Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Konstantinovka xatirələri Donbas səfərindən geriyə qalanlar

Konstantinovka xatirələri Donbas səfərindən geriyə qalanlar

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Hava günəşli və mülayim idi. Baxmayaraq ki, oktyabr ayı burada - Donetsk vilayətinin Kramatorsk şəhərində adətən soyuq keçirdi.

Kramatorks şəhəri Donetks vilayətinin Ukraynanın nəzarətində qalan hissəsinin inzibati mərkəz şəhəridir. Buna görə də bölgəyə ezamiyyətə gələn jurnalistlər, düşərgə olaraq üçün məhz buranı seçirlər. Çünki bura qaynar nöqtələrə çox yaxındır. Məsələn, Pakrovsk, Konstantinovka, Liman və digər məntəqələrə ən uzaq məsafə 35-40 kilometrdir.

Ukraynada müharibə başlayandan bura neçə dəfə gəldiyimi artıq unutmuşam.

Bu gün yenə də həmin qaynar nöqtələrdən birinə - Konstantinovkaya getməyə hazırlaşırdım. Adətən bizi götürməyə gələn, jurnalistlər üçün ayrılan hərbçilər və ya təxliyə polisləri, yaranmış vəziyyətlə əlaqədar gecikirlər. Bundan istifadə edib, məni gözləyən gərgin cəbhə çəkilişindən əvvəl mülayim havada bir az gəzmək istədim.

Bir qədər getmişdim ki, yanından keçdiyim meyvə-tərəvəz piştaxtası diqqətimi çəkdi. Daha doğrusu piştaxtadakı narı Azərbaycan narına oxşatdım, ayaq saxladım. Satıcı - 40-45 yaşlı kişi də xarici görünüşünə görə, həmyerlimizə oxşayırdı. Salamlaşandan sonra yanılmadığım aydın oldu. Bir iki sualdan sonra sanki ürəyi açıldı.

Adı Əfqandır. Borçalı azərbaycanlısıdır. İki-üç yaşı olanda ailəsi Donetsk vilayətinin ovaxtkı Artemvski, indiki Baxmut şəhərinə köçüb və orada yaşayıb, böyüyüb. 10 il əvvəl elə orada ukraynalı xanımla evlənib, üç övladı da olub. Həmyerlimin xoşbəxtliyi 2022-ci ilin dekabrına qədər davam edib. Belə ki, iki il əvvələ qədər davam edən məlum Baxmut döyüşləri vaxtı, ailəsini döyüş bölgəsindən təxliyə etmək üçün şəhərin çıxış postundakı hərbçilər vasitəsilə inzibati mərkəzlə əlaqə yaratmaq istəyir.

Xatırladım ki, həmin vaxt Baxmutda gedən döyüşlər Ukraynada müharibənin cəhənnəmi hesab olunurdu. Həmin günləri də dəfələrlə orada olan jurnalist kimi, insanların nəinki internetsiz və rabitəsiz, hətta susuz necə mübarizə apardıqlarının şahidi olmuşam. İlyarımlıq döyüşlərdən sonra Rusiya ordusu 2023-cü ilin fevralın 20-də Baxmutu tamamilə tutdu.

Həmyerlim posta gəlib Kramatorsk ilə əlaqə yaradıb, təxliyə polislərinə adresini verib, vədələşib geri qayıdır ki, ailəsi ilə onların yolunu gözləsin. Amma geri qayıdanda yaşadığı çoxmənzilli binanın artilleriya ilə vurulduğunu, yaşadığı yerin darmadağın olduğunu görür. Tez binaya daxil olub, ikinci mərtəbədə dağılmış mənzilinə girir. Amma qoyub getdiyi xanımını və iki qızının nə dirisini, nə də ölüsünü tapa bilir. Həmən gün axşama qədər - təxliyə polisləri gələnə qədər hər yeri, bütün dağıntıları ələk-vələk edir. Meyitlərin arasında da onları tapa bilmir. İndiyə qədər də onlardan bir xəbər yoxdur. Baxmutun işğalından sonra ora yaxın yeganə yer kimi Kramatorsku seçib. "Buradan sanki onların qoxusunu alıram" - deyə, kövrələn həmyerlimə heç bir təsəlli verə bilmirəm. Sakitcə geriyə, artıq gəlib məni gözləyən təxliyə polislərinin avtomobilinə doğru addımlayıram...

Konstantinovkaya bu dəfə, dediyim kimi, təxliyə polisləri ilə gedirdim. İki nəfər idilər. Mayor Gennadi və serjant Yelena. Sükan arxasında mayor özü idi. Avtomobil döyüş nöqtələrindən təxliyə üçün nəzərdə tutulan zirehli mikroavtobus idi. Gennadi optimist adam təsiri bağışlayırdı. Əslən Donetsk vilayətinin Avdeyevka şəhərindəndir. İki ildən çoxdur oranı ruslar tutub. Özünün də dediyi kimi, Avdeyevka elə darmadağın olub ki, qədim yunan xarabalıqlarının bərpa olunması ümidi oranın gələcəyindən çoxdur...

Gennadinin müharibəyə qədər olan ovçuluq hobbisi, indiki xidmətində də işinə yarayırdı. Hər xidmətə çıxanda özünün Türkiyə istehsalı olan ov tüfəngini daim özü ilə götürür, bu dəfə qaz-ördək əvəzinə, Rusiya ordusunun sürü ilə uçan kiçik qumbara dronlarını ovlayırdı. Yeri gəlmişkən, bu tip dronlar artıq o bölgədə son vaxtlar havadan yox, məsələn, qəfildən hansısa tindən və ya ağacların arasından adama, yaxud hansısa avtomobilə şığıyıb çırpılır. Gennadidə bu kimi dronları mümkün qədər əvvəldən hiss etmək üçün xüsusi bir aparat da vardı. Bu aparatlar Ukrayna istehsalıdır, son bir ildir ki, artan dron döyüşlərində mübarizə vasitəsi kimi istehsal olunur. Bu aparatlar əksər hallarda yaxınlıqdakı dron uçuşunu, onun yerini təyin edib, siqnallar verməyə başlayır.

Biz Konstantinovkaya girənə qədər xoşbəxtlikdən dron hücumuna məruz qalmadıq. Amma şəhərdə ardıcıl yan-yörəmizə ya top, ya da aviasiya mərmiləri düşürdü.

Əsas məqsədim son günlər şəhər döyüşlərinin getdiyi Konstantinovkada mümkün qədər görüntülər və bir də təxliyə prosesini çəkmək idi.

Şəhərə buna qədər ötən ilin payızında gəlmişdim. Vilayətin başqa yerlərindəki çəkilişlərdən fasilə yarananda, burada yaşayan həmyerlilərim məni qonaq çağırmışdılar. İndi ötən il qonaq olub yeyib-içdiyim şəhərə bu il xarabalıqlarını çəkməyə gəlmişəm.

Binaların birinə yaxınlaşdıq. Zirzəmilərdən sakinlər çıxmağa başladılar. Təxminən 8-10 nəfər, anladığım qədər üç-dörd ailədən ibarət idi. Hiss olunurdu ki, günlərdir küçədə gedən döyüşlərin ucbatından zirzəmilərdən çıxmırlar.

Yaranan sakitlikdən istifadə edib, sakinləri bir-bir ən yüngül əl yükləri ilə, siyahıya alaraq avtobusa yığdılar. Bu zaman aralarında təxminən 60 yaşında olan biri - İqor qəfil dayanaraq yanındakı oğluna bu gün getməyəcəyini bildirdi. Narahatlıqla bunun səbəbini ondan soruşan oğluna və polislərə belə izah etdi ki, iki itini qoyub getmək istəmir, sabah növbəti təxliyə üçün gələn olarsa, onlarla gedəcək. Qətiyyətlə israr etdi ki, itlərini qoyub getməyəcək. İndiki maşında əlavə yer olmadığı üçün, Gennadi onu daha da məcbur etməyib, sadəcə könüllü imtina etdiyi üçün qol çəkməsini xahiş etdi. Amma söz verdi ki, sabah mütləq bu ünvana gələcəklər, əgər Konstantinovkaya girə bilsələr. Oğlu atası ilə qucaqlaşıb, vədələşib maşına əyləşdi və biz dərhal oradan çıxdıq. Bura Konstantinovkanın mərkəzi idi. Gennadi sürətli manevrlə şəhərin Kramatorsk istiqamətində hərəkət etdi.

Döyüşlərin getdiyi şəhər və kəndlərdə, xüsusilə yaşayış yerləri arasında, avtomobili mümkün qədər sürətlə idarə etmək qəfil hərbi zərbələrdən maksimum yayınmaq imkanı yaradır.

Konstantinovkanın çıxışına az qalmışdıq ki, qəfil arxada elə bir gurultu qopdu ki, içində olduğumuz zirehli avtobus az qaldı fırlanıb aşsın. Lakin Gennadinin məharəti sayəsində avtobusumuz aşmadı. Güzgüdən arxaya baxan Gennadi, dilinin altda yarı söyüşlə "lənətə gəlmişlər, çıxdığımız məhəlləni KAP ilə (avia bomba - M.A.) vurdular!" - deyib, güzgüdən salonda qocanın oğluna baxdı. Onun dediyini yanında oturduğum üçün ancaq mən eşidə bildim. Bizimlə gəlməyən qoca böyük ehtimalla artıq həlak olmuşdu.

Səhəri gün Kiyevə qayıtmamış, yuxarıda xatırlatdığım Konstantinovkadan olan, amma Kramatorska qaçıb gəlmiş həmyerlilərim ilə görüşü planlaşdırırdım. Hansı ki, ötən il məni Konstantinovkada qonaq etmişdilər. Onlar arasında əslən Xaçmazdan olan Müzəffər dayı çox qonaqpərvərlik edirdi. Zəng edib danışdım, dedilər ki, Müzəffər dayı Konstantinovkaya yaxın kəndə gedib, axşama qayıdacaq. Görüşü axşama təyin etdik. Axşam görüşdük. Amma, təəssüf ki, kafedə yox. Müzəffər dayının ölüm xəbəri bizi bir yerə yığdı. Müzəffər dayı Konstantinovka yolunda üstünə qumbara dronu düşən avtomobilində yanmışdı...

Oxu.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://baku.ws
archiveBu xəbər 08 Dekabr 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri