Icma.az
close
up
RU
Milyonçu Conson: “Özümü körpə uşaq kimi klonlaşdırdım”

Milyonçu Conson: “Özümü körpə uşaq kimi klonlaşdırdım”

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ölkə.az xəbər verir ki, Conson bunun innovativ müalicələri sınaqdan keçirmək və sonradan transplantasiya üçün orqan yetişdirmək üçün edildiyini iddia edib.

Conson bununla bağlı X (tvitter) sosial mediada yazıb: "Mən özümü yeni doğulmuş kimi klonlaşdırdım... Hələlik bu "Körpə Brayan" Petri qabında yaşayır. Bəziləri üçün bu, qorxulu və ya distopik bir gələcək kimi görünür. Lakin digərləri bunu tibbin təkamülündə qaçılmaz bir addım kimi görəcəklər".

Consonun istinad etdiyi texnologiya elmi ictimaiyyətdə induksiya olunmuş pluripotent kök hüceyrələri (iPSC) kimi tanınır. 

Keçən ay Brayan Conson immun sisteminin səhvən mədəsinin selikli qişasındakı sağlam hüceyrələrə hücum etdiyi sağalmaz otoimmun xəstəlik diaqnozu qoyulduğunu açıqlayıb. Lakin sahibkar süni intellekt və müasir genetik texnologiyalardan istifadə edərək həll yolu tapmaq niyyətində olduğunu bildirib.

"Bu klonla öz donorum ola bilərəm. Üzərimdə terapiyalar sınaqdan keçirə, transplantasiya üçün orqanlar yetişdirə, yeni müalicələr hazırlaya və gənc hüceyrələr yeridə bilərəm. Bu texnologiya qocalmanı geri qaytarmağın yolunu açır. Diaqnoz məni bədənin bərpasında yeni üfüqlər araşdırmağa ruhlandırdı", - Conson vurğulayıb.

Consonun yeni layihəsi internetdə tənqid dalğasına səbəb olub. İzləyicilərindən biri istehza ilə qeyd edib ki, Brayan Conson ölüm qorxusu olan birinə çox pul verdikdə nə baş verdiyinin bariz nümunəsidir.

Qeyd edək ki, biohakerin qeyri-ənənəvi yanaşmasını müdafiə etməsi, şəxsi təcrübələrinin və milyonlarla dollarlıq investisiyalarının bütün bəşəriyyət üçün elmi və tibbi kəşfləri sürətləndirməyə yönəldiyini iddia etməsi ilk dəfə deyil.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 İyul 2026 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see358

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see322

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see315

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see309

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see307

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see302

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see295

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see288

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see281

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see259

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see248

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see246

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see243

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see241

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see237

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see225

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see203

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri