Ölkəmizi ictimai-siyasi pərakəndəlikdən, anarxiyadan qurtaran, dərin tənəzzülün qarşısını alan Ulu Öndər Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı.

Qeyd etmək lazımdır ki, 1993-cü il oktyabrın 3-də Heydər Əliyev Prezident seçilməklə Azərbaycanda inkişafa, zəfərə aparan yola qədəm qoyuldu. Ulu Öndər andiçmə mərasimindəki nitqində demişdi: “Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.

Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə hərbi sahədə ciddi islahatlar həyata keçirildi. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs əldə olunduqdan dərhal sonra Azərbaycanda Milli Ordunun formalaşdırılmasına start verildi. Ordu quruculuğuna xüsusi diqqət yetirən Ulu Öndər 1998-ci il mayın 22-də Əlahiddə Azərbaycan Korpusunun yarandığı günün – 26 iyun tarixinin Azərbaycanda Silahlı Qüvvələr Günü elan olunması barədə Sərəncam imzaladı.

Onu da qeyd edək ki, Ulu Öndərin müəyyənləşdirdiyi siyasəti 2003-cü ildən layiqincə davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin bütün müstəvilərdə, o cümlədən iqtisadi inkişaf, ordu quruculuğu, diplomatiya və digər sahələrdə əldə etdiyi uğurlar dövlətimizin başçısının rəhbərliyi ilə Silahlı Qüvvələrimizin əldə etdiyi tarixi Qələbənin əsasını qoydu. Otuz ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Bu gün Ulu Öndərin görmək istədiyi güclü, qüdrətli, nüfuzlu və qalib Azərbaycan Heydər Əliyev irsi əsasında inkişaf yolunda inamlı addımlarla irəliləyir. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi güclü siyasi kurs, siyasi ideologiya dayanır. Müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlində olduğu üçün xalqımız gələcəyə çox nikbin baxır və daha güclü olacağımıza şübhə etmirik. Bu gün Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi dünyanın diqqət mərkəzindədir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafı xüsusilə qeyd edirlər. Təsadüfi deyil ki, müasir Azərbaycan Heydər Əliyevin şah əsəri hesab olunur.

Ən əsası, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları altında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək. Azərbaycanın uğurlarının təməlində Ümummilli Liderin siyasəti və Prezident İlham Əliyevin səyləri dayanır. 1993-cü il iyunun 15-dən başlanan Qurtuluş yolu Azərbaycanı bundan sonra da daha güclü, daha qüdrətli edəcək!

Mətləb Hüseynov,

YAP Göygöl rayon təşkilatı üzrə Kərəmli kənd ərazi partiya təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 İyun 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri