Milli qürur mənbəyimiz TƏHLİL
Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ulu Öndər Heydər Əliyevin ideyaları və əsasını qoyduğu siyasət Azərbaycan dövləti var olduqca yaşayacaq
Bugünkü güclü və qüdrətli Azərbaycan Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasətin bəhrəsidir. Məhz Dahi Öndərimiz Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti hesabına dağılmış Azərbaycan yenidən quruldu və inkişaf etdirildi. Təbii ki, Ulu Öndərimiz hakimiyyətə gəlməsə idi Azərbaycan çətin vəziyyətlə üzləşər, hətta dövlət müstəqilliyini itirə bilərdi. Çünki hakimiyyəti zəbt etmiş qaragüruh qüvvələrin səhv, yanlış siyasətindən istifadə edən qüvvələr ölkəmizi məhv etməyə cəhdlər göstərirdilər. Müxtəlif vasitələrlə hakimiyyəti zəbt etmiş AXC-Müsavat cütlüyü ölkənin müstəqilliyini məhv olmaqdan, xalqı üzləşdiyi bəlalardan xilas etmək gücünə və imkanına malik deyildi. Çünki dövləti idarə etmək, xalqın maraqlarını təmin etmək, xarici siyasi kursu layiqincə həyata keçirmək üçün bacarıqları və təcrübələri yox idi. Bu çatışmazlıqlar ölkəni ağır bəlalara sürükləyirdi. Vəziyyəti ağır olmasından istifadə edən erməni terrorçu hərbi birləşmələri ardıcıl olaraq torpaqlarımızı işğal edirdilər. Xalq problemlərin aradan qaldırılması, erməni terror maşınının torpaqlarımızın işğal etməsinin qarşısının alınmasının, sosial-iqtisadi məsələlərin həll edilməsi üçün AXC- Müsavat iqtidarına çağırışlarla müraciətlər etsələr də, bu çağırışlara, etirazlara əhəmiyyət verilmirdi. Əksinə, AXC-Müsavat iqtidarı narazı xalqın üzərinə güc strukturlarını göndərir, onları zor gücünə sakitləşdirməyə çalışırdı. 1993-cü ilin iyun hadisələri ölkə daxili ağır durumun kulminasiya nöqtəsi oldu. Azərbaycanda vətəndaş müharibəsi qaçılmaz idi. Ancaq aydın təfəkkürlü ziyalılar, böyük xalq kütlələri vətəndaş müharibəsindən qaçmağın və ölkənin düşdüyü böhrandan çıxarması yolunu Ulu Öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsində gördülər. Bu məqsədlə ölkə ziyalıları 1992-ci ilin oktyabrın 16-da o dövrün ən populyar, sevilən və seçilən qəzeti olan “Səs” qəzeti vasitəsi ilə Ulu Öndərimiz Heydər Əliyevə müraciət ünvanladı. “Azərbaycan Sizin sözünüzü gözləyir” başlıqlı müraciətdə deyilirdi: “Möhtərəm Heydər bəy! Hamımız görürük ki, respublikamızın, xalqımızın vəziyyəti gündən-günə ağırlaşır. Azərbaycan sözün əsl mənasında siyasi, mənəvi böhran keçirir. Bunun da əsas səbəbi son illər respublikada mövcud olan və getdikcə daha da güclənən hakimiyyət böhranıdır. Ali hakimiyyət və idarəetmə orqanları Konstitusiyaya zidd, “real vəziyyətə uyğun” fəaliyyət göstərməklə, əslində ifliç vəziyyətinə düşmüşdür. Bir çox dövlət orqanları heç bir hüquqi əsas olmadan yaradılıb fəaliyyət göstərir”.
Ulu Öndərimiz Heydər Əliyev 1992-ci il oktyabrın 24-də “Səs” qəzeti vasitəsi ilə ziyalıların müraciətinə cavab məktubunda qeyd edir ki, Azərbaycanın bugünkü həyatı və gələcək taleyinə dair digər problemlər də Məni narahat edir: "Sizin müraciətinizə cavab verərkən yuxarıda göstərilən məsələlərə daha öncə diqqət yetirməyi lazım bilirəm. Zənnimcə, onların ən qısa müddətdə həlli müstəqil Azərbaycan dövləti üçün son dərəcə vacibdir. Azərbaycanın çağdaş və gələcək taleyi ilə bağlı bu problemlərinə biganə qalmağa heç kəsin haqqı yoxdur. Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğulur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək, yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram”.
Beləliklə, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün 1992-ci il noyabrın 21-də Naxçıvanda 550 nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Ulu Öndərimiz Heydər Əliyev partiyanın Sədri seçildi. Yaranandan cəmi 6 ay sonra iqtidar partiyasına çevrilən YAP dövlətə, xalqa xidmət missiyasını Azərbaycanın davamlı inkişafına, əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılmasına verdiyi töhfələri ilə nümayiş etdirir.
Cənubi Qafqazın lider partiyası olan Yeni Azərbaycan Partiyasının yaranma tarixi ilə bağlı Ulu Öndərimiz Heydər Əliyev çıxışlarının birində demişdir: “YAP Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir. O, bir adamın istəyi ilə yaranan partiya deyildir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan adamların şəxsi təşəbbüsü ilə, onların ətrafında toplaşan adamların təşəbbüsü ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərəsinin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır”.
1993-cü ildə Dahi Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaqdan, məhv olunmasından xilas etdi. Uğurlu Horadiz əməliyyatından sonra Ermənistanın atəşkəs sazişini imzalanmağa məcbur edilməsi həm ölkədə sabitliyin yaradılmasına, həm də digər sahələrdə uğurlu addımların atılmasına yol açdı. 1993-cü ilin oktyabrın 3-də keçirilən prezident seçkilərində Ümummilli Lider Heydər Əliyevin xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsi ölkəmizin inkişafının, beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinin, hərbi, siyasi cəhətdən gücünün artmasının başlanğıcı oldu.
1994-cü ilin sentyabrın 20-də əfsanə kimi görünən “Əsrin müqaviləsi” neft sazişi imzalandı. “Əsrin müqaviləsi” yeni neft strategiyası Xəzərin Azərbaycan sektorunda 15 ölkənin, 33 iri neft şirkətinin iştirakı ilə 22 neft-qaz müqaviləsinin imzalanmasına səbəb oldu. Bununla Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Azərbaycana artan inam ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmində, həmçinin imzalanan saziş və Anlaşma Memorandumlarının sayında da özünü qabarıq şəkildə büruzə verdi. 1995-ci ildə Azərbaycan Konstitusiyasının qəbul edilməsi dövlət quruculuğunun mühüm mərhələlərindən biri oldu. Konstitusiya demokratik, hüquqi və dünyəvi dövlət prinsiplərini, hakimiyyət bölgüsünü, insan hüquq və azadlıqlarının təminatını dövlətin hüquqi sisteminin əsas istiqamətləri kimi müəyyənləşdirdi. Ölkəmizdə azad mətbuatın inkişafı, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində mühüm addımlar atıldı. 1998-ci ilin avqustunda Şərq də ilk ölkə olaraq ölüm hokum ləğv oluindu, mətbuata qarşı qoyulan senzura aradan qaldırıldı, Azərbaycan dünyanın azad, demokratik dövlətlərindən birinə çevrildi.
Böyük və davamlı uğurlar Ulu Öndərimiz Heydər Əliyevin ən layiqli siyasi varisi, ölkə Cənab İlham Əliyevin 2003-cü il də Prezident seçilməsindən sonra daha böyük əzmlə davam etdirildi. Təbii ki, ölkəmizdə qazanılan uğurların, ələdə olunan nailiyyətlərin yüksək nöqtəsi 30 il erməni işğalı altında olmuş torpaqlarımızın 44 günlük Vətən Müharibəsi ilə azad edilməsidir. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün çəkən Vətən Müharibəsi ilə Azərbaycan Ermənistanın silahlı qüvvələrini məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi, torpaqlarımız tam şəkil də azad edildi. Bununla da Müzəffər Ali Baş Komandanımız və rəşadətli ordumuz böyük qələbəni Azərbaycan xalqına bəxş etdi. Torpaqlarımızın azadlığa qovuşmasının ardınca Azərbaycan Qarabağda antiterror əməliyyatları həyata keçirməklə Xankəndidə və ətraf ərazilərdə kök salan terrorçuları və onların rəhbərlərini zərərsizləşdirdi. Möhtəşəm qələbənin qazanılması ilə Azərbaycan bölgədə və dünyada yeni reallıqlar yaratdı. Bu gün işğaldan azad edilən ərazilərimiz də geniş quruculuq, bərpa, tikinti işləri həyata keçirilir. İnsanlar yenidən qurulan doğma yurdlarına qayıdırlar. Bu qayıdış söz yox ki, əbədidir. Bu uğur, böyük qələbələr görə Dahi Öndərimiz Heydər Əliyevə və Onun siyasətini möhtəşəm şəkildə davam etdirən Prezident İlham Əliyevə minnətdarıq. Ulu Öndər Heydər Əliyevin ideyaları və əsasını qoyduğu siyasət, Prezident İlham Əliyevin xalqımızı bəxş etdiyi hərbi, siyasi, diplomatik qələbələr, iqtisadi, sosial tərəqqi Azərbaycan dövləti var olduqca yaşayacaq.
İ.ƏLİYEV
Baxış sayı:91
Bu xəbər 02 Oktyabr 2026 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















