Millimizin üzvü gələn ilə qədər yaşıl meydanlardan uzaq qalacaq
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan milli komandasının və “Araz-Naxçıvan” klubunun futbolçusu Rahil Məmmədov 2026-cı ilə qədər yaşıl meydanlardan uzaq qalacaq.
Bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov məlumat verib.
Klub rəsmisinin sözlərinə görə, Ukrayna ilə oyuna hazırlıq zamanı zədələnən və budun gətirici əzələlərindən birinin tam qopması diaqnozu ilə əməliyyat olunan 35 yaşlı futbolçu uzun fasilədən sonra məşqlərə başlaya biləcək: “Ən tezi 3 ay sonra məşqlərə başlaya biləcək. Bu da o deməkdir ki, qışa qədər Rahil artıq komandaya kömək edə bilməyəcək”.
Qeyd edək ki, Rahil Məmmədov yay fasiləsində Polşanın “Radomyak” klubundan “Araz-Naxçıvan”a transfer olunub.
Bu mövzuda digər xəbərlər:Bellinqhem 3 ay yaşıl meydanlardan uzaq qalacaq
23 İyun 2025 16:14
Rüdiger 2 ay yaşıl meydanlardan uzaq qalacaq
29 Aprel 2025 18:44
Qalatasarayın futbolçusu 1 ay yaşıl meydanlardan uzaq qalacaq
26 Noyabr 2024 07:15
Marko Yankoviç uzun müddət yaşıl meydanlardan uzaq qalacaq
19 Sentyabr 2025 16:09
Baxış sayı:65
Bu xəbər 27 Oktyabr 2025 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















