Icma.az
close
up
RU
Milyon yarım Çin turisti Azərbaycana GƏLƏRSƏ...

Milyon yarım Çin turisti Azərbaycana GƏLƏRSƏ...

Icma.az bildirir, Modern.az portalına istinadən.

Qlobal turizm dünya iqtisadiyyatının mühüm dayaqlarından biridir.

Çin hazırda dünyanın ən böyük turist ixracatçısı kimi beynəlxalq turizm bazarında mühüm rol oynayır.

Çin vətəndaşlarının xaricə səyahət statistikası göstərir ki, bu ölkədən gələn turistlər, sayları az olsa belə, turizm imkanlarına malik dövlətlər  üçün mühüm iqtisadi faydalar verə bilərlər. Başqa sözlə, çinli turistlərin səfər etdiyi ölkələr üçün bu, gəlir və inkişaf baxımından böyük bir fürsətdir.

O baxımdan Çin turistlərinin cəmi 1 faizinin – təxminən 1,5 milyon nəfərin Azərbaycana gəlməsi ölkə iqtisadiyyatına əhəmiyyətli dərəcədə müsbət təsir göstərə bilər.

Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində bu məsəsləyə toxunaraq bildirib ki, hər il 150 milyon çinli xaricə səfər edir və onların cəmi 1 faizinin Azərbaycana gəlməsi belə ölkə üçün böyük imkan ola bilər: “Bu gün mən öyrəndim ki, 150 milyon çinli xaricə səfər edir. Görüşlərimdən birində söylədim ki, onların cəmi 1 faizi Azərbaycana gəlsə, bizim üçün yetərli olacaq. Çünki, əlbəttə, biz turizm sektorumuzu inkişaf etdirmək istəyirik. Bizim coğrafi üstünlüklərimiz var - Xəzər dənizi, xizək kurortları, meşələr və çaylar və hətta yarımsəhra ərazimiz var. Ona görə də hər kəs zövq almaq üçün bir məkan tapa bilər. Bundan əlavə, çox yaxşı mətbəximiz, qonaqpərvər insanlarımız var”. 

Əhalisinin sayı 1 milyard yarım olan Çin vətəndaşlarının 10 faizi və ya 150 milyon nəfəri bu və ya digər məqsədlər üçün  xarici ölkələrə səfərlər edir. Çinli turistlər ən çox Yaponiya, Tayland, Malayziya, Sinqapur, Avstraliya, Cənubi Koreya, ABŞ və Vyetnama gedir.  

Çinli turistlər səyahət zamanı orta məbləğdə vəsait xərcləyən qrup kimi tanınır. Dünya Bankı və Ümumdünya Turizm Təşkilatının məlumatlarına əsasən, bir çinli turistin orta xərci 1000–1500 dollar arasında dəyişir.

Bu göstəriciyə əsasən 1,5 milyon turistin Azərbaycana gəlməsi ölkəmizə 1,5-2,25 milyard dollar qazandıra bilər.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə Azərbaycana 45 minədək çinli gəlib. Onların 89,6 faizi turizm, 10,4 faizi isə digər məqsədlə üçün səfər edib. Çinli turistlərin 51,6 faizi kişi, 49,4 faizi qadındır. Turizm məqsədilə gələn 40 min turistin 33 faizi 36-45 yaş arasındadır.

Çinlilər Azərbaycanda daha çox 1-3 gün müddətinə qalmağa üstünlük verir. Səfər edənlərin 45 faizi Azərbaycanda 3 günədək qalır.

Çinlilərin 57 faizi istirahət, 39 faizi işgüzar, qalanı isə tranzit məqsədlərlə Azərbaycanı seçir.

Çinlilərin mütləq əksəriyyəti otellərdə qalır. Statistik məlumatlardan aydın olur ki, çinlilərin Azərbaycanda evləri az deyil. Ötən il çinlilərə məxsus evlərdə 52 minədək gedcələmə sayı qeydə alınıb. Başqa sözlə,  həftəyə 1000 gecələmə.

Azərbaycana səfər edən çinlilərin 63 faizi Bakını seçir. Gəncə, Naftalan, Qax, Quba, Qusar, Qəbələ, Şmaxı və Şəkini seçənlər də az deyil.

2024-cü ildə turizm məqsədilə Azərbaycana səfər etmiş çinlilərin iqtisadi fəallıq status isə belədir: 47 faizi mudlu işçi, 47 faizi sahibkar, qalanı isə iqtisadi fəal olmayanlardır.

Çinlilər Azərbaycandakı turizm xidmətlərindən əsasən razıdır. Cəmi 13 faiz çinli turist narazı qalıb. Onları daha çox avtobusda hərəkət və kafe-restoranlardakı xidmət narahat edib.

2024-cü ildə çinlilər Azərbaycanda 73 milyon xərcləyiblər - adambaşına 1825 manat və ya 1070 dollar. Onların xərcinin 43 faizi nəqliyyata, 23 faizi otelə, 18 faiz qidalanmaya, qalanı isə digər ehtiyaclara sərf olunub.  

Çin turistlərinin cəmi 1 faizinin – yəni 1.5 milyon nəfərin Azərbaycana gəlməsi ölkə iqtisadiyyatına çoxşaxəli və dərin təsirlər göstərə bilər. Bu,  yalnız turizm gəlirləri ilə məhdudlaşmır, infrastruktur, regional inkişaf, yeni iş yerlərinin yaradılması, sahibkarlığın güclənməsi və dövlət büdcəsinə əlavə gəlirlər kimi pozitiv nəticələrə səbəb olar.

Azərbaycanın coğrafi mövqeyi, tarixi irsi və qonaqpərvərliyi bu potensialı reallaşdırmaq üçün əlverişli zəmin yaradır. Belə bir imkanın reallaşması üçün isə strateji planlama, Çinlə turizm əlaqələrinin inkişaf etdirilməsi və uyğun infrastrukturun qurulması zəruridir.

Nəzərə alsaq ki, il ərzində əlavə 1,5 milyon çinli turist səfər etsə, onda ölkəmizə gələn turstləri sayı 58 faiz artaraq 4,1 milyona çatacaq. Bu isə Azərbaycanın turzim infrastruktunun mövcud vəziyyəti üçün adekvat deyil. Hazırkı obyektlərdə gecələmə sayı 3,5 milyon ətrafındadır. Çindən gözlənilən turist axını olsa və ən azı onlar 3 gün Azərbaycanda qalsalar, bu say azı 2,5 dəfə artırlımalıdır.


Deməli indidən hazır olmalıyıq.

Mövcud şəraitdə Azərbaycanın otel və yerləşmə obyektlərinin sayı bu miqyasda turist qəbuluna kifayət etmir. Bu səbəbdən xüsusilə regionlarda yeni otellərin, hostellərin, kənd turizmi obyektlərinin və alternativ yerləşmə vasitələrinin yaradılması üçün dövlət və özəl sektor əməkdaşlığı genişləndirilməlidir. Bu istiqamətdə güzəştli kreditlər, vergi təşviqləri və torpaq ayrılması kimi mexanizmlər tətbiq oluna bilər.

Bundan əlavə, turist axınının uğurla idarə olunması üçün turizm sahəsində çalışan kadrların hazırlığı önəmlidir. Xüsusilə Çin dili bilən bələdçilər, otel işçiləri və digər xidmət personalına ehtiyac artacaq. Bu məqsədlə turizm üzrə təhsil müəssisələrində Çin bazarına yönəlik xüsusi proqramlar açılmalı, kadrların peşəkarlığı artırılmalıdır.

Turistlər üçün rahat mühitin yaradılması, eyni zamanda texnoloji yanaşmaların tətbiqini tələb edir. Çin dilində mobil tətbiqlər, elektron xəritələr, onlayn bələdçi sistemləri və informasiya terminalları yerləşdirilməlidir.

Qida və əyləncə sahəsi də diqqətə alınmalıdır. Çinli turistlərin mətbəx vərdişlərinə uyğun restoranlar yaradılmalı, onların maraqlarına uyğun mədəni tədbirlər və ekskursiyalar hazırlanmalıdır. Bu həm turist məmnunluğunu artıracaq, həm də ölkədə turizm gəlirlərinin artmasına töhfə verəcək.

Başqa bir vacib istiqamət isə nəqliyyat sahəsidir. Bakı ilə Çinin şəhərləri arasında birbaşa aviareyslərin artırılması, eyni zamanda regionlarda nəqliyyatın təkmilləşdirilməsi (yolların vəziyyəti, ictimai nəqliyyat vasitələrinin sayı və keyfiyyəti) vacib məsələdir.

Çindən gözlənilən turist axını Azərbaycanın turizm sektoru üçün həm böyük fürsət, həm də ciddi məsuliyyət deməkdir. Bu imkanlardan səmərəli istifadə etmək üçün hazırkı infrastruktura paralel olaraq strateji hazırlıqlar görülməlidir. Əgər vaxtında və düzgün addımlar atılarsa, bu artım Azərbaycanın turizm sənayesinin inkişafında tarixi dönüş nöqtəsi ola bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Aprel 2025 08:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri