Icma.az
close
up
RU
Millimizin baş məşqçisi: “İsveçrə kimi komandalara qarşı oynamağa çətinlik çəkirik” İdman və Biz

Millimizin baş məşqçisi: “İsveçrə kimi komandalara qarşı oynamağa çətinlik çəkirik” İdman və Biz

Icma.az, Idman.biz saytına istinadən bildirir.

"İsveçrə kimi komandalara qarşı oynamağa çətinlik çəkirik".

İdman.biz xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycanın 19 yaşadək qadınlardan ibarət millisinin baş məşqçisi Həbib Ağayev komandanın Avopa çempionatının seçmə mərhələsindəki çıxışını dəyərləndirərkən deyib.

Mütəxəssis İsveçrəyə 0:8 hesabı ilə məğlub olduqları oyunda komandanın gücünün yetmədiyini vurğulayıb:

“İlk matçda rəqib çox güclü idi. Bilirdik ki, İsveçrə konkret birinci yer üçün oynayacaq. Bu gün belə komandalara qarşı oynamağa çətinlik çəkirik. Bacardığımızı etdik. İlk hissədə 0:2 hesabı ilə geridəydik, ikinci yarıda isə gücümüz çatmadı. İkinci oyunda Estoniya ilə görüşdük. İsveçrəyə baxanda zəif, bizdən isə güclü idilər. İlk matçda Kipri 3:0 hesabı ilə məğlub etmişdilər. Üçüncü görüşdə itirəcək bir şey yox idi. Qızlara dedim ki, çıxın, oynayın. Açıq futbol göstərməyə çalışmağımıza baxmayaraq, uduzduq”.

Ağayev komandanın zəif olmasının səbəbini seçimlər və ölkə çempionatının başlamaması ilə əlaqələndirib:

“Qısası, indi gücümüz buna çatır. Çatışmayan odur ki, seçimlər zamanı çətinlik çəkirəm. Digər səbəb çempionatın hələ başlamamasıdır. Başqa ölkələrdə artıq I dövrə bitir, bizdə isə hələ çempionata start verilməyib. Qızlar çox hazırlıqsız idi. Belə olan halda bu cür səviyyəli turnirlərdə oynamaq çox çətindir”.

Qeyd edək ki, U-19 Avropa çempionatının seçmə mərhələsində yer aldığı B Liqasının V qrupunda İsveçrə millisinə 0:8, Estoniya və Kiprə isə 0:3 hesabı ilə məğlub olub.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 02 Dekabr 2024 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see267

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see236

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see211

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see206

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see180

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see178

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see178

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see170

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see170

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see158

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see155

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see155

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see155

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see153

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see153

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see151

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri