Icma.az
close
up
RU
Milli və siyasi həmrəylik mühitinin növbəti təzahürü

Milli və siyasi həmrəylik mühitinin növbəti təzahürü

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Azərbaycan xalqı bütün ümummilli məsələlərdə birlik və siyasi həmrəylik nümayiş etdirməyi bacarır. Biz bunun ən mütəşəkkil nümunəsinin 44 günlük Vətən müharibəsində şahidi olduq.Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Prezident,Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi əzmi hər bir azərbaycanlını öz rəhbərinin ətrafında yumruq kimi birləşdirdi.Eyni zamanda siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması da milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının olmadığını göstərdi. Belə ki, siyasi partiyalar tərəfindən ümumilikdə 9 birgə bəyanat və 3 müraciət imzalandı.

Dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər.
Təsadüfi deyil ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev də düşmənin və
anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı soydaşlarımızın cəsarətli etirazlarını, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətlərini qələbəmizə layiqli töhfə kimi qiymətləndirib.
Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına dəstək təşkil edir.Dünyanın istənilən yerində yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunması Azərbaycan dövlətinin başlıca vəzifəsidir. Cənab Prezidentin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir.
Bir neçə gün əvvəl Bakı-Qroznı reysi ilə hərəkət edən sərnişin təyyarəsinin qəzaya uğraması, onlarla insanın həyatını itirməsi də xalqımızı dərindən sarsıtdı. Gözlənildiyi kimi, Azərbaycan dövləti və şəxsən Prezident İlham Əliyev hadisəyə çevik reaksiya verdi. Hadisə haqda məlumat yayılanda Cənab Prezidentin təyyarəsi Moskva səmasında olub və dərhal geri qayıtmaq tapşırığı verilib.
Təyyarədəcə müvafiq qurumlara tapşırıqlar verildi, təyyarə enəndən sonra dərhal hava limanında operativ müşavirə keçirildi, dövlət komissiyası yaradıldı, dövlət qurumlarından ibarət heyət hadisə yerinə göndərildi, ölkədə bir günlük matəm elan olundu.
Bu qəza eyni zamanda xalqımızın birliyini bir daha göstərdi. Belə ki, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar da bu dəhşətli hadisə ilə bağlı vahid mövqe, birlik nümayiş etdirərək birgə bəyanat yaydılar. 24 siyasi partiya belə ağır günlərdə xalqımızın və dövlətimizin yanında olduğumuzu bəyan etdi. Bir sözlə, ölkənin bütün təbəqəsi bu acını birlikdə yaşadı. Bu isə milli və siyasi həmrəylik mühitinin növbəti təzahürüdür.

Nigar Məmmədova
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Dekabr 2024 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri