Icma.az
close
up
RU
“Milyardlarla insanın problemini həll etməliyik”

“Milyardlarla insanın problemini həll etməliyik”

Azvision saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Qalib İsrafilov, beynəlxalq tərəfdaşları WUF13-ə dəvət edərək, tədbirin əhəmiyyəti barədə brifinq iştirakçılarına məlumat verib.
Brifinqdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax əsas məruzəçilər qismində çıxış ediblər.
17–22 may 2026-cı il tarixlərində “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçiriləcək WUF13 tədbirinə hazırlıq, təşkilati yanaşmalar və mövcud imkanlar barədə danışan Anar Quliyev bu tədbirin qlobal mənzil məsələlərinin müzakirəsi və həlli baxımından aparıcı beynəlxalq platformalardan biri olduğunu vurğulayıb.

Anar Quliyev bildirib ki, WUF13 hökümətlərin, şəhərlərin, beynəlxalq təşkilatların, özəl sektorun, akademik dairələrin və vətəndaş cəmiyyətinin iştirakı ilə birgə həllərin formalaşdırılması üçün qlobal rol oynayacaq.
“Ümumdünya Şəhərsalma Forumu tarixində ilk dəfə olaraq Bakıda Liderlərin Zirvə Görüşü keçiriləcək. Bu isə mənzil və şəhərsalma sahələrinin inkişafı məsələrinin ən yüksək siyasi səviyyədə liderlik tələb etdiyinə dair mövqeyimizi əks etdirir. Bütün ölkələri və beynəlxalq tərəfdaşları WUF13-də fəal iştirak etməyə dəvət edir, nümayəndə heyətlərini Bakıda qarşılamağı səbirsizliklə gözləyirik”- WUF13-ün milli koordinatoru vurğulayıb.
WUF13-ün əsas müzakirə istiqamətlərinə toxunan UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax mənzil məsələsinin sosial inklüzivliyin təmin olunmasında, iqlimə uyğunlaşmada və dayanıqlı şəhər inkişafında həlledici rol oynadığını bildirib.
O, qeyd edib: “WUF13 sadəcə konfrans deyil, həm də maraqlı tərəflər üçün qlobal platforma və Yeni Şəhərsalma Gündəliyi ilə Dayanıqlı Şəhərlər və İcmalar üzrə 11-ci Dayanıqlı İnkişaf Məqsədinin icrasının qiymətləndirildiyi mühüm bir mərhələdir. Biz mövcud öhdəlikləri qiymətləndirəcək, boşluqları müəyyən edəcək və növbəti 10 il üçün qlobal prioritetləri müəyyənləşdirəcəyik. Biz təxminən 3 milyard insana təsir edən qlobal mənzil böhranını, o cümlədən qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan, iqlim dəyişmələrindən ən çox zərər görən 1,1 milyard insanın problemini həll etməliyik”.
Tədbirdə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı və Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov da iştirak edib.
Brifinq WUF13-ün məqsədlərini təqdim etmək, diplomatik dəstəyi təşviq etmək və Azərbaycanın qlobal şəhərsalma gündəmlərini irəli aparmaq üçün əhəmiyyətli platforma rolunu oynayıb. Tədbirə Cenevrədə fəaliyyət göstərən 100-ə yaxın diplomatik missiyadan nümayəndə qatılıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://azvision.az
archiveBu xəbər 16 Yanvar 2026 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see482

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see466

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see391

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see384

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see360

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see353

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see344

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see343

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see340

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see318

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see292

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see289

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see263

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see239

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see235

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see232

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see212

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see207

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see198

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri