Icma.az
close
up
RU
Milyonlarla manat borcu olan məşhur şirkətin rəhbərinin həbsi tələb edilir

Milyonlarla manat borcu olan məşhur şirkətin rəhbərinin həbsi tələb edilir

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda 4 milyon manatdan çox vergi borcu olan “5A Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) baş direktorunun həbsi tələb edilib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1978-ci ildə Bakı şəhərində anadan olan şirkətin qanuni təmsilçisi və baş direktoru Məmmədov Elşən Qərib oğlu barəsində “Met-Ak” MMC məhkəmə iddiası qaldırıb.

Hurriyyet.az xəbər verir ki, şirkət direktoruna İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi irəli sürülüb. Həmin maddəyə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər 1200 manatdan 2500 manatadək, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir.

İşə Bakı Kommersiya Məhkəməsində baxılıb. Məlum olub ki, “5A Construction” MMC-nin baş direktoru Elşən Məmmədovun “Met-Ak” MMC-yə 159.191,65 manat məbləğində borcu var.

Məhkəmə Elşən Məmmədovun həmin borcunun “Met-Ak” MMC-yə ödənilməsi barədə qərar verib. Həmçinin, şirkət rəhbəri İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1200 manat məbləğində cərimə və ona son xəbərdalıq edilib.

Qeyd edək ki, “5A Construction” MMC (VÖEN: 1505073321) 10.06.2020 tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Məmmədov Elşən Qərib oğludur. Hüquqi ünvanı Az169, Bakı Şəhəri Nərimanov Rayonu, Cıdır döngəsi 1-ci, ev 7-də yerləşir. Şirkətin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 4 milyon 369 min 350 manat 18 qəpik vergi borcu var./tribunainfo.az/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:271
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 12 Dekabr 2024 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri