Icma.az
close
up
RU
Milyonlarla dövriyyəsi olan daha bir mərc şəbəkəsi ifşa olundu VİDEO

Milyonlarla dövriyyəsi olan daha bir mərc şəbəkəsi ifşa olundu VİDEO

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən qanunsuz dövriyyəsi 10 milyon manat olan daha bir onlayn mərc şəbəkəsini ifşa edilib.

"AzPolitika" xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Kiberpolisin həyata keçirdiyi tədbirlərlə saxlanılan Zaur Nərimanov və qardaşı Fuad Nərimanovun rəhbərliyi ilə ölkə ərazisində fəaliyyəti qadağan olunmuş "Xbet" və "MostBet" platformaları üzərindən vətəndaşların qanunsuz mərc oyunlarına cəlb edildiyi müəyyən olunub. Həmin şəxslər "Telegram" platformasında yaratdıqları "AzeCash" səhifəsi vasitəsilə qanunsuz onlayn mərc və kazino oyunları təşkil ediblər. Təqsirləndirilən şəxslər paytaxtın Xətai rayonu ərazisində mənzil icarəyə götürərək həmin ünvanda işçilər yerləşdirib, onları qanunsuz fəaliyyət üçün zəruri olan texniki vasitələr, bank kartları və mobil telefonlarla təmin ediblər.

Əməliyyat tədbirlərinin davamı olaraq Zaur və Fuad Nərimanovlarla cinayət əlaqəsi yaratmaqda şübhəli bilinən dəstənin digər üzvləri – Orxan Hüseynov, Zaur Şirinov və Emin Məmmədovun da saxlanılmaları təmin edilib.

İstintaq zamanı müəyyən edilib ki, dəstə üzvləri "Xbet" və "MostBet" platformaları vasitəsilə əldə etdikləri külli miqdarda pul vəsaitini müxtəlif yollarla leqallaşdırıblar. Onların qanunsuz mərc və qumar oyunlarının təşkili yolu ilə ümumilikdə *10 milyon manat* həcmində qanunsuz maliyyə dövriyyəsi həyata keçirdikləri müəyyən olunub.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Zaur və Fuad Nərimanovlara, eləcə də digər təqsirləndirilən şəxslərə ittiham elan edilib. Məhkəmənin qərarı ilə onlar barəsində həbs, həmçinin digər növdən olan qətimkan tədbirləri seçilib.

Vətəndaşlara bir daha müraciət edərək sosial şəbəkələrdə və internet platformalarında təklif olunan "Xbet", "MostBet" və digər qanunsuz mərc oyunlarında iştirak etməməyə çağırırıq. Nəzərə alınmalıdır ki, bu cür oyunların qanunsuz təşkili, idarə olunması, eləcə də həmin fəaliyyətlərdə iştirak qanunvericiliyin tələblərinə uyğun olaraq cinayət və ya inzibati məsuliyyət yaradır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Avqust 2026 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri