Icma.az
close
up
RU
“Milliləşdirilmiş” Stadnikin Olimpiya zirvəsi

“Milliləşdirilmiş” Stadnikin Olimpiya zirvəsi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Legioner adlandırılan gəlmə idmançılar heç vaxt birmənalı qarşılanmırlar. Xüsusilə də uğur qazana bilməyəndə böyük narazılıqlara səbəb olurlar. Azərbaycan idmanı da müxtəlif dövrlərdə milliləşdirilmiş əcnəbi idmançıların xidmətindən yararlanıb. Onların arasında ən uğurlulardan biri güləşçi Mariya Stadnik olub.

Ukrayna əsilli idmançı Azərbaycanın yeganə dördqat Olimpiya mükafatçısı və beşqat Olimpiya iştirakçısı, ümumiyyətlə, qadın güləşində beş dəfə Olimpiya Oyunlarında çıxış edən yeganə idmançı və dörd Olimpiadada medal qazanan üç nəfərdən biridir (digərləri - yaponiyalılar Kaori İtyo və Saori Yoşida). O, həmçinin 2 dəfə dünya və 10 dəfə Avropa çempionu, 2 dəfə də Avropa Oyunları və İslam Həmrəylik Oyunlarının qalibi olub.

Uğurlarına əvvəllər 48 kq, 2018-ci ildən isə 50 kq çəki dərəcəsində imza atan Mariya ötən ay idmançı karyerasını başa vurduğunu elan edib. İndi də fəaliyyətini Azərbaycan Güləş Federasiyasında qadın güləşi üzrə koordinator kimi davam etdirir.

Hər şey belə başlayıb

Onun idman uğurlarının paradını öz dilindən eşidək: “Mən əslən kiçik kənddənəm. Orada cəmi iki dərnək vardı – rəqs və güləş. Əvvəl özümü rəqslərdə sınadım. Sonradan uşaqlar məni güləş məşqlərinə dəvət etdilər. Gəldim, hazırlıq keçdim, məşqçi məni təriflədi. Beləcə, bu idman növündə ilk addımlarımı atdım”.

Əvvəlcə beynəlxalq yarışlarda Ukraynanı təmsil edib, 2003-cü ildə yeniyetmələr arasında Avropa çempionu olub. 2005-ci ildə gənclər arasında dünya çempionluğunu qazanıb.

2006-cı ildə isə böyüklər arasında Avropa çempionu olsa da, ondan götürülən qan analizində qadağan olunan dərman preparatı – furosemidin tapıldığından qazandığı qızıl medaldan məhrum edilib. Həmçinin bir il müddətinə beynəlxalq turnirlərdən kənarlaşdırılıb.

2007-ci ildə cəzası bitsə də, Ukrayna komandasında daha təcrübəli idmançıya üstünlük verildiyindən gənc Stadnikə yer tapılmayıb, o da ölkəmizdən aldığı təklifi qəbul edib.

18 yaşlı idmançının 18 illik karyerası

“O zaman çox gənc idim, hətta şokda idim. Çünki dopinqin orqanizmimə haradan düşdüyünü bilmirdim və anlamırdım. Həyatda nə baş verirsə, yaxşılığa doğru olur. Təbii ki, öz vətənimə lazımlı olmamağım əvvəl mənə pis gəlirdi. Amma vaxt keçdikcə alışdım. Sonra məndə belə bir düşüncə yarandı ki, bəlkə də, belə olması yaxşı imiş. Ukrayna yığmasında qalsaydım, bəlkə də, Mariya Stadnik kimi bir idmançı olmayacaqdı”.

İlk böyük uğurları

2008-ci ildə Avropa çempionatının qızıl, Pekində Olimpiya Oyunlarının bürünc medallarını qazanıb. O vaxt hələ 19 yaşı vardı...

“Ukraynada mənə deyirdilər ki, gözləyim. Vaxt gələndə şans verəcəklərini bildirirdilər. Amma üstünlük verdikləri idmançı ilə güləşməyə də razı olmurdular. Pekin-2008-də bürünc medal qazananda ədalət bərpa olundu. Onlara göstərdim ki, mən də Olimpiya mükafatçıları sırasında olmağa layiqəm”.

10-cu dəfə Avropa çempionu!

“Sonuncu yarış mənəvi planda mənim üçün xüsusi idi. Axı yubiley qələbəm idi. Ölkəm, qadın güləşi və karyeram üçün tarix yazdım. 10 gözəl rəqəmdir”.

Bu qələbə ilə bir daha sübut edib ki, Avropada rəqibi yoxdur…

“Demək olmaz ki, rəqib yoxdur. Rəqib həmişə var, yetişirlər. Amma hələlik Avropada bu çəkidə "avtoritet" mənəm. Bunu 10 dəfə sübut etmişəm”.

İdmançı uğurunun sirri

Bu suala titullu idmançıdan daha yaxşı kim cavab verə bilər ki? “İlk növbədə, gördüyün işi sevmək lazımdır. İşinizi sevəndə və özünüzü səmimi-qəlbdən ona həsr edəndə, həmişə nəticə olacaq. Şöhrət, pul və ya nəyinsə dalınca qaçmaq deyil, sadəcə güləşdən zövq almaq lazımdır. Qət etdiyin yol, toplanışlar, hazırlıq prosesləri, səfərlər, müxtəlif ölkələr, çox sayda dostlar, ünsiyyət – bütün bunlarda idman həyatının həzzi var və onlardan məmnunluq aldıqda nəticələr də olacaq”.

Hərdən də məğlubiyyət...

Olimpiya qızılını qazanmaq ona qismət olmayıb...

Pekin-2008-də bürünc, London-2012-də gümüş, Rio-2016-da da gümüş, Tokio-2020-də yenə bürünc...

Paris-2024-də isə qızıl medal arzusunu nəinki reallaşdıra bilməyib, hətta 8-ci yeri tutaraq kayerasında ən uğursuz nəticələrdən birinə imza atıb.

“Başa düşürdüm ki, sonuncu Olimpiadada qızıl medal almaq çətin olacaq. Lakin son ana qədər ümidimi itirmədim və onu qazanmaq üçün əlimdən gələni etdim. Ancaq bu idmandır. Deməli, qismət deyilmiş”.

Paris-2024-dən sonra idmançı karyerasını bitirmək barədə düşünməyə başlayıb.

“Bu, mənim son şansım idi. Dərk edirdim ki, idmanda əlimdən gələni etmişəm. Ona görə fikirləşdim ki, artıq bitirmək və digər rolda güləş üçün fayda vermək lazımdır. Mənim idman tarixim artıq yazılıb - 4 Olimpiya medalı. İndi isə başqa bir tarix yazmağın vaxtıdır”.

Bəs məşqçi olmaq?

Bu barədə hələ düşünmədiyini deyir. “Nəsə etmək istəyirsənsə, bir işin qulpundan yapışmaq lazımdır. Qərara aldım ki, federasiyada olmaq daha düzgün seçimdir. Bu halda qadın güləşinin inkişafı üçün çox iş görmək olar. Hazırda qadın güləşi üzrə koordinatoram. Növbəti Olimpiadaya qədər olan müddət ərzində məşqçilərin işinə, bütün proseslərin planlaşdırılmasına, daha dəqiq desəm, qarşıya qoyulmuş planın icrasına nəzarət edəcəyəm”.

Bu yazını Mariyanın bir neçə il əvvəl “Offsideplus”a verdiyi müsahibədən maraqlı fikirləri ilə bitirmək istəyirəm.

“İlk dəfə bura gələndə çox qorxurdum. Ukraynada legionerlərə olan münasibəti görmüşdüm və artıq özümün legioner olduğumu anlayırdım. Amma yarışlar zamanı məni dəstəkləyən insanları görəndən sonra bu, məni qazanılan medallardan daha çox sevindirirdi. Avropa Oyunları zamanı bütün zalın “Mariya Stadnik” deyə səsləyərək dəstək olması mənə dünyaları verirdi. Bilirsiniz, bir ailədə qız uşağı doğulanda anlayırsan ki, daha sonra, o, evlənib, köçəcək. Mən də özümü elə hiss edirəm. Ukraynada doğuldum, amma Azərbaycana gəlin gəldim. Burada özümü legioner hiss etmirəm. Hamı da bilir ki, mən azərbaycanlıyam”.

Rasim MÖVSÜMZADƏ,
idman şərhçisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:255
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Mart 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see356

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see326

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see308

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see251

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see246

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see242

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see225

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see204

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see204

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see193

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see191

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see187

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see182

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see181

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see177

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see173

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see169

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see165

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see153

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri