Icma.az
close
up
RU
Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC yə satınalmalada kimlər şərait yaradır

Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC yə satınalmalada kimlər şərait yaradır

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Məlum olduğu kimi 19.08.2023-cü ildə Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb. Yeni Qanun 01.01.2024-cü ildən qüvvəyə minib. Yeni qanunda satınalmaların şəffaflığı məqsədilə bir sıra mühüm yeniliklər tətbiq edilib. Bindan əavə Prezident İlham Əliyev 27 avqust 2024-cü ildə “Antiinhisar və istehlak bazarına nəzarət sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzaladı. Fərmana əsasən, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsasında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradıldı. Fərmanla müəyyən edilir ki, Agentlik antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Maraqlıdır, soniki ildə satınalmalarda şəffaflığın təmin edilməsi məqsədilə həyata keçirilən bu kimi dəyişikliklərdən sonra bu sahədə haqsız rəqabətin qarşısı alınıbmı? Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatları diqqətlə araşdırdıqda yol verilən qanunsuzluqlar açıq aydın görsənir.

“ELTA DEVELOPMENT” QSC peyda olub. Qeyd edək ki, 20.06.2025-ci ildən 02.07.2025-ci ilə qədər, yəni 12 günə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin rayon idarələri ilə ümumi dəyəri 487 990 manat olan 5 satınalma müqaviləsi bağlayıb.

Qeyd edək ki, QSC ötən ilin iyun ayında Ağdam, Füzuli və Xocavənd Rayonlarinda Bərpa,Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi tərəfindən keçirilmiş Ağdam şəhəri 2 nömrəli yaşayış massivi, 11-ci məhəllə üzrə 148 mənzildən ibarət (2, 3, 4, 5 otaqlı ) 7 ədəd yaşayış binalarının (3, 4, 5, 6, 7 mərtəbəli) tikintisi işlərinin satın alınması üzrə 21.516.988,28 manat, Ağdam rayonu, Kəngərli kəndinin sahədaxili mühəndis kommunikasiyaları (su və kanalizasiya xətləri, qaz xətti) işlərinin satın alınması üzrə isə 4.006.082,7 manat dəyərində iki tenderin qalibi olub. Göründüyü kimi QSC bir gün ərzində ümumi dəyəri 25 523 070 manat dəyərində iki tender “udub”.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin reyestrinə daxil edilmiş məlumatlarında “ELTA DEVELOPMENT” (VÖEN: 1006619181) Qapalı Səhmdar Cəmiyyətinin 27.08.2020-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2000 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, NƏRİMANOV RAYONU, İBRAHİMPAŞA DADAŞOV, ev.37, qanuni təmsilçisi kimi isə Cəlilov Əsədulla Həsən oğlu qeyd olunub. Reyestr məlumatlarına edilmiş dəyişiklikdə “ND COMPANY” QSC kimi təsis edilib. Təsisçisi və ilk qanuni təmsilçisi Qasımov Əliağa Əsəd oğlu olub. 2024-cü ilin dekabrında adını dəyişərək “ELTA DEVELOPMENT” Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. Zərgərov Şahin Xeyrulla oğlu, Kərimov Ramil Tofiq oğlu, Ağayev Ayxan Səməd oğlu, MAhmudov Elvin Asif oğlu ayrı-ayrı vaxtlarda QSC-nin qanuni təmsilçiləri olub.

Dövlət Vergi Xidmətinin məlumatlarına görə “ELTA DEVELOPMENT” QSC-nin hazırkı günə 9 833 278.5 manat vergi borcu var.

Mediada yayılan məlumatlara görə 2024-cü ilin noyabrında tikinti mallarının tədarükü ilə məşğul “ND Company” barəsində siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta protokolu tərtib olub. Protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə irəli sürülüb. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək, vəzifəli şəxslər 3000-5000 manatadək, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.

Məlumatda həmçinin qeyd edilir ki, “ND Company” QSC tikintidən kənd təssərufatına qədər biznesi əhatə edən “Caspian Capital Group” (CCG) şirkətlər qrupunun portfelində olan şirkətdir.

“ND COMPANY” QSC -nin portalındakı məlumatlara görə 2020-ci ildə fəaliyyətə başlayıb. Yarandığı andan etibarən “ND COMPANY” Azərbaycanın tikinti bazarında layiqli yer tutmağı və yüksək keyfiyyətli və peşəkar işi sayəsində müvəffəqiyyətlə özünü tanıtmağı bacardı. Şirkət tikinti, dövlət qurumları və nüfuzlu şirkətlər üçün tikinti mallarının tədarükü ilə məşğuldur.

Azərbaycanın tikinti bazarında layiqli yer tutan bu şirkətdən mediada şikayətlər də var. Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yaşayan Nəcəfov Vüsal Əli oğlu mediaya ünvanladığı şikayətdə iddia edir ki, “Elta Development QSC” şirkəti onun 8 min manat pulunu vermir: “Mən, Nəcəfov Vüsal Əli oğlu, yazaraq xahiş edirəm ki, problemimi işıqlandırasınız. 2024-cü ildə Kəlbəcər rayonuna qaz xətti çəkilən zaman 22 BO 849 dövlət nömrə nişanlı “Zil 131″ və 99 NF 159 nömrəli “Pikab” maşınlarını müqavilə ilə şirkətə icarəyə vedik. 5 aya 34 min manat pul almalı idik. Onun 26 min manatını dava-dalaşla aldıq, 8 min manatı qaldı. 5 aydan çoxdur ki, qalan pulumzu vermirlər. Vergidən 6200 manat borc gəlib. Pulumu vermirlər ki, mən də vergi borcunu ödəyim.

Yuxarıda qeyd etdiyimiz kimi, Dövlət Vergi Xidmətinin məlumatlarına görə “ELTA DEVELOPMENT” QSC-nin hazırkı günə 9 833 278.5 manat vergi borcu var. Bəs bu qədər vergi borcu olan şirkətin satınalmalarda iştirakına yol verilirmi?

“Dövlət satınalmaları haqqında” qanunun 23.3.5.1. maddəsi (Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin olması;) vergi borcu olan hər hansı bir təchizatçının satınalmalarda iştirakına yol vermir.

Bəs vergilər üzrə vaxtı keçmiş öhdəlikləri olan “ELTA Development” QSC İmişli, Abşeron, Hacıqabul, Biləsuvar rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarələrinin, Ağstafaçay Hidroqovşağı İstismarı İdarəsinin keçirdiyi satınalmalarda necə qalib çıxır.

Yuxarıda qeyd etdiyimiz kimi, satınalmalarda şəffaflığın təmin edilməsi məqsədilə yeni qanunlar hazırlanıb, yeni strukturlar qurulub. İndi Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi buna aydınlıq gətirsin. Dövlət Vergi Xidmətindən vergi borcunun olub,olmaması barədə arayışı bu QSC-yə kimlər verib? Vergi borcu barədə arayışlar kimlər tərəfindən saxtalaşdırılır? Nəhayət, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bu qədər vergi borcu olan MMC-nin hansı əsalarla satınalmalara buraxır?

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırovdu. O, bu vəzifəyə Prezidentin 12 fevral 2025-ci il tarixli Sərəncamı ilə təyin olunub. Daha əvvəl Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışıb.

Aktualinfo.org

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:431
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 04 İyul 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri