Milli Xalça Muzeyində Nərmin Nəcəffin “NAR əfsanəsi” fərdi sərgisi açılacaq
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 7 sentyabr, AZƏRTAC
Sentyabrın 9-da Azərbaycan Milli Xalça Muzeyində rəssam Nərmin Nəcəffin “NAR əfsanəsi” adlı fərdi sərgisi açılacaq.
Muzeydən AZƏRTAC-a bildirilib ki, sərgi Azərbaycanın qədim simvollarından biri olan narın rəngkarlıq və xalça sənətində formalaşmış ənənəvi semantikası ilə yanaşı, onun müasir bədii ifadə imkanlarını təqdim edir.
“Nar səyahəti” silsiləsində təkrarlanan nar motivi müxtəlif kompozisiyalarda məkan, ritm və emosional çalarların dəyişməsi ilə yeni məzmun qazanır, rəssamın düşüncə və təxəyyülünün dinamikasını əks etdirir. “Narlı at” və “Nar atı” kimi əsərlərdə nar təsviri digər elementlərlə qarşılıqlı əlaqədə təqdim olunur. Bu yanaşma narın yalnız dekorativ motiv kimi deyil, həm də rəssamın fərdi bədii düşüncəsini ifadə edən simvolik obraz kimi formalaşmasına imkan yaradır.
Sərginin Azərbaycan Milli Xalça Muzeyində keçirilməsi rəngkarlıq və xalça sənəti arasında özünəməxsus bədii dialoq yaradır. Ekspozisiyada rəssamın dini-fəlsəfi mövzulara həsr olunmuş əsərləri də nümayiş etdiriləcək.
Sərginin diqqətçəkən nümunələrindən biri Nərmin Nəcəffin əsərlərindən birinin motivləri əsasında muzeyin Ənənəvi texnologiya şöbəsində, xalçaçı-rəssam Sevinc Əliyevanın texniki eskizi əsasında toxunmuş müasir xalçadır. Bu əsər nar motivinin bir sənət dilindən digərinə keçidini və onun müasir bədii ifadə imkanlarını nümayiş etdirir. Ənənəvi narlı xalçalarda geniş istifadə olunan bu simvol burada müasir faktura və üçölçülü ifadə vasitələri ilə yeni bədii interpretasiyada təqdim olunur.
“NAR əfsanəsi” sərgisi ənənəvi simvolun müasir sənətdə yeni məna və bədii ifadə formaları qazana biləcəyini göstərir.
Sərgi sentyabrın 13-dək davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 07 Sentyabr 2026 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















