Icma.az
close
up
RU
Siyasi dialoq mühitinin yaratdığı həmrəylik

Siyasi dialoq mühitinin yaratdığı həmrəylik

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də siyasi dialoq mühitinin təşviq olunması məqsədilə Prezident Administrasiyası tərəfindən fevralın 25-də dəyirmi masa keçirilib. 

Tədbirdə Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Ədliyyə və Maliyyə nazirliklərinin, Hesablama Palatasının, 24 siyasi partiyanın nümayəndələri, həmçinin tanınmış alimlər, politoloqlar, siyasi şərhçilər, internet televiziya kanalları və onlayn media subyektlərinin nümayəndələri iştirak ediblər. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev mövcud istiqamətdə indiyə qədər görülən işlər haqqında geniş danışaraq, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə sistemli olaraq siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin təşviq olunduğunu bildirib. 

Şöbə müdiri yeni siyasi konfiqurasiyanın əsas prinsipləri haqqında fikirlərini çatdıraraq, dövlət idarəetməsinin inkişafında, cəmiyyətdə mövcud potensialının səfərbər olunmasında siyasi partiyaların rolunu xüsusi vurğulayıb. Xatırladaq ki, ötən ilin may ayının 16-da siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə belə bir görüş təşkil olunub. 

“Bir çox məsələlər öz həllini tapdı”

Məsələ ilə bağlı Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə "Cümhuriyət”-ə bildirib ki, bu tədbir əslində əvvəllər də keçirilən görüşlərin davamı kimi qəbul edilməlidir:

“Məlumdur ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkədə yeni siyasi münasibətlər sisteminin və dialoq mühitinin formalaşmasının vacibliyi ilə bağlı cəmiyyətə bir mesaj verdi. Bu siyasətin yürüdülməsinin vacibliyini qeyd edərək onun konturlarını cızdı. 

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi, şöbənin müdiri Ədalət Vəliyev ilk gündən ölkədə fəaliyyət göstərən, qeydiyyata alınıb-alınmamasından asılı olmayaraq, istisnasız olaraq bütün siyasi partiyaların rəhbərləri ilə görüşlər keçirməyə başladı. İlkin olaraq tanışlıq görüşləri oldu, sonra mütəmadi olaraq görüşlər təşkil edildi. 

Müxtəlif tədbirlər, dəyirmi masalar təşkil olundu. Pandemiya dönəmində onlayn qaydada konfranslar keçirildi, birgə səfərlər oldu və biz yürüdülən bu siyasəti olduqca uğurlu, faydalı hesab edirik. Bu dövrdə bir çox məsələlər öz həllini tapmış oldu. Əslində o zaman bir sıra partiyaların qeydiyyat, eləcə də qərargahla bağlı məsələləri həll olundu."Siyasi partiyalar haqqında" yeni qanun qəbul olundu. Bu sahədə siyasi partiyaların, ümumiyyətlə, ölkənin siyasi gündəmində iştirakı stimullaşdırıldı”.

“Dövlətin, ordunun, Ali Baş Komandanın yanında olduq”

Partiya sədrinin fikrincə, əsas uğurlu nəticə milli birlik oldu: 

“Tədbirdə çıxışımda da vurğuladım, istər Qarabağ savaşından öncə, istər 44 günlük müharibənin gedişində və postmüharibə dönəmində, həmçinin antiterror əməliyyatları həyata keçirilərkən, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunduğu dönəmlərdə də birlik nümayiş etdirdik. Bütün siyasi partiyalar çox cüzi istisnalarla birgə bəyanatlar verdilər, birgə mövqedən çıxış etdilər. Azərbaycan dövlətinin və ordusunun, Ali Baş Komandan olaraq Prezidentin yanında olduqlarını əməli sübut etdilər. Bu, bir çox xarici təhdidləri önləmiş oldu. 

Biz ölkə daxilində siyasi barışa, siyasi partiyaların vahid mövqedən çıxış etməsinə nail olmaqla düşmənlərimizə çox ciddi mesaj verdik ki, ölkədəki bütün siyasi təşkilatlar, vətəndaş birlikləri, vətəndaşlarımız hansı siyasi mövqedə olmasından asılı olmayaraq dövlətimizlə birlikdədirlər və dövlətçilik məsələlərində birgə fəaliyyət göstərmək iqtidarındadırlar". 

“Çox ciddi hədəflərimiz var”

Partiya sədrinin sözlərinə görə, bundan sonra da bu birlik qoruyub saxlanılmalıdır: 

"Ən azından ona görə ki, qarşıda çox ciddi hədəflərimiz var. Zəngəzur dəhlizi ilə bağlı hədəflərlə yanaşı, bu gün Qərbi Azərbaycan adlandırdığımız tarixi torpaqlarımıza qayıdış məsələsinin həll olunması istiqamətində ciddi fəaliyyət göstərilir, addımlar atılır. Bu məsələnin həllinə nail olmaq üçün milli birliyə, barışa, siyasi partiyaların da birliyinə ehtiyac var. 

Eyni zamanda, Azərbaycan gücləndikcə bizə qarşı xarici təhdidlər də durmadan artır. Bu təhdidləri önləmək üçün birgə olmağa ehtiyac var. Təbii ki, siyasi partiyaların belə dialoq mühitində həm hakim partiya, həm bir-birilərilə münasibətlərinin bu cür davam etməsi ümumilikdə ölkədə demokratiyanın, siyasi partiyalaşma institutunun, bir çox vacib olan ənənələrin bərqərar olması, inkişaf etdirilməsi deməkdir. 

Bu mənada da siyasət davam etdirilməlidir. Tədbir iştirakçıları tərəfindən bu konteksdə də təkliflər də verildi. Eləcə də sonda hörmətli Ədalət Vəliyev bəyan etdi ki, bu siyasət davamlı olacaq, partiyalarla münasibət intensiv olaraq qarşılıqlı anlaşma şəraitində davam etdiriləcək, gələcəkdə də bu cür tədbirlər təşkil olunacaq. Təbii ki, bir masa ətrafında əyləşərək hansısa problemin həlli istiqamətində fəaliyyət göstərmək, təkliflər vermək, verilən təkliflərin həyata keçməsinə birlikdə nail olmaq vacib şərtlərdəndir.

Bu istiqamətdə aparılan siyasəti olduqca uğurlu və təqdirəlayiq hesab edirik. Hesab edirəm ki, adıçəkilən şöbə bu prosesdə aparıcı qüvvə olaraq çox uğurlu fəaliyyət göstərməkdədir və gələcəkdə də müxtəlif məsələlərin bir masa arxasında müzakirəsi, həll olunması barədə mesajlar da verildi. Bu mənada gözləntilərimiz də böyükdür".
Nigar Abdullayeva 
"Cebheinfo.az" 

Açar sözlər: siyasi dialoq

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Fevral 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri