Icma.az
close
up
RU
Yeqor Xvalko: Qarabağ kimi komandalara qarşı oynayanda böyüyürsən

Yeqor Xvalko: Qarabağ kimi komandalara qarşı oynayanda böyüyürsən

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Kəpəz"in kapitanı Yeqor Xvalko apasport.az saytına müsahibə verib.

- Artıq məşqləriniz başlayıb. Gəncədəki hazırlıqlar necə gedir?
- Hər şey çox yaxşıdır, plan üzrə hazırlaşırıq. Həm səhər, həm də axşamüstü çalışırıq. Sabah "Qarabağ"la oyunumuz olacaq. Daha sonra Gəncəyə qayıdaraq məşqlərimizə davam edəcəyik. Hazırlıq prosesi üçün ən yaxşı şərait Gəncədədir. 

- Demək olar ki, bütün komandalar Azərbaycanda qaldı və hazırlığını vətəndə keçəcək. Səncə, hazırlığı ölkə xaricində keçib-keçməmək arasında fərq var?
- Bilirsiz, indi xaricə səyahət üçün o qədər də böyük fasilə yoxdur. Ona görə bununla bağlı heç bir problem yaşanmır. Hava şəraiti ölkədə hazırlaşmağa imkan verir. Türkiyəni seçmək üçün yəqin ki, o maddi vəziyyətdə deyilik. Hazırda Türkiyədə yeganə üstünlüyün başqa ölkələrin komandaları ilə yoxlama matçlarının keçirilmək imkanının olmasıdır. 

- Qış hazırlığı üçün xaricə yollanan yeganə klub "Turan Tovuz"dur. Səncə, bu onların özü üçün yaxşıdır? Məsələn, onlar "Qloriya Buzeu" və "Paxtakor" kimi komandalarla qarşılaşacaqlar...
- Onlar üçün necə olacağını bilmirəm. Çünki hər klub öz qərarını verir. Şəxsən mənim üçün heç bir fərq yoxdur. Ötən mövsüm də biz eyni şəkildə hazırlaşdıq, burada qaldıq. Hər şey də lazımi səviyyədə alındı. 

- Sabah "Qarabağ"la yoxlama görüşünə çıxacaqsınız. Yoxlama matçı olsa belə, sizin üçün önəmli oyundur? Demək olar ki, Türkiyədə qarşılaşa biləcəyiniz Avropa klublarından biri ilə oynayacaqsız?
- Təbii ki, belə rəqibə qarşı oynayanda böyüyürsən. Bu, rəsmi matç deyil. Amma yenə də belə bir rəqiblə matçda nə üzərində işləməli olduğumuzu və nə edə biləcəyimizi görə biləcəyik. Siz öz sualınıza cavab verdiniz (gülür).

- Yeri gəlmişkən, müdafiənin mərkəzində Dioqo Verdaşka ilə oynamaq sənə rahatdır? 
- Prinsipcə, mənim üçün hər kəslə oynamaq uyğundur. İlkin Qırtımovla da oynamışıq. Həm onunla, həm də Verdaşka ilə meydanda bir-birimizi yaxşı başa düşürük. Bilirsiz ki, təcrübəli futbolçulardır. 

- "Kəpəz"də əsas problemli mövqe hansıdır? Komandaya yeni transferlər lazımdır? Artıq yeni transferiniz Rati Ardazişvili məşqlərə qoşulub. Komandaya öyrəşib?
- Bu suala mənim cavab verməyim düzgün çıxmazdı. Məncə, bu suala baş məşqçimiz daha yaxşı cavab verə bilər. Çünki bu məsələ onun ixtiyarındadır. Əlbəttə ki, ilk növbədə onlara ehtiyac var, bu da rəqabəti artırır və komanda böyüyür. Bəli, gürcü futbolçu artıq bizimlə işləyir. Onunla hər gün ünsiyyətdə oluruq, rus dilini bilir, bu mənada onunla ünsiyyət yaxşı qurulub. Düşünürəm ki, istənilən futbolçu, hətta nadir hallarda oynayanlar da kömək edir. Ratiyə gəldikdə isə, bunu yalnız zaman göstərəcək. Məncə, ona uyğunlaşmaq üçün çox vaxt lazım deyil. O, karyerası ərzində ölkə xaricində çıxış edib. 

- Fasilə başa çatdıqdan sonra "Turan Tovuz"la qarşılaşacaqsınız. Qərb derbisi haqda hansı fikirdəsən? "Turan Tovuz"u məğlub etmək mümkündür?
- "Turan Tovuz" ciddi komandadır. Mənim üçün bu mövsüm çempionatın bəlkə də ən çətin matçları onlara qarşıdır. Fiziki cəhətdən çox yaxşı hazırlanmış komandadır. Ancaq son görüşdə onlara qarşı oynaya biləcəyimizi göstərmişdik. İnanıram ki, həmin oyuna qədər hazır olacağıq və yaxşı nəticə qazanacağıq.

Emin Mahmudov: "Oynamaq üçün çox darıxmışam" “Qarabağ”ın oyunlarına azarkeşlər buraxılmayacaq Azərbaycanlı futbolçu ən yaxşı seçildi Emin İmaməliyev: "Juninyo getsə də, "Qarabağ" hücum zonasında sıxıntı çəkməyəcək" "Turan Tovuz"un forvardı Türkiyəyə yollandı - ÖZƏL
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://apasport.az
archiveBu xəbər 08 Yanvar 2025 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri