Icma.az
close
up
RU
Milli qürur mənbəyimiz

Milli qürur mənbəyimiz

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rövşən  Qayayev,

YAP Qazax rayon təşkilatının əməkdaşı

Artıq neçə ildir ki, ölkəmiz Dövlət Bayrağı Gününü fərqli əhvali-ruhiyədə - qalib xalq, qalib dövlət olaraq qeyd edir. Bu gün üçrəngli müqəddəs bayrağımız müstəqil, suveren Azərbaycanımızın bütün ərazisində dalğalanır. 

Qədim və zəngin dövlətçilik tariximizdə mövcud olan çoxlu bayraqlarımızın üzərində köklərimiz, gücümüz müxtəlif işarələrlə ehtiva olunub. İndiki bayrağımızın qəbul edilməsinin isə bəlli bir tarixi var. Azərbaycan istiqlalının ideoloqlarından biri olan Əli bəy Hüseynzadə milli köklərimiz olan türklüyü, inkişafımız üçün zəruri olan müasirliyi, modernləşməni və mənəvi köklərimiz olan İslamı təməl olaraq irəli sürüb. Cümhuriyyət xadimləri isə onu qəbul edərək bayraq halına gətiriblər.

Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı haqqında hökumət qərarı 1918-ci il iyunun 24-də müvəqqəti paytaxt olan Gəncədə verilib. Osmanlı bayrağına bənzəyən ilk dövlət bayrağı qırmızı rəngdə idi, üstündə aypara və səkkizguşəli ulduz əks edilmişdi. Fərq yalnız Osmanlı bayrağında olan beşguşəli ulduzda idi. Bu bayraq həmin il noyabrın 9-dək mövcud olub.

İndiki üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Cümhuriyyət hökumətinin qərarı ilə qəbul edildi. Eni 1, uzunluğu 2 metr olan bayrağın üzərində olan göy rəng milli köklərimizi - türklüyümüzü, ucalığımızı, əbədi varlığımızı, qırmızı rəng müasirliyi, yeniləşməni, demokratiyanı, yaşıl rəng isə mənəvi köklərimiz olan İslam dininə mənsub olduğumuzu bildirir. Bayrağımızda olan aypara yeni yaranmış müsəlman ölkəsi anlamına gəlir. Dövlətimiz dünyəvi, demokratik olsa da, ölkəmiz müsəlman ölkəsidir.

Bayrağımızdakı səkkizguşəli ulduzun tarixi kökləri olduqca qədimə gedib çıxır. İslama qədərki bir sıra tarixi abidələrdə səkkizguşəli ulduza rast gəlinir. Müsəlman olmayan bəzi xalqların da qədim abidələrində səkkizguşəli ulduz vardır. Bu, həyatın davamlılığı, əbədiyyət, millətin və dövlətin daim var olması anlamına gəlir.

1920-ci il aprelin 28-də bolşevik Rusiyasının Azərbaycanı işğal etməsi nəticəsində Cümhuriyyət süqut etdikdən və sovet hakimiyyəti qurulduqdan sonra üçrəngli bayraqdan imtina olundu. Azərbaycan Sovet Sosialist Respublikasının bayrağı qəbul edildi. Sovet hakimiyyəti illərində bu bayraq da bir neçə dəfə dəyişdirildi.

Dövlət müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımıza  yeni həyatın verilməsi, ilk dəfə rəsmi dövlət bayrağı kimi qəbul edilməsi məhz,  Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır: “Ulu öndər Heydər Əliyevin sədrliyi ilə 1990-cı il noyabrın 17-də keçirilən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin sessiyasında  hələ SSRİ-nin, sovet sisteminin, kommunist ideologiyasının mövcud olmasına baxmayaraq, muxtar respublikanın adından “Sovet Sosialist” ifadələri çıxarıldı, “Ali Sovet” “Ali Məclis” adlandırıldı, Azərbaycan SSR-in dövlət bayrağından imtina edildi və Cümhuriyyətin bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq qəbul edildi. Bu, sadəcə sovet Azərbaycanın rəmzindən imtina edilməsi və digərinin qəbul olunması demək deyildi. Üçrəngli bayraq XX əsrdə ilk müstəqil dövlətimizin atributu olduğundan onun qəbulu da SSRİ tərkibində olmağa qarşı çıxmaq, müstəqil yaşamaq, dövlət müstəqilliyinin təməlinin qoyulması demək idi. Bununla da  qədim diyarımız olan Naxçıvan müasir, müstəqil Azərbaycan dövlətinin təməllərinin rəsmi şəkildə qoyulduğu bir məkan,  onun memarı isə Ulu Öndər Heydər Əliyev oldu. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin həmin iclasında Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, Cümhuriyyətin bayrağını Azərbaycanın dövlət bayrağı olaraq qəbul etsin. Vəsatətə baxan Ali Sovet 1991-ci il fevralın 5-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul etdi. Eyni zamanda, Azərbaycan SSR Azərbaycan Respublikası adlandırıldı”.

Möhtərəm Prezident İlham Əliyev cənablarının  2009-cu il noyabrın 17-də imzaladığı “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncama əsasən noyabrının 9-nun Dövlət Bayrağı Günü elan edilməsi ilə dövlətçiliyimizdə varislik və ənənə yaradıldı. Cümhuriyyət hökumətinin dövlət bayrağımız haqqında qərar qəbul etdiyi 9 noyabr tarixi noyabrın 17-də (yəni bu bayrağın ilk dəfə rəsmi olaraq 1990-cı il noyabrın 17-də qəbul edildiyi günlə eyni gündə) imzalanan sərəncamla ölkəmizdə Dövlət Bayrağı Günü bayram və qeyri-iş günü olaraq təsis edildi. Əlbəttə ki,  bu dövlətçilik tariximizə böyük hörmət və ehtiramın təcəssümü  idi.

Bu gün üçrəngli müqəddəs bayrağımız xarici ölkələrdə səfirliklərimizin, konsulluqlarımızın, Azərbaycanın üzv olduğu beynəlxalq və regional təşkilatların binalarının qarşısında, dünya okeanında üzən gəmilərimizin üzərində, düşmən işğalından azad edilən bütün torpaqlarımızda dalğalanır. Ölkəmizdə gənc nəslin vətənpərvərlik və dövlətçilik uğrunda tərbiyə edilməsində müstəsna rol oynayan Dövlət Bayrağı muzeyləri yaradılıb. Üçrəngli müqəddəs Dövlət Bayrağımız  milli qürur mənbəyimizdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Noyabr 2024 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see397

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see352

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see350

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see339

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see295

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see284

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see278

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see268

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see258

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see251

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see246

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see246

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see241

Süni intellektlə beyin əməliyyatı: Dünyada ilk uğur

28 Avqust 2026 22:43see226

Süni intellekt bumu dünya iqtisadiyyatını ayaqda saxlayır WSJ

29 Avqust 2026 11:23see219

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see217

ABŞ da mədəaltı vəzi xərçənginə qarşı inqilabi dərman təsdiqlənib

29 Avqust 2026 11:26see212

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see204

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see197

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri