Icma.az
close
up
RU
Milyonlarla mobil telefon İŞLƏMƏYƏCƏK: Cəmi bir neçə gün qaldı

Milyonlarla mobil telefon İŞLƏMƏYƏCƏK: Cəmi bir neçə gün qaldı

Icma.az bildirir, Bizim media portalına istinadən.

Türkiyədə qeydiyyatdan keçirilməyən telefonların istifadə müddəti başa çatır və bu cihazlar hər an rabitəyə bağlana bilər.
Bizim.Media xəbər verir ki, ölkədəki yüksək qiymətlərə görə telefon almaq istəməyənlər xaricdən gətirdikləri cihazlardan bir təqvim ili ərzində 4 ay boyunca istifadə edə bilirlər.
Lakin telefonda iki SIM-kart yuvası və ya bir SIM-kart yuvası ilə e-SIM dəstəyi varsa, bu müddət 8 aya qədər uzanır.
Belə ki, 4 ay fiziki SIM-kartdan, növbəti 4 ay isə e-SIM və ya ikinci fiziki SIM-kart yuvasından istifadə olunur.
 

Xaricdə satılan telefonlar Türkiyə ilə müqayisədə daha ucuzdur. Bəzi vergilərin olmaması və "Tax Free" avantajı ilə ödənilən ƏDV-nin ölkədən çıxarkən nağd və ya karta geri qaytarılması qeydiyyatsız telefon almağı cəlbedici edir.


Məlumata görə, xaricdən alınan telefona yerli operatorların SIM-kartı taxıldıqda 120 günlük qanuni istifadə müddəti başlayır.
Amma buradakı ən kritik məqam müddətin karta taxıldığı andan deyil, İnformasiya Texnologiyaları və Rabitə Qurumu (BTK) tərəfindən göndərilən rəsmi xəbərdarlıq SMS-inin gəldiyi tarixdən etibarən hesablanmasıdır.
SMS gəldikdən sonra 4-cü ayın tamamında telefon şəbəkəyə bağlanır. Bu zaman e-SIM və ya ikinci SIM-kart yuvasına keçid edilərək daha 4 ay istifadə imkanı yaranır. İkinci mərhələdə də 4 aylıq müddət xəbərdarlıq mesajı gəldikdən sonra hesablamağa başlayır.
Nümunə üçün, telefon 1 mayda alınıbsa, ilk 4 aylıq dövr 31 avqustda başa çatır.
İkinci SIM-kart və ya e-SIM-ə keçdikdə isə 1 sentyabr – 31 dekabr tarixləri arasında növbəti 4 ay tamamlanır. Lakin bu nöqtədən sonra yeni təqvim ili başladığı üçün cihazı növbəti ilin 1 yanvar - 31 avqust tarixləri arasında da istifadə etmək mümkün olur. Beləliklə, istifadəçilər telefonu aralıqsız 16 ay işlədə bilirlər.
16 aylıq müddət bitdikdən sonra telefon ya xaricdə ikinci əl kimi, ya ölkə daxilində ehtiyat hissəsi kimi dəyərindən ucuz satılır, ya da rəsmi qeydiyyat rüsumu ödənilərək leqallaşdırılır.
 

Android əməliyyat sistemli telefonlara qanunsuz yolla IMEI kodu yazılaraq istifadəsi təmin edilir. İşlək və ucuz telefonların IMEI kodları xaricdən gətirilən son model cihazlara köçürülür və bağlanma riski olmadan işlədilir. Android telefonlara IMEI yazılması təxminən 1000–2000 lirəyə başa gəlir. iOS (iPhone) sistemli cihazlarda isə bu əməliyyatı etmək mümkün deyil.


Yeni təqvim ilinə keçildikdə "qara siyahı"ya düşmüş telefonların yenidən şəbəkəyə qoşulması 5 günə qədər vaxt apara bilər.
Qeyd edək ki, 2026-cı ildən etibarən Türkiyədə xaricdən gətirilən telefonların IMEI qeydiyyat rüsumu 54 min 258 lirə təşkil edir. (Musavat.com)
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Sentyabr 2026 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see341

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see334

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see329

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see326

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see312

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see308

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see304

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see299

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see288

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see287

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see275

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see261

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see257

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see232

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see232

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see229

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see224

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see211

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri