Millimizin basketbolçusu: İsveçrə ilə matçda əlimizdən gələni edəcəyik İdman və Biz
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Bu oyunda əlimizdən gələni edəcəyik”.
İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan millisinin basketbolçusu Kamran Məmmədov Bakıda İsveçrəyə qarşı keçirəcəkləri dünya çempionatının seçmə mərhələsinin matçı ilə bağlı danışarkən deyib.
24 yaşlı oyunçu rəqibin güclü komanda olduğunu bildirib: "Məncə, şansımız var. İsveçrə ilə ilk görüşdə üç hissədə bərabər səviyyədə oynadıq. Düşünürəm ki, doğma meydanda, azarkeşlərimizin önündə oynamağımız bizim üstünlüyümüz olacaq".
Məmmədov ötən turda səfərdə İrlandiyaya 67:91 hesabı ilə uduzduqları matç barədə də fikirlərini bölüşüb: "Yaxşı hazırlaşmışdıq. Amma təəssüf ki, bəzən istədiyimiz kimi çıxış edə bilmirik. Üç xallıq atışlarımız da çox zəif oldu. Rəqibdə isə hər şey alınırdı".
Qeyd edək ki, noyabrın 24-də Bakıda təşkil olunacaq Azərbaycan - İsveçrə qarşılaşması saat 14:00-da start götürəcək.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 23 Noyabr 2024 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















