Icma.az
close
up
RU
Millimizin baş məşqçisi: “Hazırda Azərbaycan karatesində güclü rəqabət yoxdur” MÜSAHİBƏ İdman və Biz

Millimizin baş məşqçisi: “Hazırda Azərbaycan karatesində güclü rəqabət yoxdur” MÜSAHİBƏ İdman və Biz

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kişi karateçilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Şahin Atamovun İdman.biz-ə müsahibəsi

- Növbəti Azərbaycan çempionatı başa çatdı. Yarışı necə şərh edərdiz?
- Çempionat çox yüksək səviyyədə keçdi. Yaxşı seçimlər oldu. İdmançılar özlərini göstərə bildilər. Böyüklərdə potensiallı və gənc karateçilər seçildi və inanıram ki, onlar bizi yanıltmaz. Məqsədimiz Azərbaycan çempionatının səviyyəsini yüksəltməkdir. Bəzi karaqteçilər bu yarışı saymırdılar, döyüşmürdülər. Amma artıq çempionatın vacibliyi gündəm oldu.

- Seçim üçün yaxşı yarış olduğunu bildirdiz. Konkret olaraq, sizi hansı çəkilərdəki mübarizə yaxşı mənada təəccübləndirdi?
- Çox qeyri-adi nəsə olmadı. Gözlədiyimiz karateçilər yer tutdular. Ümumi götürsək, hər şey yaxşıdır.

- Yaxşı, sualı başqa cür verək. Sizə görə çempionatın tapıntısı kim oldu?
- 18-20 yaşlı gənclər böyüklərdə iştirak etdi və yaxşı nəticələr göstərdi. Bu bizim üçün sevindirici haldır. Onlardan Rəşid Süleymanov (75 kq) qızıl medal qazandı. Vahid Həsənovun (+84 kq) da adını çəkə bilərəm. Bunlar bizim üçün həqiqətən də uğurdur. Yığmaya gənc və potensiallı idmançılar lazımdır.

- Bəs kimin çıxışı sizi daha çox məyus etdi?
- Belə məqam olmadı.

- Azərbaycan karatesində hazırkı rəqabət sizi qane edir?
- Hazırda karatemizdə elə də güclü rəqabət yoxdur. Düzdür, son illərə baxsaq, artıq rəqabət var. Əvvəl heç yox idi. Bir nömrələrimizə qarşı isə hələlik zəifdirlər. 60 kq-da 3 potensiallı idmançımız var. 67 kq-da Tural Ağalarzadə bir nömrədir. O, zədəyə görə yarışa çıxmadı. Hüseyn Məmmədli çempion oldu. Çox yaxşı karateçidir, son Avropa çempionatının bürünc medalçısıdır. Getdiyi bütün yarışlardan nəticə ilə dönür. Gələcəyi parlaqdır və ona inanırıq. Hüseynlə bərabər bu çəkidə Nurlan Rzazadə var ki, o da yaxşı gələcək vəd edir. 75 kq-da lider Fərid Ağayev idi. İndi Rəşid Süleymanov onunla rəqabət aparır. Düzdür, hər ikisi gəcdir, təcrübə tərəfdən də zəif ola bilərlər. Hər halda rəqabət bizim üçün vacibdir və onların bu komandada olması böyük uğurdur. 84 kq-da təəssüf ki, Turqut Həsənov təkdir. +84 kq-da isə favoritimiz Asiman Qurbanov idi. Çox sevindirici haldır ki, Vahid Həsənov da bu çəkiyə gəldi və uğurlu idmançıdır.
- Siz, Rafael Ağayev kimi güclü karateçilərinin davamçılarını yenidən görməyə nə qədər vaxt lazımdır?
- Bunun üçün əlimizdən gələni edirik. Çox çalışıram ki, komandamız yüksək nəticələr əldə etsin. Düzdür, çox çətindir. Karateçilərin bir müəllimdən digərinə keçidi ağır, uzun çəkən prosesdir. Hərənin öz planı və strategiyası var. Amma düşünürəm ki, yavaş-yavaş komandamız bizdən də yaxşı nəticələr əldə edəcək. Bunun üçün sadəcə zaman lazımdır. Amma inanıram ki, 2025-ci ildə böyük uğurlar əldə edəcəyik.

Emin Ağa
İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 04 Dekabr 2024 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri