Millimizin sabiq futbolçusu komandasının uduzacağına mərc edibmiş
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyədə mərc oyunlarına iştirak etməkdə şübhəli bilinərək saxlanılan Azərbaycanın U-17 və U-19 millilərinin sabiq futbolçusu İsmayıl Karakaşın öz komandasının əleyhinə mərc etdiyi məlum olub.
Bakıvaxtı.az "Habertürk"ə istinadən xəbər verir ki, hadisə 2022-ci il yanvarın 30-da, Karakaşın “Edirnespor” klubunda çıxış etdiyi dövrdə baş verib.
Müdafiəçi həmin matça ehtiyat oyunçular skamyasında başlayıb və 84-cü dəqiqədə meydana daxil olub. O, mərc saytlarından birində "rəqib komanda qalib gələr" seçiminə 50 lirəlik (həmin zaman təxminən 2,80 manat) kupon yazıb. Maraqlısı odur ki, Karakaş öz oyununa dair mərci qazansa da, kuponundakı digər oyunlarda yanlış təxminə görə uduzub.
Qeyd edək ki, İsmayıl Karakaş Azərbaycanın U-17 (2016) və U-19 (2017) yığmalarında ümumilikdə 14 oyunda iştirak edib. O, hazırda "Erciyes 38" komandasının şərəfini qoruyur./Teleqraf
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 30 Dekabr 2025 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















