Icma.az
close
up
RU
Millimizin keçmiş yarımmüdafiəçisi: Qarabağ asanlıqla qol buraxır İdman və Biz

Millimizin keçmiş yarımmüdafiəçisi: Qarabağ asanlıqla qol buraxır İdman və Biz

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

"Qarabağ" asanlıqla qol buraxır.

İdman.biz xəbər verir ki, bunu “Report”a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Emin İmaməliyev UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda FCSB (Rumıniya) ilə oyunu dəyərləndirərkən deyib.

O, bəxt amilini qabardıb: “Bəlkə də Juniniyonun komandadan getməsinin təsiri oldu. Lakin düşünürəm ki, bəxt amili əsas rol oynadı. "Qarabağ" bütün oyunlarda rəqiblərindən geri qalmadı. Hətta bir çoxunda üstün oyun sərgilədi. Dünənki matçda xeyli qol imkanından yararlana bilmədi. Yaranmış qol vəziyyətlərindən istifadə etməyəndə də məğlub olursan. Müdafiədə səhvlər buraxırdılar”.

Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi “Qarabağ”da arxayınlıq olduğuna inanmır: “Qurban Qurbanovla həm birlikdə futbol oynamışıq, həm də məşqçim olub. Onda elə bir xarakter yoxdur ki, arxayınlıq yaransın və bu, kollektivə təsir göstərsin. Həm də indi futbolda asan rəqib olmur. Hətta ən zəif hesab etdiyimiz rəqib belə müdafiə planında yaxşı oynaya bilir. İstər klub, istər milli səviyyəsində belədir. Geridə qalan 7 oyunda bəxt amili ilə yanaşı, bəzən hakim ədalətsizliyi də oldu. Bəlkə də kənardan belə görünür. Amma "Qarabağ" asanlıqla qol buraxır. Dünənki görüşdə standart vəziyyətlərdən üç qol buraxdılar. Ola bilər komandada bu baxımdan çatışmazlıq var”.

E.İmaməliyev komandanın uğursuzluğunun UEFA Avropa Liqasının yeni formatı ilə bağlı ola biləcəyini də istisna etmir: “Yeni formata əsasən hər komandaya qarşı bir oyun keçirirsən. Bu səbəbdən yaxşı təhlil aparılmalıdır. “Qarabağ”ın təcrübəli məşqçilər korpusu var və yaxşı təhlillər apardıqlarına şübhə etmirəm. İstər-istəməz bunun da müəyyən təsirləri ola bilər. Çünki ilk oyunda rəqibin üstün və zəif cəhətlərini görə bilirsən, səhvləri düzəldirsən. Bütün bunlara baxmayaraq, “Qarabağ”ın pley-off mərhələsinə vəsiqə qazanacağını düşünürdüm. Futboldur, bəzən istədiyin alınmır”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan “Qarabağ” - FCSB matçı Rumıniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu görüşdən sonra Ağdam təmsilçisi UEFA Avropa Liqasında pley-offa çıxmaq şansını itirib.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 24 Yanvar 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri