Icma.az
close
up
RU
Millinin baş məşqçisi: “Hədəf “Los Anceles 2028” Yay Olimpiya Oyunlarıdır”

Millinin baş məşqçisi: “Hədəf “Los Anceles 2028” Yay Olimpiya Oyunlarıdır”

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Hər şey çox yaxşı alındı. Çünki yeddi finaldan altısında medalçılar sırasında yer aldıq. Halbuki yarışdan öncə beş medal planlaşdırırdıq. Ona görə də nəticədən çox razı qaldıq”.

İdman.biz bildirir ki, bu sözləri batut gimnastikası üzrə Azərbaycan millisinin baş məşqçisi Vladimir Şulikin yığmanın III MDB Oyunlarındakı nəticələrini dəyərləndirərkən deyib.

“Hətta qızların sinxron proqramında da medal götürə bildik. Halbuki sadəcə finala çıxmağı hədəfləmişdik. Amma elə oldu ki, yaxşı çıxış etdilər və üçüncü oldular. Ən əsası odur ki, idmançılarımız bizi məyus etmədilər. Hamı çox çalışdı. Həm qızlar, həm oğlanlar əllərindən gələni etdilər”, - baş məşqçi bildirib.

Mütəxəssis güclü rəqiblərlə mübarizə apardıqlarını söyləyib: “Xüsusilə qeyd etmək istəyirəm ki, dünyanın ən güclüləri ilə yarışdıq. Rəqabət olduqca güclü idi. Rusiya və Belarusdan Olimpiya və dünya çempionları iştirak edirdi. Ona görə də xüsusilə Olimpiya proqramına daxil olan fərdi yarışda qələbə qazanmaq çox xoş oldu. Maqsud Mahsudov Olimpiya çempionunu məğlub edərək qızıl medal qazandı. Bu, çox sevindiricidir. İndi isə çalışacağıq ki, yolumuza davam edək. Növbəti hədəf “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarıdır”.

Batut gimnastikası üzrə Azərbaycan millisi III MDB Oyunlarını 1-i qızıl, 2-si gümüş, 3-ü bürünc olmaqla ümumilikdə 6 medalla bitirib.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 03 Oktyabr 2025 22:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri