Milli rekord reallaşdırdı, nazir dodaq büzdü: Həmin vaxt operaya qulaq asırdım
Icma.az, Fanat portalına istinadən məlumat yayır.
Noyabrın 15-də Rusiya yığmasının Bruneyi 11:0 hesabı ilə məğlub edərək, millinin tarixində ən böyükhesablı qələbəsini qazanması bu ölkənin futbol ictimaiyyəti tərəfindən də birmənalı qarşılanmayıb.
Fanat.Az xəbər verir ki, Rusiyanın idman naziri Mixail Deqtyarev də yığmanın bruneylilərlə yoldaşlıq görüşündəki darmadağınından danışıb.
"RİA Novosti" nazirin sözlərini belə çatdırıb:
“Həmin anda mən Riqolettonun operasına qulaq asırdım və fasilə zamanı partituraya baxırdım. Gələcəkdə belə matçlar keçirilməlidirmi? Mən daha güclü rəqiblər istərdim. Suriya ilə matç, məncə, fərqli olacaq. Lakin istənilən halda, yığma tarix yazdı, gənc oyunçular özlərini göstərdilər”.
Rusiya yığması sabah, noyabrın 19-da Volqoqradda Suriya ilə yoldaşlıq oyunu keçirəcək.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 18 Noyabr 2024 19:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















