Milyon il informasiya saxlayan almaz disklər hazırlandı
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Çin Elmlər və Texnologiyalar Universiteti informasiya saxlama texnologiyasında rekord əldə ediblər.
Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, alimlər 1,85 terabayt məlumatı bir kub santimetr almazın içərisinə yerləşdirə biliblər.
Onlar lazer impulsların köməyi ilə karbon strukturunu dəyişib məlumat saxlamaq üçün atom boşluqları yaradıblar.
Qeyd edək ki, bu qədər məlumatı saxlamaq üçün iki mindən artıq “Blu-ray” disk lazımdır.
Amma bu almazlar saxlamaq baxımından yığcam olmaqla yanaşı, yazılmış məlumatları keyfiyyətli şəkildə qorumağa da qadirdir.
Almazlardakı informasiyalar otaq temperaturunda milyon illər boyu, oxuma dəqiqliyini itirmədən saxlanıla bilər.
 
Rəna Cumaqızı, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 30 Noyabr 2024 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















