Icma.az
close
up
RU
Milli teatrımız beynəlxalq meridianlarda

Milli teatrımız beynəlxalq meridianlarda

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Xəbər verildiyi kimi, ötən həftə Moskvada Beynəlxalq Teatr İttifaqları Konfederasiyasına üzv ölkələrin nümayəndələrinin iclası keçirilib. Görüşdə Azərbaycan, Rusiya, Belarus, Moldova, Qazaxıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan və digər ölkələr təmsil olunublar. Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) sədri, Xalq artisti Hacı İsmayılovdan səfər təəssüratlarını oxucularla bölüşməsini xahiş etdik. 

– Çox faydalı bir səfər idi, – deyə ATXİ sədri bildirdi. Hər iki ildən bir belə toplantımız olur və görülən işlər sərf-nəzər edilir. Budəfəki iclas 17-ci Beynəlxalq Çexov Teatr Festivalının açılışı ilə eyni vaxta düşmüşdü. Yeri gəlmişkən, orda iştirak etmək hər bir dövlətin teatr qurumları üçün şərəfli bir şansdır. Bir çox məsələlər həll olundu. 

Mən də, festivalla əlaqədar Moskvada olan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, İttifaqımızın İdarə Heyətinin üzvü, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov da iclasda çıxış edərək, ürək sözlərimizi söylədik, qarşılıqlı mədəni əməkdaşlığa hər zaman hazır olduğumuzu bildirdik və konfederasiyaya hədiyyələr təqdim elədik. 

İclasın başlıca məqsədi konfederasiyasiyanın və təftiş komissiyasının hesabatlarını dinləmək və yeni prezidenti seçmək idi. Deyim ki, bu qurumu yaradan məşhur aktyor və rejissor Mixail Şadrin olub. O, dünyasını dəyişəndən sonra 3 il ərzində bu missiyanı həyat yoldaşı davam etdirib. Bir çoxları onun təsdiqlənməsini istəyirdi, amma prosedur qaydalara görə ən azı 2 nəfərin namizədliyi verilməlidir deyə, həm onun, həm də Qırğızıstandan tanınmış aktyor Daniyar Maşkovun namizədliyi təsdiqləndi və yekun seçkinin iyul ayında keçirilməsi razılaşdırıldı.

Bizim əsas təqdimatımız ondan ibarət idi ki, Azərbaycan Teatr Xadimləri İttifaqı hansı işləri görüb, nələrə nail olub. Vitse-prezidentin də vurğuladığı kimi, Konfederasiyaya üzvlük haqqını yeganə olaraq Azərbaycan vaxtlı-vaxtında ödəyir. Halbuki, digər ittifaqlarsa maddi durum səbəbi ilə bunu edə bilmirlər. Azərbaycandan nümunə götürülməsi tövsiyə olundu. Biz eyni zamanda UNESCO-nun Beynəlxalq Teatr İnstitutunun üzvüyük. 

– Bu üzvlüklərin nə kimi xeyri var? 

– Xeyri budur ki, qarşımızda beynəlxalq səviyyədə geniş təmsil olunmaq imkanı açılır. Festivallarda iştirak etmək, nailiyyətlərimizi göstərmək, qarşılıqlı faydalı əməkdaşlıqdan bəhrələnmək üçün əsaslı zəmin yaranır. Elə götürək Çexov festivalını: 1992-ci ildən keçirilir, ilk dəfə Azərbaycan Milli Dram Teatrı orada Şekspirin “Kral Lir” tamaşası ilə təmsil olunub. Festivaldan başqa, Gənclərin Beynəlxalq Teatr Forumları da keçirilir və Azərbaycan çox fəal iştirak edir. Məsələn, 2021-ci ildə Özbəkistanda təşkil olunan 4-cü Foruma Azərbaycandan 3 teatr rəssamı, 3 tənqidçi, 2 dramaturq qatılıb. Əsas məqsəd gənc istedadlar üçün “ustad dərsləri”, yaradıcılıq mübadilələri keçirmək, tamaşalar təqdim etməkdir. 2024-cü ildə isə Qazaxıstanda keçirilmiş forumda daha böyük fəallıq göstərdik: Azərbaycandan ora 22 nəfər getmişdi, əksəri aktyorlar idi. 

Onu da deyim ki, hər il beynəlxalq konfederasiyadan üzv respublikalara komissiyalar gedir və baxdıqları tamaşalardan birini seçib Çexov festivalına aparırlar. Akademik Milli Dram Teatrının “Sənsiz” tamaşası o yolla festivala gedib və iştiraka görə mükafatlandırılıb. Gənclərimiz belə tədbirlərdən zəngin təəssüratla qayıdır və əxz etdikləri yeni inkişaf stimuluna görə ATXİ-yə minnətdarlıq edirlər. Əslində, Azərbaycan Mədəniyyət Nazirliyinin yeni rəhbərliyinin diqqəti sayəsində teatrlarımızda böyük canlanma yaranıb.

– Bildiyimiz qədərincə, nazirlik yeni-yeni teatr layihələrinə lazımi dəstək göstərir. 

– Elədir. Canlanmanın bir amili də budur. Məsələn, biz nazirliklə birlikdə “Qonaq teatr” layihəsinə başladıq. Bir il ərzində bu layihə üzrə bölgələrdən 11 teatr Bakıya gələrək 19 tamaşa təqdim etdi. İndiyədək belə şey olmamışdı. Xaricdən teatr kollektivlərini də dəvət etdik. Antalya Böyük Şəhər Bələdiyyə Teatrı, Trabzon Sənət Teatrı da gəlib burda anşlaqla tamaşalar verdilər. 

Məsələ bundadır ki, bu layihəyə qədər yerlərdə olan teatrlarımız yalnız öz şəhər və rayonları çərçivəsinə qapılmışdılar. Bir-birilərindən xəbərsiz idilər. Bizim layihənin sayəsində əsl canlanma hiss olundu. Ardınca biz paytaxt teatrlarının bölgələrdə premyeralarına start verdik. Bu kimi sınaqlar, imtahanlar məsuliyyət hissini də gücləndirir və uğurları da artırır. 

– Hacı müəllim, bu il daha hansı yeniliklər gözlənilir?

– Bu il Moskvada “Akustuik teatr məktəbi” adı altında Teatr Forumu keçiriləcək. Ora da rejissorları, aktyorları göndərəcəyik. Onlar orada dərslərdə iştirak edəcək, tamaşalar hazırlayacaqlar. Bütün bunlar mədəniyyət vasitəsi ilə xalqları daha da yaxınlaşdırmaq məramına xidmət edir. Ulu öndər Heydər 
Əliyev deyirdi ki, xalq bir çox xüsusiyyətlərinə görə başqa xalqlardan seçilir, ən birincisi və vacibi mədəniyyətdir. Mədəniyyəti yüksək olan xalq həmişə irəli gedəcək, inkişaf edəcək və ucalacaq. Bizim ittifaqımız da Mədəniyyət nazirliyi başda olmaqla, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı öndə olmaqla belə bir canlanmaya nail olur. 

Qeyd etdiyim kimi, biz Moskvada olarkən bu teatrın rəhbərliyi də orada idi. Onlar həm Çexov festivalının açılışında iştirak etdilər, həm də Vaxtanqov teatrı ilə memorandum imzalamaq, qarşılıqlı yaradıcılıq əlaqələri yaratmaq üçün ilkin danışıqlar apardılar.

– Yəni ayrı-ayrı teatrlarımız da öz xətləri ilə beynəlxalq əməkdaşlığı genişləndirirlər.

 – Bəli. Bu baxımdan Gəncə, Şəki teatları bir neçə belə festivalda iştirak edib. Bu, bizi sevindirir. Bildiyimiz kimi. Bu il Şəkidə 4-cü Beynəlxalq Teatr Festivalı keçirildi. Ora region teatrlarımızla bərabər, Qazaxıstan və Özbəkistandan sənət kollektivləri gəlmişdi. Şəki teatrı Şekspirin “Heç nədən hay-küy” tamaşasını çox gözəl ifa elədi, göründü ki, bu səhnə əsərini artıq beynəlxalq səviyyədə təqdfim etmək olar. 

– ATXİ region teatrlarına daha necə dəstək göstərir?

– Bu zərurət bizim nizamnaməmizdə də qeyd olunub. Biz nazirliklə bərabər, bacardığımız qədər yerlərdə teatr sənətini yüksəltməyə çalışırıq. Bu ildən ATXİ-nin İdarə Heyətinin iclaslarını səyyar olaraq bölgələrdə keçirməyə başlamışıq. İlk belə iclas Gəncədə oldu. Sonra Lənkəranda, Xaçmazda da İdarə Heyətimiz toplaşdı. Ətraf rayonlarıdan gələnlər də vardı. Yeri gəlmişkən, xalq teatrlarında xidmətləri olanlara “Teatr fədaisi” medalı, diplomlar, fəxri-fərmanlar veririk. Yerlərdə vəziyyəti dərindən öyrənir, əlimizdən gələn mənəvi, maddi və texniki köməklik edirik. Elə “Qonaq teatr” layihəsi üzrə region teatrlarının Bakıya səfərlərini biz özümüz təşkil edirik və sair.

Ən çox da gənclərə hər baxımdan “yaşıl işıq” yandırmağa çalışırıq. Hər il ittifaqımızın laboratoriyalarında hazırlanan tamaşalarla bağlı ATXİ-nin Mustafa Mərdanov səhnəsində “Baxış” teatr festivalı keçiririk. Orda 4–5 tamaşa oynanılır. Peşəkarlar da, başqa sənət sahibləri də gəlib iştirak edir və mükafatlandırılırlar. Teatrlarımıza seyrçi axını da çoxalıb, deyə bilərik.

– Şəxsi yaradıcılığınız nə yerdədir? 

– Hazırda milli dram teatrında Xalq yazıçısı Elçinin “Baş” romanı əsasında hazırlanan tamaşanın məşqləri gedir. Orda mən əsas rollardan birini oynayıram. Mehriban Ələkbərzadənin hazırladığı bu tamaşa şüarçılıqdan uzaq, çox maraqlı bir sənhə əsəri olacaq… 

– Bəs “Mustafa” (“Həm ticarət, həm ­ziyarət”) film üçün darıxmır ki?

– Açığı, yox. Vaxtilə çəkildiyimi çəkilmişəm. Son çəkildiyim film rus teatrının çox istedadlı rejissoru İlqar Səfanın ərsəyə gətirdiyi “Doğma torpaq” olub. Bu yaxınlarda Nizami Kino Mərkəzində həmin filmin nümayişi oldu. Orda da qeyd etdim ki, rolum kiçik olsa da, filmə böyük həvəslə çəkilmişəm. Çünki adından da göründüyü kimi, müqəddəs Vətən mövzusundadır. Amma bəzən elə filmlər hazırlanır ki, orda oynamaq mənlik deyil. Bir də ki, burdakı işlərimlə əlaqədar vaxtım da az olur. Hər bir halda fərəhlidir ki, bizim Teatr Xadimləri İttifaqımız bu gün fəallığı ilə seçilir. Elə Moskva Beynəlxalq Teatr İttifaqları Konfederasiyasında bizə olan xoş münasibət, haqqımızda söylənən yüksək fikirlər bizi daha da ruhlandırdı.

Müsahibəni hazırladı:
Əli NƏCƏFXANLI 
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 May 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see404

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see370

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see368

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see332

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see328

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see320

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see253

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see243

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see223

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see222

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see214

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see212

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see210

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see210

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see205

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see195

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see194

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see190

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see190

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri