Icma.az
close
up
RU
Milyonlarla manat borcu olan məşhur şirkətin rəhbərinin həbsi tələb edilir

Milyonlarla manat borcu olan məşhur şirkətin rəhbərinin həbsi tələb edilir

Pravda.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda 4 milyon manatdan çox vergi borcu olan "5A Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) baş direktorunun həbsi tələb edilib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1978-ci ildə Bakı şəhərində anadan olan şirkətin qanuni təmsilçisi və baş direktoru Məmmədov Elşən Qərib oğlu barəsində "Met-Ak" MMC məhkəmə iddiası qaldırıb. 

Şirkət direktoruna İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi irəli sürülüb. Həmin maddəyə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər 1200 manatdan 2500 manatadək, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir.

İşə Bakı Kommersiya Məhkəməsində baxılıb. Məlum olub ki, "5A Construction" MMC-nin baş direktoru Elşən Məmmədovun "Met-Ak" MMC-yə 159.191,65 manat məbləğində borcu var. 

Məhkəmə Elşən Məmmədovun həmin borcunun "Met-Ak" MMC-yə ödənilməsi barədə qərar verib. Həmçinin, şirkət rəhbəri İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1200 manat məbləğində cərimə və ona son xəbərdalıq edilib.

Qeyd edək ki, "5A Construction" MMC (VÖEN: 1505073321) 10.06.2020 tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Məmmədov Elşən Qərib oğludur. Hüquqi ünvanı Az169, Bakı Şəhəri Nərimanov Rayonu, Cıdır döngəsi 1-ci, ev 7-də yerləşir. Şirkətin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 4 milyon 369 min 350 manat 18 qəpik vergi borcu var. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://pravda.az
archiveBu xəbər 12 Dekabr 2024 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see134

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see133

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see133

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see132

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see130

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see129

AMEA nın yubileyinə həsr olunmuş konfrans

13 Aprel 2025 04:16see125

Nazirlərin aylar sonra ilk görüşü: İrəvan nəyə çalışır?

13 Aprel 2025 09:02see124

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see121

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see121

Bu bürclər yaxın zamanda varlanacaq ÇOX AZ QALDI

13 Aprel 2025 09:18see118

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see118

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see117

Bakıda FACİƏ: iki qardaş...

13 Aprel 2025 13:46see117

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see115

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see114

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see112

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see112

Heydər Əliyev Mərkəzinin parkında gəzinti istirahət və incəsənət gözəlliyini seyr etmək üçün sevilən məkan FOTO

13 Aprel 2025 11:33see109

Kişilərin uğur qazanmasına mane olan 6 VƏRDİŞ

13 Aprel 2025 10:19see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri