Icma.az
close
up
RU
Milli Xalça Muzeyində “Azərbaycan silahşünaslığının aktual problemləri” adlı birinci elmi praktik konfrans keçirilib

Milli Xalça Muzeyində “Azərbaycan silahşünaslığının aktual problemləri” adlı birinci elmi praktik konfrans keçirilib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 30 oktyabr, AZƏRTAC

Oktyabrın 30-da Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycan silahşünaslığının aktual problemləri” mövzusunda birinci elmi-praktik konfrans təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Vətən müharibəsində Qələbənin 5-ci ildönümünə həsr olunan tədbir Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçirilib.

Konfrans Azərbaycanın qədim dövrlərdən bugünədək formalaşmış silahşünaslıq tarixinin elmi əsaslarla öyrənilməsini genişləndirmək, yerli və xarici muzeylərdə, eləcə də şəxsi kolleksiyalarda qorunan Azərbaycana aid silah nümunələri haqqında məlumat mübadiləsini təmin etmək, bu sahədə yeni tədqiqat istiqamətlərini müəyyənləşdirmək məqsədilə keçirilib.

Tədbiri muzeyin direktoru Əminə Məlikova açaraq konfransın elm üçün əlamətdar hadisə olduğunu, ölkəmizdə Azərbaycan silahlarına həsr edilmiş elmi-praktik konfransın ilk dəfə keçirildiyini bildirib. Muzeyin direktorunun sözlərinə görə, xalqımızın zəngin silahdüzəltmə ənənələri minilliklər boyu formalaşsa da, bu sahə müxtəlif səbəblərdən tədqiqatçıların diqqətindən kənarda qalıb: “Azərbaycan Milli Xalça Muzeyi bu sahəyə kompleks yanaşaraq, bugünkü konfransın keçirilməsi ilə yanaşı, muzeyin silah kolleksiyasına həsr olunmuş “Polad naxışlar. Azərbaycan Milli Xalça Muzeyinin silah kolleksiyası” adlı kataloqu hazırlayıb. Tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovun müəllifi olduğu kataloqda muzeyin silah kolleksiyasının tarixi, hər bir eksponatın izahı və yüksək keyfiyyətli fotoları yer alır”.

Sonda Əminə xanım konfransın işinə uğurlar arzulayıb.

Konfrans çərçivəsində “Azərbaycanın silahşünaslığına dair yeni tədqiqatlar”, “Tarixi silahların mühafizəsi, bərpası və nümayişi problemləri”, “Tarixi silahların incəsənətdə yeri və rolu”, “Tarixi silahlar Azərbaycan bədii sənətkarlığının tərkib hissəsi kimi: ənənənin bərpası” mövzularında akademik sessiyalar təşkil olunub.

Tədbirdə ölkənin müxtəlif elmi-tədqiqat institutlarının, muzeylərin və ali təhsil müəssisələrinin nümayəndələri, həmçinin müstəqil tədqiqatçılar iştirak ediblər. Mütəxəssislər arasında aparılan fikir və təcrübə mübadiləsi nəticəsində gələcəkdə ortaq elmi layihələrin reallaşdırılması və Azərbaycanın silahşünaslıq irsinin beynəlxalq miqyasda tanıdılması istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.

Konfrans iştirakçıları tədbirin milli-mədəni irsimizin mühüm tərkib hissəsi olan silahşünaslıq sahəsində aparılan tədqiqatların daha sistemli və davamlı şəkildə inkişafına töhfə verəcəyinə əminlik ifadə ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Oktyabr 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see472

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see242

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see220

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see205

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see202

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see191

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see188

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see183

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see171

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see164

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see159

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see158

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see154

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see152

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see149

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see143

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see141

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see134

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri