Icma.az
close
up
RU
Millinin AVRO imkanı

Millinin AVRO imkanı

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yoldaşlıq matçında Tacikistanı 1:0 hesabı ilə məğlub edən Azərbaycan millisi diqqətini UEFA Millətlər Liqasına yönəldib. Ayxan Abbasovun yetirmələri Litva və Lixtenşteynə qarşı kritik matçlarda qələbə qazanmaq arzusundadır.

Yığmamız D Liqasında yer alsa da, bu divizion bizim üçün yalnız C Liqasına yüksəlmək fürsəti yaratmır. Turnirin mürəkkəb, lakin ümidverici reqlamenti komandamıza AVRO-2028-in pley-off mərhələsinə adlamaq üçün raal şans verir.

Mexanizm necə işləyir?

Qaydalara əsasən, D Liqasının hər iki qrup qalibi avtomatik C divizionuna adlayır. Lakin əsas maraq doğuran məqam AVRO-2028 pley-offuna açılan qapıdır.

A, B və C Liqalarında öz qruplarında ilk iki yeri tutaraq Avropa çempionatına birbaşa vəsiqə qazanan komandaların sayı çox olarsa, pley-offda boş qalan bir yer D Liqasına ötürülür. Reqlamentə görə, bu imkandan yalnız D Liqasının ən yaxşı göstəriciyə malik qrup qalibi yararlana bilər.

“Football Meets Data” platformasının analitik proqnozlarına görə, Azərbaycan millisi D Liqasında 7.8 gözlənilən xalla ümumi reytinqdə birinci olmağa əsas namizəddir. Yığmamız bu göstəricidə digər qrupun iddialısı Maltanı (7.7 xal) cüzi fərqlə üstələyir. Bu səbəbdən qarşıdakı oyunlarda maksimum xal toplamaq milli üçün böyük önəm kəsb edir.

Makedon möcüzəsi

Aşağı liqa təmsilçisinin Millətlər Liqası vasitəsilə qitənin əsas turnirinə yollanmasının ən bariz nümunəsi Şimali Makedoniyadır.

2018/19 mövsümündən tətbiq edilən köhnə sistemə əsasən, hər divizionun pley-offda birbaşa təmin olunmuş vəsiqəsi var idi. D Liqasının qrup qalibləri (Şimali Makedoniya, Gürcüstan, Kosovo və Belarus) öz aralarında yarımfinal və final matçları keçirdilər. Çərçivə daxilində Kosovonu 2:1, finalda isə Qoran Pandevin qolu ilə Gürcüstanı 1:0 məğlub edən makedoniyalılar tarixində ilk dəfə AVRO-2020-nin final mərhələsinə vəsiqə təmin etdilər.

İndi nə dəyişib?

Yuxarı liqa təmsilçilərinin narazılığından sonra UEFA sistemi yenilədi. Artıq D Liqasına birbaşa pley-off kvotası verilmir. Lakin güclü komandalar seçmə mərhələdə birbaşa vəsiqə qazandıqca, ehtiyatda olan pley-off yerləri zəncirvari şəkildə aşağıya doğru ötürülür və D Liqasının ən yaxşı qrup qalibinə çatır.

Mexanizmin praktikada necə işlədiyini əyani göstərən son nümunə Estoniyadır. AVRO-2024-ün seçmə mərhələsində A Liqası komandalarının əksəriyyəti birbaşa vəsiqə qazandığı üçün boş qalan yer D Liqasının ən yaxşı qrup qalibi olan Baltikyanı ölkəsinə qismət oldu. Pley-offun yarımfinalında Polşaya (1:5) uduzsalar da, estonlar bu qapının açıq olduğunu sübut etdilər.

Oxşar cığırı C Liqasından keçən Gürcüstan millisi isə sistemin nə dərəcədə böyük fürsət olduğunu göstərdi. Qrup qalibi kimi ikinci şans əldə edən qonşu ölkə pley-offun yarımfinalında Lüksemburqu 2:0, finalında isə Yunanıstanı penaltilər seriyasında üstələyərək tarixlərində ilk dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazandı.

Azərbaycan millisinin qarşısında ən vacib tapşırıq D Liqasında öz qrupunun lideri olmaq və Maltadan daha yaxşı göstərici toplayaraq divizionun 1 nömrəli komandasına çevrilməkdir. Bu şərt ödənildiyi halda, A, B və C Liqası təmsilçilərinin əsas seçmə mərhələdəki uğurlu çıxışı millimiz üçün AVRO-2028-in pley-off qapısını aça bilər.

Ayxan Zayıdzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 24 Sentyabr 2026 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri