Icma.az
close
up
RU
Milyarder Trampın ən böyük ARZUSU

Milyarder Trampın ən böyük ARZUSU

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Akif Əli
ABŞ Prezidenti Donald Tramp ekstra davranışları və gözlənilməz siyasi addımları ilə dünyanın diqqət mərkəzindədir. Tramp əsl amerikalı kimi öz ölkəsini çox sevir və Amerikanın daha yaxşı, daha güclü, daha yüksək inkişaf etməsini ürəkdən istəyir. Odur ki, əvvəlki iqtidardan fərqli olaraq, o əsas diqqətini ölkə daxilinə yönəldir.

Əslində çox uğurlu biznes və şou həyatı keçən Tramp siyasətdə ənənəvi təsəvvürlər üçün gözlənilməz addımlar atmaqla durğun hissləri və düşüncələri hərəkətə gətirir.

Məsələn, BMT-ni gərəksiz qurum kimi açıq tənqid edir, Ümumdünya Səhiyyə Təşkilatından çıxır və onlara üzvlük haqqı ödəməyi lazımsız yerə xərclənən vəsait hesab edir. Eyni münasibəti ABŞ Beynəlxalq İnkişaf Agentliyinə (USAİD), İqlim Dəyişikliyi üzrə Paris sazişinə qarşı da göstərir. Yaxud ABŞ-da bəzi mətbu orqanların, nüfuzlu qəzetlərin dövlət qurumları tərəfindən maliyyələşdirilməsinə etiraz edir və bunu dayandırmağa çağırır və s.


Trampın “şok-arzularından” biri də Prezident olmamışdan öncə dediyi kimi, miqrant deportasiyası ilə bağlıdır. Və Prezident olan kimi atdığı ilk addımlardan biri məhz bu niyyətin gerçəkləşdirilməsi oldu. İndi təsirli siyasi şərhlər verməyə çalışan “psevdo-politolqlar” üçün populyar miqrant deportasiyası ən çox müzakirə olunan mövzulardandır.

Ancaq Trampın başlatdığı miqrant deportasiyası heç bir halda belə “politoloqların” şərh etdiyi kimi, "etnik təmizləmə" prosesi deyildir. Zatən ABŞ özü bütövlükdə ən müxtəlif etnosların tarixən məskunlaşdığı unikal ərazidir. Eynən bizim Azərbaycan kimi.

Odur ki, qeyri-qanuni, gizli yollarla ölkəyə gəlib məskunlaşan və ucuz işçi qüvvəsi olaraq yer tutan miqrantları ölkədən çıxaranda etnik mənşəyə baxılmır. Deportasiya siyahısında ən müxtəlif etnosların nümayəndələri var: meksikalı, türk, azərbaycanlı, rus, fars, erməni, ukraynalı, çinli və s. Və bu millətlərin milyonlarla nümayəndəsi ABŞ vətəndaşı kimi Amerikada qanuni şəkildə qalıb yaşamını davam etdirməkdədir. Demək, prosesi “etnik təmizləmə” adlandırmaq olmaz.

Trampın siyasi xəttinin əsas mahiyyətini öz ölkəsinin mənafeyi təşkil edir: yerli amerikalılar üçün daha rahat yaşam şəraiti olan firavan Amerika dövləti yaratmaq!

Baxmayaraq ki, onsuz da ABŞ-da yaşam şəraiti, maaşlar yüksəkdir, sosial yardım proqramları çərçivəsində insanlara normal yaşamaq üçün kifayət edəcək qədər müavinət, pensiya və s. şəklində güclü dəstək verilir. Hətta heç yerdə işləməsə belə, sənədləri qaydasındadırsa (!), dövlətdən aldığı müavinətlə normal dolananlar çoxdur. Ən adi bir iş tapıb zəhmətilə çalışanlar isə artıq yüksək maaşla təmin olunmuşlardan sayılırlar.

Bununla belə, göründüyü kimi, milyarder Tramp yenə də Amerika vətəndaşının həyat şəraitini daha da yüksəltmək arzusundadır.

Dolayısı ilə bu kontekstdən baxanda, uğurlu biznes həyatı keçən Trampın miqrant deportasiyasının məqsədi aydın görünür: qeyri-qanuni "qaçaq" miqrantlara xərclənən vəsaitə qənaət etməklə dövlətin büdcə yükünü azaltmaq, yerli Amerika əhalisinin rifahı naminə əlavə iş yerləri boşaltmaq və kriminal mühiti sağlamlaşdırmaq.

Təbii, dövlət başçısı üçün normal arzudur!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Fevral 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see254

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see246

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see224

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see222

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see219

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see218

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see213

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see213

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see212

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see208

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see200

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see185

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see182

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see177

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see174

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see169

Bakı Tbilisi qatarlarında yenilik 1 noyabrdan

02 Oktyabr 2026 16:12see167

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see159

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see158

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri